Məhkəmə qərarları › İş №3(019)-352/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-352/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-352/2025 18.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, X4 qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Nümayəndə1 Balakən rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə2 tərəfindən qəbul edilən inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Orucov X2 rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə2 tərəfindən qəbul edilən inzibati tənbeh verimə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərardan məhkəməyə şikayət verərək inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3, onun nümayəndəsi Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Orucov X2 rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə2 tərəfindən qəbul edilən inzibati tənbeh verimə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərardan məhkəməyə şikayət verərək inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 65.1 və 65.1-1-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər.Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi inzibati xəta haqqında qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi dəqiq müəyyən olunmuşdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi yox,müdafiəçisi ola bilər, onun özü və müdafiəçisi şikayət verə bilər, məhkəmədə özü və müdafiəçisi şikayət verə bilər. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Orucov X2 rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə2 tərəfindən qəbul edilən inzibati tənbeh verimə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərardan məhkəməyə şikayət vermişdir. Göründüyü kimi şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir.Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayətə isə baxıla bilməz. İşin yuxarıda qeyd edilən hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 nümayəndəsi Nümayəndə1 Balakən rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Nümayəndə2 tərəfindən qəbul edilən inzibati tənbeh verimə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlə birlikdə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar