Məhkəmə qərarları › İş №3(019)-355/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-355/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-355/2025 08.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Balakən rayonu Qasbinə kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs (VÖEN: **********) 1095600.00 Rusuya rublu məbləğində vəsaiti 15 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1095600.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Hüquqi şəxs Şəxs (VÖEN: **********) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Hüquqi şəxs Şəxs (VÖEN: **********) sözügedən inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, iş materiallarında olan “Bank VTB(Azərbaycan)” ASC-in Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 25 avqust 2025-ci il tarixli, KB-162/2- 196/2025 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3 bəndinə əsaslanaraq xx/xx/2023-cü il tarixində VTB Bank (Azərbaycan) tərəfindən Respublikadan kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürülmələrin 2 il tamam olmasına baxmayaraq gömrük bəyənnaməsini təqdim etməyən və ya gömrük bəyənnaməsində uyğunsuzluqlar olduğuna görə bəyənnaməni bağlaya bilmədiyiniz müştərilərin adlarının və köçürmələrin bütün təsdiqedici sənədlərini Sizə təqdim edirik” Məktuba əlavə edilmiş cədvəldən görünür ki, rezident Şəxs MMC-nin səlahiyyətli şəxsi X1 xx.xx.2023-cü il tarixdə 1095600.00 Rusiya rublunu xaricə göndərmiş, həmin məbləğdə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Hüquqi şəxs Şəxs (VÖEN: **********) törətdiyi xətanın xarakterini nəzərə alaraq onun barəsində aşağı həddə cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti -1095600.00 Rusiya rublu məbləğində vəsaitin 20 (iyirmi) faizi məbləğində 219120 Rusiya rublu (icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta məzənnəsi üzrə Azərbaycan manatına məzənnə ilə) məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar