Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-346/2022 07.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Balakən rayonu Şambul kəndində yaşayan X3 barəsində xx.xx.2022-ci il tarixli, İXP4747785 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i m: Balakən rayonu Şambul kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə Vİ Taqım Baş yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP4747785 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə,müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP4747785 saylı inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer Bakı-Salyan yolunun 15 kilometrliyi göstərilmişdir. İş materialları ilə Bakı-Salyan yolunun 15 kilometrliyi ərazisinin Azərbaycan Respublikasının hansı inzibati rayonuna aid olması isə məlum deyildir. Həmçinin iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında hazırki işə onun yaşadığı yer üzrə Balakən Rayon Məhkəməsində baxılması barədə vəsatəti yoxdur. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə Şəxs barəsində xx.xx.2022-ci il tarixli, İXP4747785 saylı inzibati xəta haqqında protokol üzrə həmin Məcəllənin 353.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, sözügedən inzibati xəta haqqında protokol baxılması üçün Balakən Rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Balakən Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyildir. Beləliklə də təsvir olunanlarla əsasən belə nəticəyə gəlirəm ki, X3 barəsində Vİ Taqım Baş yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP4747785 saylı inzibati xəta haqqında protokola baxılması Balakən Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onların məhkəməyə göndərildiyi Balakən Rayon Polis Şöbəsinə, Vİ Taqım Baş yol patrul xidməti inspektoru polis leytenantı X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: X3 barəsində Vİ Taqım Baş yol patrul xidməti inspektoru polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP4747785 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onların məhkəməyə göndərildiyi Balakən Rayon Polis Şöbəsinə, Vİ Taqım Baş yol patrul xidməti inspektoru polis leytenantı X1 qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-346/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-346/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver