Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-351/2021 02.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarına xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Nəsrəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılması barədə Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Şəxs Nəsrəddin oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində 30.06.2021-ci il tarixdə EQ ******* nömrəli elektron protokol yazılmış, lakin həmin protokol üzrə yazılmış cəriməni bu barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Balakən Rayon Polis Şöbəsinin DYP bölməsi onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı İXP ******* nömrəli inzibati protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Nəsrəddin oğlu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarın surətindən görünür ki, Şəxs Nəsrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdarılmışdır. İşdə olan bildirişdən görünür ki, Şəxs Nəsrəddin oğlu EQ-6937904 saylı inzibati protokolun cəriməsini dəbbə pulu ilə birlikdə cəmi-64 (altmış dörd) manat həddində olarkən 18.11.2021-ci il tarixdə tam ödəmişdir. Ərizənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Nəsrəddin oğlu yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol yazılmış, lakin həmin protokol üzrə yazılmış cəriməni bu barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarı ilə o,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. O, barəsində olan, EQ-6937904 nömrəli inzibati xəta haqqında protokol üzrə 64 manat cəriməni 18.11.2021-ci il tarixdə tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərar onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İşin hallarını, hüquq normalarını nəzərə alaraq hesab edirəm ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarı xitam edilməli, Şəxs Nəsrəddin oğlu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(019)-351/2021 nömrəli qərarı xitam edilsin. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Nəsrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-351/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-351/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver