Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-35/2021 27.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə xx.xx.1992-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndində yaşayan X11 oğlu barəsində Balakən Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X1 Rayon Məhkəməsinin 2(019)-314/2020 nömrəli xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X7 və 16 oktyabr 2019-cu il tarixdə anadan olmuş Xəlilov Tunar Fərid oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti X4 ödəməlidir. O alimenti ödəməmiş, onun 2420 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X6 aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X3 göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, icra məmurunun ifadəsi və iş materiallarında olan sənədlərlə aşagıdakı qaydada tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 oğlu məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-314/2020 nömrəli xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2020-ci il tarixdən başlayaraq 22 avqust 2017-ci il tarixdə doğulmuş X7 və 16 oktyabr 2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti X4 ödəməlidir. Heç yerdə işləmədiyinə və maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Gələcəkdə aliment borcunu ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahmudov Akif Hacıömər oğlu göstərdi ki, X11 oğlu Balakən Rayon Məhkəməsinin 2(019)-314/2020 nömrəli xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən 27 fevral 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X7 və 16 oktyabr 2019-cu il tarixdə anadan olmuş Xəlilov Tunar Fərid oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti X4 ödəməlidir. Fərid Xəlilov alimenti ödəməmiş, hazırda onun 2420 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-314/2020 nömrəli 02 iyun 2020-ci il tarixli icra sənədinə əsasən 27 fevral 2020-ci il tarixdən başlayaraq 22 avqust 2017-ci il tarixdə doğulmuş X7 və 16 oktyabr 2019-cu il tarixdə anadan olmuş Xəlilov Tunar Fərid oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment Xəlilov Fərid Məhəmməd oğlundan alınıb X4 ödənməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 oğlunun şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-35/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-35/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver