Məhkəmə qərarları › İş №3(019)-356/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-356/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-356/2024 07.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan , inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Balakən rayonu Talalar kəndi ərazisindəki küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs sifətinə və bədəninə şillə ilə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Natiq Muradovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Talalar kəndində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 10 ildir ki Balakən rayonu Talalar kənd sakini Günel Qardaşovanı tanıyır, onunla qeyri-rəsmi ər-arvad münasibəti vardır. xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 21 radələrində Günel ona zəng edərək gəlib onu Balakən RPŞ-nə aparmasını, Zərərçəkmiş şəxs şikayət edəcəyini, Ramazanın onun evinə gəlib onu təhqir etdiyini bildirmişdir. Günelin evinə idarə etdiyi Vaz 21011 markalı avtomaşınla getmiş, bu zaman yanında tanışı Fərid Qurbanov da olmuşdur. Güneli evindən götürərək Balakən şəhəri istiqamətində hərəkət etdikdə Balakən rayonu Talalar kəndi ərazisində asfalt yolun kənarında yerləşən çörək bişirmə sexinin qarşısında Zərərçəkmiş şəxs piyada getdiyini görmüşdür. Günel ona avtomaşını saxlamasını bildirmişdir. O, avtomaşını saxlamış, Günel avtomaşından yerə düşmüşdür. Ramazanla Günelin bir-birlərini itələdiklərini görmüş, lakin onların bir- birlərinə vurduqlarını görməmişdir, Günelin telefonunun yerə düşdüyünü görüb onun telefonunu yerdən götürmüşdür. Həmin vaxt Ramazan qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Günel də onun arxasınca qaçmış, lakin Günel sonra geri qayıtmış və birlikdə Balakən RPŞ-nə gəlmişlər. O və yanındakı X7 döyməmiş, Fərid avtomaşından yerə düşməmişdir. Ramazana yumruq və təpiklə vurmamışdır.Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, müharibə veteranıdır, hazırda da hərbidə xidmət edir. 3 ildir ki, Balakən rayonu Talalar kəndində yaşayan X3 tanıyır, onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşamış, bu müddətdə Günelə ümumilikdə öz istəyi ilə təxminən 10-15 min manatdan artıq pulu hissə-hissə göndərmiş və onun özünə nəğd olaraq vermişdir. Günel ona həmin pulları aliment pulunu aldıqda geri qaytaracağını demiş, lakin Günel Qardaşova ona borc olaraq verdiyi pulları qaytarmamış, bu səbəbdən aralarında 2 aydır ki narazılıq yaranmışdır.xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Günelin yaşadığı evə onunla pulun qaytarılması mövzusunda danışmaq üçün getmiş,Günelin evinin qapısının yanında duraraq onu çağırmışdır.Günel evdən çıxmamış, o, piyada Balakən şəhəri istiqamətində yeriməyə başlamışdır. Bu zaman tək olmuşdur. Həmin gün saat 21:30 radələrində Balakən rayonu Talalar kəndi ərazisində asfalt yolun kənarında yerləşən çörək bişirmə sexinin qarşısına çatdıqda Vaz 21011 markalı, qara rəngli avtomaşın onun yanında dayanmışdır. Avtomaşından Günel, Tural və Turalın yanında olan tanımadığı bir nəfər şəxs yerə düşmüş, onların hər üçü onun üzərinə anidən hücum edərək onu şillə, təpik və yumruqla döyməyə başlamışlar. Günel onun əynindəki köynəyin boyun hissəsini cırmışdir. Günel və Tural onu orada sözlə öldürməklə hədələmiş, onların əlindən çıxaraq Balakən rayonu Talalar kəndi istiqamətdə qaçmağa başlamışdır və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Günel, Tural və yanındakı tanımadığı şəxs onun arxasınca gəlməmiş, sonradan onların hara getmələrini görməmişdir. O, Şəxs şikayətçidir,onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs və Balakən rayonu Talalar kənd sakini X2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə qarşılıqlı müraciətləri əsasında aparılmış araşdırma zamanı toplanmış HK-1-425 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Talalar kənd sakinləri X4 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan MəhkəməTibb Ekspertizası və X6 –Təcrubi və X5 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 157 nömrəli ekspert rəyində göstərilmişdir ki; Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət--sol topuqda səthi nəzərə çarpan-qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar