Məhkəmə qərarları › İş №3(019)-344/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-344/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-344/2021 16.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi-direktoru Nümayəndə1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə2 tərəfindən Şəxs barəsində "xxxx" MMC-də fəhlə vəzifəsində işləyən Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 27 oktyabr 2021-ci il tarixli, MN seriyalı, 1053008№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi-direktoru Nümayəndə1 izahatında göstərmişdir ki,Şəxs 29.07.2021-ci il tarixli əmri ilə Şahid 29 iyul 2021-ci il tarixdən müəssisəyə fəhlə qəbul edilmiş, lakin həmin vaxt sistem işləmədiyindən onunla bağlanmış əmək müqaviləsinin elektron sistemə daxil edilməsi mümkün olmamışdır. Şahid ilə bağlanmış əmək müqaviləsi yalnız 31 iyul 2021-ci il tarixdə saabt 18.40-da elektron sistemə daxil edilmişdir. Lakin Şahid müəssisədə əmək vəzifələrinin yerinə yetirilməsinə cəlb edilməmişdir. Əmək müfəttişliyi tərəfindən Şahid 31 iyul 2021-ci il tarixdə müəssisədə işləməsi göstərilsə də, inzibati məsuliyyətə cəlb etmə (inzibati tənbeh vermə) müddəti keçdiyindən Şəxs barəsində Azçərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə2, Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 192.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, Şəxs 29.07.2021-ci il tarixli əmri ilə o, 29 iyul 2021-ci il tarixdən həmin müəssisəyə fəhlə qəbul edilmiş, lakin 29 və 30 iyul 2021-ci il tarixlərdə həmin müəssisədə işləməmiş, işlərə cəlb olunmamışdır. 29 iyul 2021-ci il tarixdə evdə olan zaman yıxılaraq xəsarət almış, lakin xəstəxanaya müraciət etməmişdir. 31 iyul 2021-ci il tarixdə günorta vaxtı işdə olan zaman belində ağrı hiss etmiş və xəstəxanaya müraciət etmişdir. Xəstəxanada həkim soruşduqda o, işdə beli ağrıdığı üçün işdən gəldiyini bildirmişdir. Amma işdə xəsarət aldığı barədə həkimə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsini və şahidi dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verməklə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə inzibati tənbeh vermə müddətinin keçməsi əsası ilə hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 26 nömrəli əmrindən görünür ki, Şahid 29.07.2021-ci il tarixdən müəsissədə fəhlə vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan, sistemə daxil edilmə tarixi 31.07.2021-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs ilə Şahid arasında 29.07.2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmış, Şahid məşğulluq təsnifatı üzrə ixtisassız fəhlə, torpaq işləri/karxana, əmək müqaviləsi üzrə fəhlə funksiyası müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs direktoru Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin rəisi cənab Arif Muradöva ünvanladığı arayışda göstərilir ki, müəssisənin kadr uçot sənədlərinə əsasən (əmr 25) X2 29 07.2021-çi il tarixdə işə qəbul edilmiş, lakin həmin tarixdə işdə hesab edilməmişdir. Şahid əmək müqaviləsi bildirişi ƏMBEİS-ə 31.07.2021-ci il tarixdə daxil edilmişdir Belə ki 29.07.2021-ci il tarixdə elekıron imza kartı ilə ƏMBEİS-a tərəflərindən daxil olmaq mümkün olmamış, 31.07.202l-ci il tarixdə texniki problem aradan qaldırıldıqdan sonra Şahid əmək müqaviləsi bildirişi ƏMBEfS-a daxil edilməsi tərəflərindən təmin edilmişdir. Həmçinin bədbəxt hadisə baş verən gün, yəni 29.07.2021-ci il tarixdə Şahid Nizamı oğlu işdə olmamışdır. Müəssisədə işçilərin işə davamiyyətinə tabelçı nəzarət edir və aylıq tabeldə bu öz əksini tapır. 29.01.2021-ci il tarixdə Nümayəndə1 işə qəbul cüməsinə baxmayaraq, o, növbəsi olmadığı üçün 29.07 -31.07.2021-ci il tarixlərdə işdə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin inzibati təhbeh vermə haqqında 29 oktyabr 2021-ci il tarixli MN1065419 nömrəli qərarından görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 5000 (beş min) manat inzibati cərimə tənbeh növü seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Kənan Binnətovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 25 avqust 2021-ci il tarixli qərarından görününr ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzerə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin əlamətlərinə işarə edən dəlillərin olması səbəbi ilə bu hissədə rayon prokuroruna məlumat verilməsi, qərarın surətinin Balakən rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-2-ci bəndinə əsasən bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin faktiki hallarına müvafiq qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə baxmayaraq, inzibati məsuliyyətə cəlb etmə (inzibati tənbeh vermə) müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı 31 iyul 2021-ci il tarixdə törətmişdir və bu xətanı törətməsindən üç aydan artıq müddət keçmişdir. Göründüyü kimi hüquqi şəxs Şəxs MMC barəsində qanunda nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə (inzibati tənbeh vermə) müddəti keçmişdir. Bu xüsusda məhkəmə hesab edir ki, Balakən rayon prokurorluğunun müstəntiqinin 25 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbul edildiyi gün hazırki inzibati xəta üzrə inzibati tənbehin verilməsi üçün qanunda nəzərdə tutulan üç aylıq müddətin başlanğıc günü kimi qəbul edilə bilməz. Belə ki, həmin araşdırma Şahid aldığı xəsarətlə bağlı olmaqla, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə hüquqi qiymətləndirmə əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin əlamətlərinin olması nəticəsinə gəlinmiş, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində isə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində isə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, 25 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda araşdırılmış hadisə və toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olması və tərkib əlamətlərinin olması nəticəsinə gəlinməmiş və bu hal ümumiyyətlə araşdırma və həmin qərarın hüquqi qiymətləndirmə predmeti olmamışdır. İş materiallarından müəyyən olunur ki, Şəxs barəsində Balakən rayon prokurorluğunun müstəntiqinin 25 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə araşdırılmış hadisə ilə əlaqədar toplanmış material üzrə İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olması barədə gəlinmiş nəticə üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmamışdır. Hətta 27 oktyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb kimi 25 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar deyil, Şəxsndən 29.09.2021-ci il tarixli, **********7 nömrəli məktubla daxil olmuş sənədlər və ƏMBEİS-ə daxil edilmiş bildiriş (əmək müqaviləsinin elektron sistemə daxil edilməsi barədə bildirişi) göstərilmişdir. Deməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qax regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 27 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol 25 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarı əsasında və bu qərar üzrə araşdırmanın yekun hüquqi nəticəsi olaraq tərtib edilməmişdir. Ona görə də Balakən rayon prokurorluğunun müstəntiqinin 25 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbul edildiyi gün hazırki inzibati xəta haqqında inzibati tənbehin verilməsi inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunda müəyyən edilmiş 3 aylıq müddətin başlanğıc günü kimi hesab edilə bilməz. Bu iş üzrə inzibati tənbehin verilməsi-inzibati məsuliyyətə cəlb edilmə üçün qanunda nəzərdə tutulmuş 3 aylıq müddətin başlanğıc müddəti inzibati xətanın baş verdiyi 31 iyul 2021-ci il tarix hesab edilməlidir ki, həmin tarixdən başlayaraq da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilmə (inzibati tənbehin verilməsi) üçün qanunda müəyyən olunmuş müddət keçmişdir. Qeyd edildliyi kimi, bu da hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə (inzibati tənbeh vermə) müddətinin keçməsi əsası ilə xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53,105.1, 109.2, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə (inzibati tənbeh vermə) müddətinin keçməsi əsası ilə xitam verilsin; hüquqi şəxs Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar