Məhkəmə qərarları › İş №3(019)-349/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-349/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-349/2020 10.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X1 iştirakı ilə hüquqi ünvanı ünvan 1 mənzil 24 olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə, **********1444 saylı gömrük bəyannaməsi ilə dəyəri 131610 ABŞ dolları olan 20500 kiloqram “meşə fındığı” yükü Qərb ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Polşa Respublikasının Varşava şəhəri Jana Kazimlerza 32B/110,01-248 ünvanında qeydiyyatda olan “Kaslar Polska” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, İxrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 2729 ABŞ dolları (4639,3 manat) məbləğində xarici valyutanı geri qaytarmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 11000-1499/2020 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki,xx.xx.2019-cu il tarixdə Polşa Respublikasının Varşava şəhəri Jana Kazimlerza 32B/110,01-248 ünvanında qeydiyyatda olan “Kaslar Polska” şirkəti ilə Şəxs arasında kiloqramı 6.42 ABŞ dolları olmaqla 22000 kiloqram 11-13 kalibrli fındıq ləpəsinin satılması üçün 05-19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən ümumi dəyəri ******* dollar olan fındıq ləpəsi yükü 20500 kq fındıq ləpəsi yükü rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixində Balakən Gömrük İdarəsində **********1444 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək, Polşa Respublikasının Varşava şəhərinə göndərilmişdir. Göndərilən malın dəyərinin böyük hissəsi, yəni 128881 ABŞ dolları şirkətin “xxxxxxxxx” ASC-nin Zaqatala filialındakı hesabıma köçürülmüşdür, lakin 2729 ABŞ dolları ödənilməmişdir. Buna səbəb xx xxxxxx 2020-ci il tarixində X3 vilayətinin Karaçev rayonunda masından 17 kisə olmaqla 425 kq fındıq ləpəsi oğurlanmışdır. Bununla bağlı Bryansk vilayətinin gömrük orqanında yük maşınının A8321E1 qeydiyyat nişanlı qoşqusuna baxış keçirilərək akt tərtib olunmuş, eyni zamanda bu faktla bağlı Bryansk vilayətinin polis orqanında cinayət isi başlanılmışdır. “Şəxs" MMC tərəfindən oğurlanan malın dəyəri qarşılıqlı razılğa əsasən nəqliyyat şirkətindən daşımaya görə ödəniləcək puldan tutulmuşdur. X4 Palatasının portalında qalıq borc qörsənməsin deyə, sözügedən məbləği şirkətin müvəkkil bankındakı hesabına köpürmək üçün X7 filialına müraciət olunmuş, ancaq bankdan bildirilmişdir ki, valyuta yalnız xaricdən daxil olduqda məlumatlar Palataya ötürülür. Həmin 2729 ABŞ dolları (4639,3 manat) vəsait «Paşa Bank» ın bank hesabına daxil olmaqla Azərbaycan Respublikasına qayıtmışdır. Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin əməlində inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasınınmüvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdə Polşa Respublikasının Varşava şəhəri Jana Kazimlerza 32B/110,01-248 ünvanında qeydiyyatda olan “Kaslar Polska” şirkəti ilə Şəxs arasında kiloqramı 6.42 ABŞ dolları olmaqla 22000 kiloqram 11-13 kalibrli fındıq ləpəsinin satılması üçün 05-19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən ümumi dəyəri ******* dollar olan fındıq ləpəsi yükü 20500 kq fındıq ləpəsi yükü rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixində Balakən Gömrük İdarəsində **********1444 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək, Poşa Respublikasının Varşava şəhərinə göndərilmişdir. Göndərilən malın dəyərinin böyük hissəsi, yəni 128881 ABŞ dolları şirkətin “xxxxxxxxx” ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüşdür, lakin 2729 ABŞ dolları ödənilməmişdir. Buna səbəb xx xxxxxx 2020-ci il tarixində X3 vilayətinin Karaçev rayonunda maşından 17 kisə olmaqla 425 kq fındıq ləpəsi oğurlanması olmuşdur. Yəni inzibati xəta haqqında iş üzrə icraat başlanılan vaxt 2729 ABŞ dolları (4639,3 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin təqsiri olmadan baş vermişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şəxs-yə məxsus 2728,5 ABŞ dolları dəyərində 425 kq çəkidə 17 kisə meşə qozunun (fındığın) X5 Vilayətinin Karaçevsk rayonu ərazisində oğurlanması faktına görə RF CM-nin 158-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanmışdır. İşə əlavə edilmiş «Paşa Bank» «Zaqatala» Biznes Mərkəzinin Baş mütəxəssisinin Şəxs» MMC-nin direktoruna ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, PBZ-345 №-li məktubundan və həmin məktuba əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, sözügedən 2729 ABŞ dolları (4639, 3 manat) məbləğində vəsait sonradan malı alan şirkət tərəfindən «Paşa Bank»ın bank hesabına daxil olmuş və bununla da Azərbaycan Respublikasına qayıtmışdır. Göstərilənləri, inzibati xəta haqqında iş üzrə icraat başlanılan vaxt 2729 ABŞ dollarının Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını, həmçinin həmin vəsaitin hazırda Azərbaycan Respublikasına qayıtmasını nəzərə alınaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə onun üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat başlanılan vaxt Şəxs xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalan 2729 ABŞ dolları (4639,3 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və sonradan həmin 2729 ABŞ dolları (4639,3 manat) məbləğində vəsait malı alan şirkət tərəfindən «Paşa Bank»-a köçürülmüş və bununla da Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından,Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar