Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-350/2020 26.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Balakən rayonu Gərəkli kəndində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaşamış şəxsi münasibətlər zəminində mübahisə zamanı baş nahiyəsinə taxta parçası ilə vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirməklə döymüşdür. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Reyhan ilə Məhəmmədəli o nun qonşularıdır. Onun özünə məxsus olan 1 ədəd dişi cinsli iti var. Həmin it özü ilə kürsək yığdığı üçün onu həyətindən kənarlaşdırmışdır. xx.xx.2020-ci il tarixdə o, evdə olan vaxtı oğlu Bayram evə gəlmişdir. Ona itlərinin kürsək yığdığı üçün qonşu Məhəmmədəlinin onu təhqir etdiyini demişdir. O da həyat yoldaşı Xatun ilə birlikdə evdən çıxıb Məhəmmədəlinin evinə getmişdir. Evdən çıxanda Xatun əlinə dəyənək də götürmüşdü. O və Xatun Məhəmmədələnin evinə gedib onu çölə çağırmışlar. Məhəmmədəlidən nəyin baş verdiyini nəyə görə oğlu Bayrama artıq əskik sözlər dediyini soruşanda onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Məhəmmədəli ilə aralarında mübahisə yaranmışdır. O, onun üstünə hücum etmək istədiyini görəndə bu vaxt o, Xatunun əlində olan taxta dəyənəyi götürüb Məhəmmədəlinin çiyninə vurmuş və taxta onun kürəyində sınmışdır. Məhəmmədəli üstünə hücum etmiş, onlar tutaşanda onu qolları ilə qaldırıb yerə vurmuş, Məhəmmədəli ağzı üstə yerə yıxılmışdır. Bundan sonra da oraya gələn oğlu Bayram onları ayırmış və oradan evə gəlmişdir. Hazırda Zərərçəkmiş şəxsla barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Zərərçəkmiş şəxs ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Balakən rayonu Gərəkli kəndində tək yaşayır. Şəxs onun qonşusudur. Onun dişi cinsli iti var. Həmin it də kürsək yığır. O, buna görə dəfələrlə ona və ailə üzvlərinə demişdir ki, iti qovsunlar. Lakin onların heç bir sözünə əhəmiyyət vermir. xx.xx.2020-ci il tarixdə o, yenidən görmüşdür ki, həmin it kürsəyi yığıb evinin yaxınlığındadır. O, çölə çıxanda Rizvanın oğlu Bayramın iti qovduğunu görmüşdür. Onu yanına çağırmış, Bayram yanına gələndə ona demiş olmuş ki, bu iti niyə qovmursuz birdəfəlik. Bu vaxt Bayram ona kobud cavab vermişdir. Ona konkret olaraq başa salmışdır ki, itinizi qovun çıxardın kənddən bu biyabırçılıqdır. Bavrama sözünü deyəndən sonra o çıxıb getmiş, o da evə daxil olmuşdur. Bir qədər keçmiş Rizvan ilə həyat yoldaşı Xatunun onun evi tərəfə gəldiklərini görmüşdür. O, evdən çıxıb onları qarşılamaq üçün yola tərəfə getmişdir. Onlar evinin həyətyanı sahəsinə daxil olmuşlar. Onları qarşılayanda Rizvan aqressiv formada ünvanına nəlayiq söyüşlər söyüb onu təhqir etmiş ki, o, niyə onun oğluna söz demişdir. Bu vaxt aralarında sözlə mübahisə yarananda Rizvan Xatunun əlində olan taxta parçasını götürüb başına vurmuş və taxta sınmışdır. Başından qan açılanda onlar tutaşmışlar. Bu vaxt oraya onun oğlu Bayram gəlmiş, Bayram da gəlib çatan kimi sınan taxta parçasınından bir hissəsini götürüb üstümə hücum etmişdir. Rizvan və onun oğlu Bayram onu yerə yıxdırıb onu yerdə taxta parçası ilə döymüşlər. Bu vaxt da qızı 102 xidmətinə zəng etmişdir. Dava zamanı həyat yoldaşı özündən getmişdir. Halhazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cinayət hadisəsi olmadığından Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-562 saylı material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Zərərçəkmiş şəxs və Şəxs ilə X1barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 110- 118 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-350/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-350/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver