Məhkəmə qərarları › İş №3(019)-348/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-348/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-348/2023 31.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon prokurorunun nümayəndəsi- Balakən rayon prokurorunun köməkçisi X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Gürcüstan Respublikası Saqareceo rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Hənifə kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 398-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokuroru, baş ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən fiziki şəxs Şəxs “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinin və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 21 dekabr 2000-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinin tələblərini pozaraq 7 iyun 2022-ci il tarixdən 17 iyul 2023-cü il tarixədək “Elit” kafesini işlədərkən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 10 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki iş üzrə 28 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Hənifə kəndində yaşayır. Balakən şəhəri Bayraq meydanının yaxınlığında yerləşən "Elit” adlanan kafeni icarəyə götürərək işlədir. Lakin onu VÖEN-ni yoxdur. Həmin kafeni təxminən 2022ci ilin may ayının 5-dən icarəyə götürmüşdür. Təxminən 5-6 gün təmir işləri apardıqdan sonra kafeni işlətməyə başlamışdır. Həmin kafedə X4 təxminən 1 ay yarım onunla birlikdə işləmiş, sonra işdən çıxmışdır. Aytac Qafarova həm ofisiantlıq edir, həm də qabları yuyurdu. Aytac Qafarova işə başlayarkən bildirmişdi ki, daimi olaraq burada işləməyəcək və bir ay işlədikdən sonra Bakı şəhərinə gedəcəkdir. Ona görə də o, ona gündəlik 10 manat verməklə işə götürmüşdür. Bəzən az verdiyi də olurdu. Daimi işçi olmadığı üçün də onunla müqavilə bağlamamışdır. Onunla münasibətdə olan X2 ona kafedə işlərin idarə edilməsinə kömək etmək məqsədi ilə gedib-gəlir. Lakin ona bununla bağlı hər hansı məbləğdə pul vermirdi, nə də o, istəmirdi. Çünki onlar bir yaşadıqlarından o, onun gündəlik xərclərini ödəyir. O, 2022-ci ilin iyun ayında əmək müqaviləsi olmadan işçi işlətdiyinə və qanunsuz sahibkarlıqla məşğul olduğuna görə 1 dəfə cərimələnmişdir. Onun bu kafeni işlətdiyi müddətdə əldə etdiyi gəliri təxminən 500 manat olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 31 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən hazırki işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi X3, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, İXM-nin 398-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və Şəxs izahatından görunür ki, Şəxs 7 iyun 2022ci il tarixdən 17 iyul 2023-cü il tarixədək “Elit” kafesini işlədərək dövlət qeydiyyatına-vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və kafeni işlətdiyi müddət ərzində təxminən 500 manat gəlir əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin-500 manatın) iki misli-1000 manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar