Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-354/2025 11.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi- anası Şahid, müdafiəçi Balakən rayonu Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Balakəndə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN-xxxxxxx , subay, orta təhsilli, işləməyən, Balakən rayonu Qazma kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Balakən Rayon Polis Şöbəsi tərəfindən icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Balakən rayonu Hənifə kəndində küçədə Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici izahatı, zərərçəkmişin, zərərçəkmişin qanuni nümayəndəsinin ifadələri və digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi X7 məhkəmə iclasında göstərdi ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları alınmış və Balakən rayonu Qazma kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs istəmiş, lakin sonradan onu başqa şəxsə ərə vermək istədiklərini eşitmişdir. Bu səbəbdən də dəfələrlə Aysuna zəng etmiş,hətta onunla evlənmək istəyən oğlanla mübahisə edib onu hədələmişdir. xx.xx.2025-ci il tarixdə Aysunun yaşadığı ünvana gedərək onu evin qarşısına çağırmışdır. O, anası ilə birlikdə küçəyə çıxmışdır. Həmin vaxt aralarında mübahisə baş vermiş, o, əsəbiləşərək Aysunun ünvanına nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən peşmandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 sentyabr 2025-ci il tarixdən Şəxs telefonla dəfələrlə ona zəng edərək onu narahat etmişdir. O, bu barədə Polis Şöbəsinə məlumat vermiş, anası isə bununla bağlı dəfələrlə 102 xidmətinə zəng etmişdir. 10 sentyabr 2025-ci il tarixdə saat 12:00 radələrində Şəxs onun yaşadığı evin qarşısına gələrək onu şəsləyərək küçəyə çağırmışdır. O da məcbur qalaraq evin qarşısına küçəyə çıxmışdır. Küçəyə çıxdığı zaman anası Rəvanə də onunla birlikdə küçəyə çıxmışdır. O, İdrisə bir daha onu narahat etməməsini desə də İdris öz əməlini davam etdirərək küçədə anasının yanında nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bundan sonra o, ərizə ilə rayon polis şöbəsinə müraciət etmişdir. Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Bir neçə aydır ki, İdris məktəbdən çıxanda qızının arxasınca gəlir. Aysun ona bu barədə məlumat verdikdən sonra rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər və burada müvafiq araşdırma aparılaraq İdrisə etdiyi davranışa son qoyması ilə bağlı xəbərdarlıq edilmişdir. Ancaq bundan sonra da o, əməllərinə son qoymamışdır. 06 sentyabr 2025-ci il tarixdən Şəxs telefonla dəfələrlə qızına zəng edərək onu narahat etmişdir. X10 şikayət etmiş, özü isə bu barədə dəfələrlə 102 xidmətinə zəng etmişdir. 10 sentyabr 2025-ci il tarixdə Şəxs onların evinin qarşısına gələrək qızı Aysunu yola çağırmışdır. Aysunla birlikdə o da küçəyə çıxmışdır. Küçədə olarkən İdrislə Aysunun arasında mübahisə baş vermişdir. Həmin vaxt Şəxs nalayiq ifadələr işlədərək Aysunu təhqir etmişdir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:15-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:30-da azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü Şəxs xx.xx.2024-cü il , xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, 33.1.4-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən eyni xətanı bir il ərzində təkrar törətməsini və hazırki inzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati həbs müddətinin əvvəli onun inzibati qaydada tutulduğu 10 sentyabr 2025-ci il tarixdən saat 17:15-dən hesablanmalıdır. Balakən rayon Vəkil Bürosunun vəkili X5, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz)gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. X4 Maisovna tərəfindən göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun («KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************) hesabına 22 manat köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-354/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-354/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver