Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-35/2025 30.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər Balakən rayonunda un məmulatları istehsalı ilə məşğul olmuş, son 6 il ərzində isə faktiki olaraq Bakı şəhərində yaşayır və orada işləyir. Balakən rayonunda yaşamadığına görə Balakən şəhəri ərazisində fəaliyyət göstərən un məmulatları sexini anası X5 işlədir. (VÖEN **********) X1 2022-ci ilin noyabr ayından cəzaçəkmə müəssisəsində cəza çəkir, həmin vaxtadək isə şirniyyat sexində işləmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X2 əmək müfəttişi X13 onun iştirakı olmadan guya onun X1na müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqı verməyi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən barəsində MN ******* nömrəli inzibati protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə isə X16 Xidmətinin X2 rəis müavini X18 tərəfindən heç bir inzibati araşdırma aparılmadan və onun iştirakı təmin edilmədən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 1000 manat cərimə tətbiq edilməyi barədə qərar qəbul edilmişdir. Ona yazılmış protokol və onun əsasında çıxarılmış qərar tam qanunsuzdur. Birincisi ona görə ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmiş və bu barədə hər hansı sübut yoxdur. Ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. İkincisi X1 2022-ci ilin noyabr ayından etibarən Şəki şəhərində yerləşən cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkir və həmin vaxtdan etibarən qeyd edilən un məmulatları sexində işləmir. Üçüncüsü yuxarıda qeyd etdiyi kimi ümumiyyətlə o, həmin un məmulatları sexində çalışmır. Göründüyü kimi barəsində çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq X16 Xidmətinin X2 rəis müavini X18 tərəfindən çıxarılmış olan "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X8 və X16 Xidmətinin X2 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidmətinin X2 rəis müavini X18 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 barəsində X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə görə İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vergi məlumatlarından çıxarışdan görünür ki, X8 fəaliyyət istiqaməti çörək istehsalı; uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı olmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmışdır – VÖEN: **********. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 28 nömrəli arayışında göstərilir ki, X9 həqiqətən Talalar kənd sakinidir, 2022-ci ilin noyabr ayından bugünkü tarixədək cəzaçəkmə müəssisəsindədir. Məhkəmə şikayət ərizəsini və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğində cərimə edilir. X8 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, qərarda işə baxılarkən müəyyən edilmiş halların - X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsindən ibarət olması qeyd edilmiş, ona hansı tarixdə, hansı məbləğdə əməkhaqqı verilməsi müəyyən edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən istinad edilmiş sübutlar X16 Xidmətinin X7 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin şikayətçinin ərizədə qeyd etdiyi X4 2022-ci ilin noyabr ayından cəzaçəkmə müəssisəsində cəza çəkməsi və həmin vaxtdan etibarən qeyd edilən un məmulatları sexində işləməməsi xüsusatları araşdırılmamışdır. Göründüyü kimi qərar kifayət qədər araşdırma aparmadan qəbul edilmişdir. Məhkəmə şikayətçinin həmin un məmulatları sexində çalışmaması dəlili ilə bağlı onu qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi vergi məlumatlarından çıxarışa əsasən X8 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN: **********). Odur ki, şikayətin bu dəlili əsassız hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidmətinin X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-35/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-35/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver