Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-34/2023 01.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan«X4 İnşaat Ticareti» şirkətinin Azərbaycan Respulikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Türkiyə Respublikası Konya vilayəti, Selçuklu rayonu, Maltepe məhəlləsi, Fetih küçəsi 6 ünvanında yerləşən “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən filialı (VÖEN:№**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Türkiyə Respublikası Konya vilayəti, Selçuklu rayonu, Maltepe məhəlləsi, Fetih küçəsi 6 ünvanında yerləşən “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X2 idarə etdiyi “İVESO” markalı 08ABS955/08ABS840 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən az miqdarda- cəmi 2223,00 manat dəyərində 1 ədəd üzərində “EURO PART Sceibenfrostschutz- Konzentrat Anti-freeze for windowsconcentrate” markalanma yazısı olan pəncərələrin konsentratı üçün antifriz, 2 ədəd üzərində “Dirko TM HT +315C" markalanma yazısı olan silikon, 1 ədəd üzərində “Markal STYLMARK indelible paint marker” markalanma yazısı olan silinməz boya markeri, 4 ədəd üzərində “MARSTON X3 İsocyanate free! with nozzle” markalanma yazısı olan birləşdirici maddə, 6 ədəd üzərində “Liebherr WR Lube SC” markalanma yazısı olan sprey,8 ədəd üzərində “Platinum Grade LPS 3 380 ml” markalanma yazısı olan maye,1 ədəd üzərində “PPG Amercoat 450 E LİEBHERR YELLOW 16 L” markalanma yazısı olan maye,1 ədəd üzərində “PPG THİNNER 91-92 20 L” markalanma yazısı olan maye, 1 ədəd üzərində “PPG Amercoat 450 E LS LİEBHERR GREY 16 L” markalanma yazısı olan maye, 2 ədəd üzərində “PPG AMERCOAT 450 E 4 L” markalanma yazısı olan maye,1ədəd üzərində“PPG Amerlock 2C/400C Base L 1.94 L” markalanma yazısı olan maye,1ədəd üzərində “PPG Amerlock 400 C/400GFA 2 L” markalanma yazısı olan maye, 3 ədəd üzərində “HEMPEL'S 174 DE 0.75 L” markalanma yazısı olan maye,2 ədəd üzərində“SAF- T-EZE MB-160Blue-Moly500 mg” markalanma yazısı olan maye,1 ədəd üzərində “ReiColor Dickschicht -Zinkausbesserung LZ-09 100 ml” markalanma yazısı olan maye,1 ədəd üzərində “DİNİTROL UN 1139 PROTECTİNG /SCHÜTZEN 10 L” markalanma yazısı olan maye, 2 ədəd üzərində “Liebherr-Original-Ersatzteile 1022 662 5 1 L” markalanma yazısı olan maye, 1 ədəd üzərində “Tevier Liebherr-Original- Ersatzteile 8700 017 14 markalanma yazısı olan maye,1 ədəd üzərində “Liebherr-Original-ERSATZTEİLE 8900 541 14 ” markalanma yazısı olan sprey, 1 ədəd üzərində “FUCHS Liebherr-Original- Ersatzteile8610 079 14” markalanma yazısı olan spreyi gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respulikasındakı filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, 2022-ci ildə “X5 İnşaat Ticaret” şirkətinin Azərbaycan Respublikasındakı filialı açılmışdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə aralarında bir neçə müqavilə mövcuddur. Tikinti işlərinin bir qismi onlara həvalə edilmişdir. Bu səbəbdən “Jebher” markalı qaldırıcı krana ehtiyac yaranmışdır. Həmin kran İngiltərədən alınmışdır. Alqı- satqı müqaviləsinə uyğun olaraq göndərən şirkət aldığı kranı Trabzon şəhərinə qədər gətirəcək idi. Bakıya isə özləri gətirməli idi. Qaldırıcı kran çox böyük həcmdə olduğundan 11 fərqli yük avtomobili ilə Bakı şəhərinə daşınmalı oldu. Oktyabr ayında fərqli tarixlərdə yük avtomobilləri Trabzon şəhərindən Bakıya doğru yola çıxmışlar. Bu səbəbdən də fərqli tarixlərdə Azərbaycan Respublikasına daxil olmuşlar. Yük avtomobillərində gətirilən mallar yuxarıda qeyd etdiyi qaldırıcı krana aid mallardır, onun hissələri və lazım olan materiallarıdır. Maşınlarla gəldiyindən və hissələrə bölündüyündən yuxarıda qeyd etdiyi mallar əsasən hansısa hissəyə aid olduğundan, ayrıca mal kimi idxal etmədiklərindən, yəni kranın hissəsinin fəailyyəti üçün lazım olan predmetlər olduqlarından müşayiət sənədlərində göstərilməmişdir. Bu kimi malların idxalı ilə ilk dəfə məşğul olduqlarından bilməyərəkdən pozuntu baş vermişdir. “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respublikasındakı filialının həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilir. İşdə olan 04 noyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, 03.11 2022-ci il tarixdə, təxminən 21:01 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Türkiyə Respublikasının vətəndaşı X2 idarə etdiyi “İVECO” markalı, 08ABC955/08ABC840 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi “VAİS” sistemində qeydiyyata alındıqdan sonra “HCVG vizual SMİTH detection” rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşayət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayiət sənədi olan invoysda göstərilən mal ilə monitordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşayiət sənədlərində göstərilən mala uyğun olmayan predmetlərin olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də, “Mazımqara” gömrük postunun terminalında “İVECO” markalı, 08ABC955/08ABC840 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə baxış keçirilmişdir. Baxış zamanı müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan 1 ədəd üzərində “EURO PART Sceibenfrostschutz- Konzentrat Anti-freeze for windows-concentrate” markalanma yazısı olan pəncərələrin konsentratı üçün antifriz, 2 ədəd üzərində “Dirko TM HT +315C" markalanma yazısı olan silikon, 1 ədəd üzərində “Markal STYLMARK indelible paint marker” markalanma yazısı olan silinməz boya markeri, 4 ədəd üzərində “MARSTON X3 İsocyanate free! with nozzle” markalanma yazısı olan birləşdirici maddə, 6 ədəd üzərində “Liebherr WR Lube SC” markalanma yazısı olan sprey,8 ədəd üzərində “Platinum Grade LPS 3 380 ml” markalanma yazısı olan maye,1 ədəd üzərində “PPG Amercoat 450 E LİEBHERR YELLOW 16 L” markalanma yazısı olan maye,1 ədəd üzərində “PPG THİNNER 91-92 20 L” markalanma yazısı olan maye, 1 ədəd üzərində “PPG Amercoat 450 E LS LİEBHERR GREY 16 L” markalanma yazısı olan maye, 2 ədəd üzərində “PPG AMERCOAT 450 E 4 L” markalanma yazısı olan maye,1ədəd üzərində“PPG Amerlock 2C/400C Base L 1.94 L” markalanma yazısı olan maye,1ədəd üzərində “PPG Amerlock 400 C/400GFA 2 L” markalanma yazısı olan maye, 3 ədəd üzərində “HEMPEL'S 174 DE 0.75 L” markalanma yazısı olan maye,2 ədəd üzərində“SAF-T-EZE MB-160Blue-Moly500 mg” markalanma yazısı olan maye,1 ədəd üzərində “ReiColor Dickschicht - Zinkausbesserung LZ-09 100 ml” markalanma yazısı olan maye,1 ədəd üzərində “DİNİTROL UN 1139 PROTECTİNG /SCHÜTZEN 10 L” markalanma yazısı olan maye, 2 ədəd üzərində “Liebherr-Original-Ersatzteile 1022 662 5 1 L” markalanma yazısı olan maye, 1 ədəd üzərində “Tevier Liebherr-Original- Ersatzteile 8700 017 14 markalanma yazısı olan maye,1 ədəd üzərində “Liebherr-Original-ERSATZTEİLE 8900 541 14 ” markalanma yazısı olan sprey, 1 ədəd üzərində “FUCHS Liebherr-Original-Ersatzteile8610 079 14” markalanma yazısı olan sprey aşkar edildi. Aşkar olunmuş mallar protokol əsasında götürüldü. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 yanvar 2023-cü il tarixdə verilmiş 9/8478 nömrəli ekspertiza rəyindən görünür ki, qərardadda göstərilən 19 adda malların ümumilikdə xx.xx.2022-ci il tarixə orta qiyməti təxminən 2223,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respulikasındakı filialının törədilmiş xətanın xarakterini, bəyan edilməmiş 19 adda malların onların mülkiyyətində olmasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: “X4 İnşaat Ticareti” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun anbarında saxlanılan, cəmi 2223,00 manat dəyərində 1 ədəd üzərində “EURO PART Sceibenfrostschutz- Konzentrat Anti-freeze for windows-concentrate” markalanma yazısı olan pəncərələrin konsentratı üçün antifriz, 2 ədəd üzərində “Dirko TM HT +315C" markalanma yazısı olan silikon, 1 ədəd üzərində “Markal STYLMARK indelible paint marker” markalanma yazısı olan silinməz boya markeri, 4 ədəd üzərində “MARSTON X3 İsocyanate free! with nozzle” markalanma yazısı olan birləşdirici maddə, 6 ədəd üzərində “Liebherr WR Lube SC” markalanma yazısı olan sprey,8 ədəd üzərində “Platinum Grade LPS 3 380 ml” markalanma yazısı olan maye,1 ədəd üzərində “PPG Amercoat 450 E LİEBHERR YELLOW 16 L” markalanma yazısı olan maye,1 ədəd üzərində “PPG THİNNER 91-92 20 L” markalanma yazısı olan maye, 1 ədəd üzərində “PPG Amercoat 450 E LS LİEBHERR GREY 16 L” markalanma yazısı olan maye, 2 ədəd üzərində “PPG AMERCOAT 450 E 4 L” markalanma yazısı olan maye,1ədəd üzərində“PPG Amerlock 2C/400C Base L 1.94 L” markalanma yazısı olan maye,1ədəd üzərində “PPG Amerlock 400 C/400GFA 2 L” markalanma yazısı olan maye, 3 ədəd üzərində “HEMPEL'S 174 DE 0.75 L” markalanma yazısı olan maye,2 ədəd üzərində“SAF-T-EZE MB-160Blue-Moly500 mg” markalanma yazısı olan maye,1 ədəd üzərində “ReiColor Dickschicht - Zinkausbesserung LZ-09 100 ml” markalanma yazısı olan maye,1 ədəd üzərində “DİNİTROL UN 1139 PROTECTİNG /SCHÜTZEN 10 L” markalanma yazısı olan maye, 2 ədəd üzərində “Liebherr-Original-Ersatzteile 1022 662 5 1L” markalanma yazısı olan maye, 1 ədəd üzərində “Tevier Liebherr-Original- Ersatzteile 8700 017 14 markalanma yazısı olan maye,1 ədəd üzərində “Liebherr-Original-ERSATZTEİLE 8900 541 14 ” markalanma yazısı olan sprey, 1 ədəd üzərində “FUCHS Liebherr-Original-Ersatzteile8610 079 14” markalanma yazısı olan sprey dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-34/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-34/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver