Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-355/2024 07.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Balakən rayonunun Gərəkli kəndində anadan olmuş, orta təhsilli, subay , işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən Rayon Gərəkli kənd inzibati ərazi dairəsində xadimə işləyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Balakən rayonu Talalar kəndi ərazisindəki küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs sifətinə və bədəninə şillə ilə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Natiq Muradovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir.Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Gərəkli kəndində yaşayan xx.xx.1984-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 3 ildir ki Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Onunla qeyrirəsmi olaraq ər-arvad münasibətlərində yaşamışlar. Həmin müddətdə Ramazan öz istəyi ilə ona ümumilikdə təxminən 1000 manatdan artıq pulu təmənnasız hissə-hissə göndərmişdir. Təxminən 2 ay bundan əvvəl Ramazan o, telefonu gec açdığına görə onu telefonda nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Həmin vaxtdan onların arasında münasibət pozulmuşdur. xx.xx.2024-cü il tarixdə o, Ramazana zəng etmiş, Ramazan ona evində atası və anasının ayrılmaq istədiklərini, ona vəkil tapmağa və danışmağa köməklik etməsini xahiş etmişdir. Oda razılaşmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Ramazan yaşadığı evə gəlmiş, onunla görüşmək istədiyini bildirmişdir. O,da onunla razılaşmayaraq onu evdən qovmuşdur. Bu səbəbdən aralarında yenidən narazılıq yaranmişdır. xx.xx.2024-cü il tarixdə Ramazan ona zəng edərək telefonda hədə-qorxu gəlmiş, onu qardaşına tapşıracağını demişdir.Həmçinin xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 21 radələrində Ramazan yaşadığı evin qarşısına gəlmiş,onu yol qapısının yanında dayanaraq çağırmışdır.O,evdən çıxmamış və ona cavab verməmişdir. Ramazan da onu orada söyüb təhqir etmiş və çıxıb piyada Balakən şəhəri istiqamətində tək yeriməyə başlamışdı. O, 10 ildir ki dini nikahla yaşadığı Balakən rayonu Talalar kənd sakini Tural İbrahimovu zəng edərək şikayət etmək üçün onu Balakən RPŞ-nə aparması üçün çağırmışdır. Tural idarə etdiyi Vaz 21011 markalı avtomaşınla yaşadığı evin qarşısına gəlmişdir. Tural yanında Fərid adlı tanımadığı şəxslə gəlmişdir. O, Turalın avtomaşınında arxa oturacaqda əyləşmişdir.Onlar Balakən şəhəri istiqamətində hərəkət etməyə başlamişlar.Balakən rayonu Talalar kəndi ərazisində asfalt yolun kənarında yerləşən çörək bişirmə sexinin qarşısına çatdıqda o, Ramazanın yolun kənarı ilə piyada getdiyini görüb Turala avtomaşını saxlamasını bildirmişdir.Tural avtomaşını saxlamış, o, avtomaşından yerə düşmüş və Ramazanın sifətinə şillə ilə vurmuşdur. Onun əynindəki köynəyini cırmışdır. Sonra Tural avtomaşından düşmüş, Ramazanın onunla mübahisə etdiyini görüb Tural əsəbiləşərək Ramazanın bədəninin hansısa hissəsinə 1 dəfə şillə ilə vurmuşdur.Ramazan qaçaraq oradan uzaqlaşmışdır.O həmin yerdə DİN-in 102 xidmətinə zəng edərək münaqişə olması barədə məlumat vermişdir.Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 3 ildir ki, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs tanıyır, onunla həmin müddətdə qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşamış, həmin müddətdə Günelə ümumilikdə öz istəyi ilə təxminən 10-15 min manatdan artıq pulu hissə-hissə göndərmiş və onun özünə nəğd olaraq vermişdir. Günel ona həmin pulları aliment pulunu aldıqda geri qaytaracağını demiş, lakin Şəxs ona borc olaraq verdiyi pulları qaytarmamış, bu səbəbdən aralarında 2 aydır ki narazılıq yaranmışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Günelin yaşadığı evə onunla pulun qaytarılması mövzusunda danışmaq üçün getmiş, Günelin evinin qapısının yanında duraraq onu çağırmışdır.Günel evdən çıxmamış,o,piyada Balakən şəhəri istiqamətində yeriməyə başlamışdır. Bu zaman tək olmuşdur. Həmin gün saat 21:30 radələrində Balakən rayonu Talalar kəndi ərazisində asfalt yolun kənarında yerləşən çörək bişirmə sexinin qarşısına çatdıqda Vaz 21011 markalı, qara rəngli avtomaşın onun yanında dayanmışdır. Avtomaşından Günel, Tural və Turalın yanında olan tanımadığı bir nəfər şəxs yerə düşmüş, onların hər üçü onun üzərinə anidən hücum edərək onu şillə, təpik və yumruqla döyməyə başlamışlar. Günel onun əynindəki köynəyin boyun hissəsini cırmışdir. Günel və Tural onu orada sözlə öldürməklə hədələmiş, onların əlindən çıxaraq Balakən rayonu Talalar kəndi istiqamətdə qaçmağa başlamışdır və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Günel, Tural və yanındakı tanımadığı şəxs onun arxasınca gəlməmiş,sonradan onların hara getmələrini görməmişdir.O,Şəxs şikayətçidir,onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki,Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs və Balakən rayonu Talalar kənd sakini Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında aparılmış araşdırma zamanı toplanmış HK-1-425 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Talalar kənd sakinləri Şəxs və X2 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan MəhkəməTibb Ekspertizası və X4 –Təcrubi və X3 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 157 nömrəli ekspert rəyində göstərilmişdir ki; Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-sol topuqda səthi nəzərə çarpan - qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Balakən rayonu Talalar kənd sakini xx.xx.1984-cü il təvəllüdlü Şəxs inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-355/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-355/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver