Məhkəmə qərarları › İş №3(019)-355/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-355/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-355/2021 02.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxs X4, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 31.10.2021-ci il tarixdə, saat 18 radələrində Balakən şəhəri. S.Gözəlov küçəsində yerləşən «Grande Palace» şadlıq sarayında X5 məxsus olan “Redmi Note 8” markalı mobil telefonu oğurlayaraq, ona 420 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02.11.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, fəhlə işləyir. 31.10.2021-ci il tarixdə, saat 18 radələrində o, Balakən şəhərində yerləşən “Grand Palace” adlanan şadlıq sarayına yemək yemək üçün getmişdir. Yemək yeyib yekunlaşdırandan sonra qarşısında stolun üzərində sahibsiz telefon görmüş və həmin telefonu oradan gizlincə götürmüşdür. Sonra şadlıq sarayından çıxıb evə gəlmişdir. 10-15 dəqiqə evdə oturmuş, çörək almaq üçün yola çıxmışdır. Bayraq meydanının yaxınlığında polis əməkdaşları onu yolda saxlamış və Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində "Grand Palace” adlanan şadlıq sarayından oğurladığı mobil telefon onun şalvarının arxa sağ cibində olmuşdur. X1 “Redmi note 8” markalı mobil telefonu qaytarmış, onunla barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. X4 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında göstərdi ki, hal hazırda ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə idarəçi vəzifəsində işləyir. 31.10.2021-ci il tarixdə, axşam saat 18 radələrində Balakən şəhərində yerləşən “Qrand Palase” adlı şadlıq sarayına dostunun toyuna getmiş, toya gedən zaman üzərində 420 manat dəyərində olan Redmi markalı Not 8 modelli mobil telefonu olmuşdur. Həmin mobil telefonunu onun şadlıq sarayında salonun girişində sağ tərəfdə stolun üstünə qoymuş, həmin yerdə oturmuş, başı toya qarışmış, aradan xeyli vaxt keçəndən sonra ona telefon lazım olmuşdur. Tez gedib oturduğu yerdə stolun üstünə baxdıqda mobil telefon stolun üstündə olmamış, mobil telefonunu axtarmağa başlamış, lakin telefonunu tapa bilməmişdir. Təxminən bir saat keçəndən sonra mobil telefonunu tapa bilmədiyi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, mobil telefonunun oğurlanması barədə məlumat vermiş, təxminən 10 dəqiqədən sonra polis əməkdaşları oraya gəlmiş və onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, 31.10.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Sonradan mobil telefonunun Şəxs Məhəməd oğlu tərəfindən götürüldüyü məlum olmuşdur. Hazırda Şəxs ona dəymiş ziyanı tam ödəmiş, onunla barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs münasibətdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Məhəmməd Xocaxovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.11.2021-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 şikayəti əsasında toplanmış HK-1-864 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, X5 məxsus “Redmi note 8” markalı mobil telefonu “Qrand Palace" şadlıq sarayında stolun üzərindən gizli olaraq talayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsinə əsəsən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin X2, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, X5 göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin vurulmuş ziyanı tam olaraq ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona vurduğu ziyanı tam olaraq ödədiyini, onunla barışdığını, ondan heç bir tələb və şikayətinin olmadığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X5 vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X5 vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X10 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53, 105.1, 110- 118 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, vurulmuş ziyan tamamilə ödənildiyinə və zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar