Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-353/2025 22.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X20 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Balakən rayonunun İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu İtitala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 11 avqust 2025-ci il tarixdə saat 23:10 radələrində bir baş malı (camış) nəzarətsiz qoymuş, nəticədə camış yolun hərəkət hissəsinə çıxaraq Balakən rayonunun İtitala kəndi ərzaisində qaranlıq vaxtı yolda hərəkətdə olan X10 idarə etdiyi “Opel Astra ”markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış və nəqliyyat vasitəsinin camışa dəyməsi nəticəsində avtomobildə olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirilmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı Nümayəndə göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:32 radələrində Balakən rayonu İtitala kəndi ərazisində törədilmiş avtoqəza ilə bağlı onun tərəfindən araşdırma aparılmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və ünvan 1i ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Balakən rayon İtitala kəndində ailəsi ilə birlikdə yaşayır. X15 tanıyır. Belə kı, X21 da Balakən rayon İtitala kəndində yaşayır. Hacının özünə məxsus ferması var, həmin fermada mal-qara saxlayır. 4 ilə yaxındır ki, Hacının mal-qarasına baxır, çobanlıq edir. Hacı özünə məxsus 7 baş camışı ona vermiş, anası hər gün 7 baş camışın südünü sağır və bundan sonra camışları geri fermaya sürür. Axşam saat 19-dan sonra həmin 7 baş camışı fermadan geri yaşadığı evə sürərək gətirmişdir. xx.xx.2025-cı ıl tarixində isə fermada bir az işləri olduğu üçün və gec gedəcəyi üçün camışları sürərək yola çıxarmış və anasına zəng edərək, "camışları evə doğru sürdüyünü, gəlib çatanda qapıya salarsan' demişdir. Daha sonra anası həmin camışları qapıya salan zaman camışlardan biri yolda qalmışdır. X19 maşınla yoldan keçən zaman həmin camış maşının qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş verməsinə səbəb olmuşdur. Hadisə baş verdikdən sonra hadisə yerinə getmiş və orada olan, ona məxsus həmin camışı sürərək evə gətirmişdir. Əməlindən peşmandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Yüngül tənbeh təyin edilməsini xahiş etdi. İş materiallarında olan X6 Rayon PŞ-də verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayon İtıtala kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-cı il tarixində, axşam saatlarında özünə məxsus “Opel Astra" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu Katex kəndinə, qaynı yoldaşının vəfatının ildönümü mərasiminə getmişdir. Saat təxminən 23 radələrındə Katex kəndindən geri evə İtitala kəndinə qayıdarkən, Ruslan şadlıq sarayına çatan zaman yolda adlarını bilmədiyi, ancaq üzdən tanıdığı uşaqları görmüşdür.Həmin uşaqlardan İtitalaya gedib-getmədiklərim soruşmuş, uşaqlar da “gedirik” deyə cavab vermişlər. Özü də uşaqlara "onsuz boş gedirəm, gəlin sizi də aparım" demiş, bundan sonra adlarını bilmədiyi, sadəcə üzdən tanıdığı və İtitala kəndində yaşadıqlarını bildiyi 4 nəfər onun maşınına minmiş və İtitala kəndinə doğru hərəkət etməyə başlamışdır. İtitala kəndinin girişinə çatan zaman qarşısına camış çıxmış, maşını qaçırmaq istəsə də, bunu bacarmamış və camışı vurmuşdur.Camış maşının on şüşələrinə dəymiş və maşının şüşələri sınaraq ön oturacaqda oturan, adını bilmədiyi oğlana dəymiş və ona xəsarət yetirmişdir.Həmçinin arxada oturan şəxslərdən sonradan ona adının Yusif olduğu məlum olan şəxsin də zərbənin təsirindən sonra sifətindən xəsarət almışdır. Bundan sonra polis əməkdaşına zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə yol patrul xidməti əməkdaşları gəlmiş, hadisə yerinə çatan zaman ondan avtomobili idarə etməyə dair sənədlərinin olub-olmadığını soruşmuşlar.O, sənədlərinin olduğunu bildirmiş, bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Nəqliyyat vasitəsini idarə edən zaman spirtli içkinin təsiri altında olmamış, sürücülük hüququna dair vəsiqəsi və nəqliyyat vasitəsinə aid digər sənədləri mövcud olmuş, təqdim edə biləcəyini demişdir. Avtoqəza baş verdikdən sonra hadisə yerini tərk etməmiş, hadisə zamanı sürət həddi təxminən 50- 60 km olmuşdur.Hadisə baş verən zaman qarşısına çıxan heyvanı-camışı təxminən 10 metr məsafədən görmüş,maşını qaçırsa da tormozlasa da qəzadan yayına bilməmişdir. İş materiallarında olan, azyaşlı olduğu üçün valideyni X2 iştirakı ilə izahatı alınmış X3 Rayon PŞ-də verdiyi izahatında göstərilmişdir ki, Balakən rayonu İtitala kəndində yaşayır.11 08.2025-cı il tarixində Ruslan şadlıq sarayında toyda olmuşdur.Bir qədər toyda iştirak etdikdən sonra, saat təxminən 23 radələrındə evə getmək üçün şadlıq sarayının qarşısına çıxmışdır.Onunla birlikdə başqa uşaqlar da olmuşlar. Bu zaman kəndçisi Şaban öz maşını ilə gəlmiş və onlardan "kəndə gedirsizmi" deyə soruşmuşdur. Onunla birlikdə 3 nəfər "gedirik" deyə Şabana cavab vermişlər. Daha sonra isə kəndçiləri Ceyhun, Famın, Daniel və özü maşına minmişlər. Bir qədər getdikdən sonra yolda maşının qarşısına camış çıxmışdır. Şaban maşını tormozlaya bılməmiş, camışa vurmuşdur.O, arxada oturmuş, zərbənin təsirindən ön tərəfə atılmışdır.Maşının ön şüşəsi sol qaş nahiyəsinə batmış və xəsarət almışdır. Buna gorə də Balakən RMX-ya müraciət etmişdir. Sifətində xəsarət olduğu üçün məhkəmə-tıbbı ekspertizasından keçmək istəmişdir.Şaban nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməmişdir. İş materiallarında olan azyaşlı olduğu üçün valideyni X4 iştirakı ilə izahatı alınmış X5 Balakən Rayon PŞ-də verdiyi izahatında göstərilmişdir ki, Balakən rayonu İtitala kəndində yaşayır.xx.xx.2025-ci il tarixində Balakən rayonu Kortala kəndi ərazisində yerləşən “Ruslan” şadlıq sarayında toya getmiş, bir qədər toyda oturduqdan sonra, saat təxminən 23 radələrində evə getmək üçün Ruslan şadlıq sarayının qarşısına çıxmışdır.Bu zaman kəndçiləri Daniel, İosif və Faminin də evə getmək üçün maşın gözlədiklərini görmüşdür. Şaban adlı şəxsin öz maşını ilə orada dayanmışdır. Şabana müraciət edərək "kəndə gedirsizmi” deyə soruşmuşlar. Şaban da "gedirəm, gəlin sizi də aparım” deyə cavab vermişdir.Bundan sonra Famin Daniel,İosif və özü maşına minmişlər. Kəndə doğru irəliləmiş, İtitala kəndi ərazisində maşının qarşısına camış çıxmışdır. Şaban maşını saxlaya bilməyərək camışa vurmuşdur.Arxada oturan losif xəsarət almışdır.Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər.Bədənində xəsarət olmamış, məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibbi Ekspertiza və X18- Təcrübi və X9 rayon MTE və PA şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 276 nömrəli rəydən görünür ki, X7 müəyyən edilmiş xəsarətlər — sol qaş nahiyyəsində və burun belində əzilmiş-cırılmış yaralar, sol yanaq nahiyyəsində, boynunda, alt çənə nahiyyəsində və sağ bazusunda sıyrılmış yaralar-bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Balakən RMX PHŞ-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə Balakən RMXPHŞ-dan daxil olmuş 1508 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X10 hər hansı alkoqol qəbul etmədiyi, ayıq vəziyyətdə olduğu göstərilmişdir. Alkotestrın nəticəsinə dair tərtib edilmiş protokol araşdırma materialına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında yüz manatdan yüz əlli manatadək məbləğində cərimə inzibati tənbehi nəzərdə tutulur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərar qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-353/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-353/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver