Məhkəmə qərarları › İş №3(019)-341/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-341/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-341/2023 24.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Balakən rayonu Qazma kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 395.1-2-ci maddəsilə Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri X4 tərəfindən Şəxs Balakən rayonu Qazbinə kəndində ona məxsus həyətyanı sahədə divar hündürlüyü 3,5m, planda ölçüləri təxminən 5x10 m olan tikili aşkar edilməsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin pozulması əsası ilə barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 iyul 2023-cü il tarixli MN 0302437№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Qeyd edilənlərə əsasən hazırki işə Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatının nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materialda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********08 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları 27 №li reyestr kitabının 33 №li vərəqində xx.xx.2022-ci il tarixdə Şəxs adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnzibati materialda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********08 olan, 815920 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) Şəxs adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnzibati materialda olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Balakən rayonu Qazbinə kəndində yerləşən tikilməsi nəzərdə tutulan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsindən görünür ki, "xxxx" MMC tərəfindən sifarişçi Şəxs üçün memarlıq planlaşdırma layihəsi hazırlanmışdır. İnzibati materialda olan X1 ərizəsində göstərilir ki, ona məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin ortaq sərhəd hasarından 1 metr məsafədə Şəxs fərdi yaşayış evi tikməsinə və pəncərə quraşdırmasına razıdır, etiraz etmir. İnzibati materialda olan xx.xx.2023-cü il tarixli EDO-3765/2023 nömrəli ərizədən görünür ki, Qarayev X3 Rayon İcra Hakimiyyətinə Balakən rayonu Qasbinə kəndində 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üçün tikinti niyyəti barədə müraciət etmişdir. İnzibati materialda olan Balakən RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar X4 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli 73 nömrəli məktubda göstərilir ki, Balakən rayonu Qazbinə kəndində Şəxs məxsus olan 0,08 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan və məlumatlandırma icraatı tətbiq olunan fərdi yaşayış evinin tikinti niyyətinə dair məlumatlar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Təqdim edilmiş memarlıq-planlaşdırma layihəsi qanunauyğundur. Yaşayış evini təqdim edilmiş layihə əsasında tikmək tövsiyə edilir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanun normasının mənasından görünür ki, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün onun əməlində həmin inzibati xəta tərkibi; yəni həmin xətanın obyekti, obyektiv tərəfi, subyektiv tərəfi və subyekti olmalıdır. Fiziki şəxs, vəzifəli şəxs və ya hüqqi şəxsin əməlində inzibati xəta tərkibinin bir elementinin olmaması həmin xəta tərkibini istisna edir. Barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İşdəki sübutlardan görünür ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) Şəxs adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, SR ARXİTEKTURA və DİZAYN” MMC tərəfindən Şəxs üçün Balakən rayonu Qazbinə kəndində yerləşən tikilməsi nəzərdə tutulan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi hazırlanmış, X5 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edilərək, ona məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin ortaq sərhəd hasarından 1 metr məsafədə Şəxs fərdi yaşayış evi tikməsinə və pəncərə quraşdırmasına razı olması, etiraz etməməsi bildirilmiş, həmçinin xx.xx.2023-cü il tarixli EDO-3765/2023 nömrəli ərizə ilə Qarayev X3 Rayon İcra Hakimiyyətinə Balakən rayonu Qasbinə kəndində 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi üçün tikinti niyyəti barədə müraciət etmişdir. Həmçinin Balakən RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar X4 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli 73 nömrəli məktubda Balakən rayonu Qazbinə kəndində Şəxs məxsus olan 0,08 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan və məlumatlandırma icraatı tətbiq olunan fərdi yaşayış evinin tikinti niyyətinə dair məlumatların Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərin Dövlət reyestrinə daxil edilməsi, təqdim edilmiş memarlıq-planlaşdırma layihəsinin qanunauyğun olması göstərilmiş, yaşayış evinin təqdim edilmiş layihə əsasında tikilməsi tövsiyə edilmişdir. İşin faktoloji hallarından görünür ki, Şəxs tərəfindən məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektinin tikintisi halı yoxdur, o, tikinti ilə bağlı məlumatlandırma icraatına aid qanunda göstərilən bütün tələbləri yerinə yetirmişdir. Ona görə də Şəxs əməlində Azərbaycan X2 Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Bunun əksini təşkil edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan X2 Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan X2 Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan X2 Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan X2 Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar