Məhkəmə qərarları › İş №3(019)-35/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-35/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-35/2023 19.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaşadığı evin yaxınlığında yerləşən məscidin həyətində qonşusu X2 burun nahiyyəsinə 2 dəfə qəsdən yumruqla vuraraq onun sağlamlığına zərər vurmayan xəsarət yetirməklə onu döymüşdür. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Natiq Muradovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Hənifə kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs 4 ildir ki tanıyır, Günay onun qonşusudur. Zərərçəkmiş şəxs onun qonşusu Variz Keçiliyevin həyat yoldaşıdır. 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs “Vatsapp” vasitəsi ilə yazaraq onunla tanış olmaq, görüşmək istədiyini bildirmiş, Günay da onunla razılaşmışdır. Həmin ildən sonra Zərərçəkmiş şəxs ilə mobil telefonla danışmağa, “Vatsapp” vasitəsi ilə yazışmağa başlamışdır. Günayla həmçinin görüşmüş, aralarında isti münasibətləri olmuşdur. 2021 -ci ilin avqust ayında Zərərçəkmiş şəxs Ömür adlı oğlu dünyaya gəlmiş, həmin vaxtdan sonra isə Zərərçəkmiş şəxs çox dəyişmiş və onu telefonda bloka salmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən küçədə görmüş, onunla sözlə mübahisə etmişdir. Bu zaman əsəbləşərək Günayın sifətinə bir dəfə şillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs dərhal evə getmiş, özü də çıxıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığındakı məscidin həyətində görüb ona yaxınlaşmış, orada söhbət etdikləri zaman aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs burun nahiyyəsinə 2 dəfə yumruqla vurmuş və ona xəsarət yetirmişdir. Sonra isə çıxıb evinə getmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə aınmaqla barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qonşusu Şəxs 4 ildir ki tanıyır. 2019-cu ildə Samır Məmmədov ona “Vatsapp” vasitəsi ilə yazaraq onunla tanış olmaq, görüşmək istədiyini bildirmişdir. Həmin vaxt ona inanaraq Samirlə yazışmağa başlamışdır. Şəxsla yazışmağını 2020-ci ildə əri Variz Keçiliyev öyrənmiş, bu zaman evində söz-söhbət yaranmışdır. Həmin ildə Varizdən ayrılaraq atası evinə qayıtmış, lakin 1 həftə sonra qayınanası Limonət Keçiliyeva onu atası evindən geri ərinin evinə aparmışdır. X5 barışmış və bir yerdə yaşamağa başlamışdır. Lakin Şəxs 2020-ci ilin ortalarında, yəni o evə qayıtdıqdan sonra ona yenidən sms yazmağa başlamış, bununla bağlı evində əri ilə söz-söhbətlər yarandığından Şəxsla görüşmək istəməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evə tək gəldiyi zaman Şəxs küçədə onu görərək ona yaxınlaşmış, bu zaman Şəxs əsassız yerə onun saçından tutaraq yolmuş və sifətinə 1 dəfə şillə ilə vuraraq dərhal qaçaraq evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şəxs onu yenidən yaşadığı evin yaxınlığında-yerləşən məscidin həyətində görərək ona yaxınlaşmış, nə üçün mobil telefon nömrəsini bloka saldığını bildirərək onu söyüb təhqir etməyə başlamış, sonra isə üzərinə hücum edərək onun burun nahiyyəsinə 2 dəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Şəxs ilə barışmamışdır, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X6 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03 nömrəli rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət — sol göz altında qançır bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 06-xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, “Balakən rayonu Hənifə kənd sakini X2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış HK-1-22 saylı material üzrə cinayət işinin başlanılması rədd edilsin. Qərarın surəti Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilsin. Toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi əsasında cinayət işi başlanması rədd edilsin. X3 qonşusu Şəxs tərəfindən təhqir olunması ilə bağlı aidiyyəti üzrə Balakən rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar