Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-354/2024 06.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X2 tərəfindən Qax RPŞ-nin DYPB-nin xx.xx.2024-cü İXP-6430231 nömrəli inzibati xəta haqqında protokolundan verilmiş şikayətə baxaraq , m ü ə y y ə n e t d i m: X2 məhkəməyə müraciət edərək barəsində yazılmış xx.xx.2024-cü il tarixli. İXP- 6430231 nömrəli protokol üzrə 80 AZN cərimə və 3 balın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi qanunverici inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsini müəyyən etmişdir. X2 isə inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Bundan başqa X2 şikayətinə, barəsində tərtib edilmiş heç bir sənədin surətini əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin yuxarıda qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X1 Qax RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, İXP-6430231 nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: X1 Qax RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, İXP-6430231 nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-354/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-354/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver