Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-351/2022 10.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi , inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1, tələbkar Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Püştətala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-301/2019 nömrəli, 19 iyun 2019-cu il tarixli icra sənədinə əsasən Balakən rayonu Püştətala kəndində 0.1198 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakdan çıxmalı, əmlakı boşaltmalıdır. Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi 19 noyabr 2020-ci il tarixdən tələbkar Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə,Şəxs 20 dekabr 2020-ci il tarixdən həmin torpaq sahəsindən və evdən çıxmalı, əmlakı boşaltmalı olmasına baxmayaraq, üzürsüz səbəbdən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 göstərdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-301/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Balakən rayonu Püştətala kəndində yerləşən 0.1198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmalı,əmlakı boşaltmalıdır.O, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmamış,müxtəlif bəhanələrlə icra sənədinin icrasını təmin etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o, icra sənədini icra etməkdən imtina edir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-301/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Balakən rayonu Püştətala kəndində yerləşən 0.1198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmalı, həmin əmlakları boşaltmalıdır. Digər borcları olduğuna və bu müddətdə həmin borcları ödədiyinə görə tələbkar Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu ödəyə bilməmişdir. Onun azyaşlı uşaqları vardır, torpaq sahəsindən və evdən çıxmayacaqdır. Çalışıb bir ay müddətində borcunu ödəyəcəkdir. Borcu ödəməsi üçün ona vaxt verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs Qapalı Cəhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-301/2019 nömrəli 19 iyun 2019-cu il tarixli icra sənədinə əsasən Balakən rayonu Püştətala kəndində yerləşən 0.1198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı,əmlakı boşaldıb onlara təhvil verməlidir. Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi 19 noyabr 2020-ci il tarixdən tələbkar Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olmasına, Şəxs 20 dekabr 2020-ci il tarixdən həmin torpaq sahəsindən və evdən çıxmalı, əmlakı boşaltmalı olmasına, o vaxtdan İki ilə yaxın vaxt keçməsinə baxmayaraq,o, üzürsüz səbəbdən,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq oradan çıxmamış, müxtəlif bəhanələrlə icra sənədini icra etməmişdir.Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-301/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 2(019)-47/2017 saylı qətnaməsinin “ipoteka predmeti olan Balakən rayonu Püştətala kəndində 0.1198 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Balakən rayonu Püştətala kəndindəki 0.1198 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 61.000 (altmış bir) manat həddində müəyyən edilməsi, Balakən Rayon Məhkəməsinin 01 fevral 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə - cavabdehlər Şəxs, X1 və X2 müştərək qaydada 019R********** nömrəli kredit razılaşması üzrə 25601.06 ABŞ dolları məbləğində kredit borcu, 4443,76 ABŞ dolları məbləğində faiz borcu və 700 ABŞ dolları məbləğində cərimə olmaqla,cəmi 30744.82 (otuz min yeddi yüz qırx dörd ABŞ dolları 82 sent) ABŞ dolları məbləğində borcun qətnamə icra edilən tarixə Azərbaycan manatına məzənnə ilə, dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin 25.02 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8,84 manatının və 21 manat xidmət haqqının 17,52 manatının Zərərçəkmiş şəxs QSC-nin xeyrinə tutulması, tələbin Balakən rayonu Püştətala kəndində 0.1198 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması və 30744.82 ABŞ dolları məbləğində borcun qətnamə icra edilən tarixə Azərbaycan manatına məzənnə ilə, dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin 25.02 manatının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8,84 manatının və 21 manat xidmət haqqının 17,52 manatının hərracdan satışdan əldə olunan vəsait hesabına Zərərçəkmiş şəxs QSC-ə ödənilməsi, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Şəxs həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Püştətala kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.20 kv.m olan fərdi yaşayış evi Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, iki ilə yaxın müddət keçməsinə baxmayaraq Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 301/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədini icra etməməsini, hazırda da o sözügedən torpaq sahəsindən və evdən çıxmayacağını bildirməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən saat 15:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-351/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-351/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver