Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-357/2023 16.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx.xx.1987-ci ildə Zaqatala şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanıda qeydiyyatda olmaqla ünvan 2ayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12.25 radələrində Balakən şəhəri M.Müşfiq küçəsində yaşayan qonşusu X2 mənzilinin artırma hissəsində onun saçından tutmaqla və dırnaqları ilə üzünə, boynuna, sağ qoluna və sol dirsək nahiyəsinə xəsarət yetirməklə X5 dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12.25 radələrində X22 onun azyaşlı oğlu Paşanı təhqir edərək yaşadıqları evin həyətyanı sahəsindən qovduğu üçün aralarında mübahisə yaranmış, ona düz etməməsi barədə xəbərdarlıq etmiş, lakin İradə Balayeva onun ünvanına nalayiq ifadələr işlədərək onu qıcıqlandırmışdır. O da əsəbləşərək gedib onun saçından tutmuş, eyni zamanda İradə Balayeva da onun saçından tutmuşdur. X4 onları bir-birilərindən kənarlaşdırmış, bundan sonra evinə getmişdir. İradə Balayevanı dırnaqları ilə vurmamış, onun bu barədə dedikləri həqiqəti əks etdirmir. X21 məxsus mənzilin artırma hissəsində baş vermiş, səs-küy yaranmamış, oraya kənar şəxslərin toplaşmamış, qeyd edilən hadisə 5-7 dəqiqə davam etmişdir. X22 ilə bir neçə dəfədir ki, sözlə mübahisələri olmuş, lakin dava etməmişlər. Həmin hadisə ilə bağlı xəsarəti yoxdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşadığını, yaşadıqları evin həyətyanı sahəsində kiçik əl damlarının olduğunu, orada qonşu uşaqların top oynaması nəticəsində həmin əl damı nazik dəmirdən olduğuna görə topun dəyməsi ilə yararsız vəziyyətə düşdüyünü, xx.xx.2023-cü il tarixdə qeyd edilən əl damını qaynaq vasitəsilə düzəltdirdiyini, xx.xx.2023cü il tarixdə yenədə qonşu uşaqlar qeyd edilən əl damını top ilə vurduqları üçün onlara “uşaqlar, gedin başqa yerdə oynayın” dediyini, bir az sonra səsini eşidən qonşusu Şəxs onunla uşaqları oradan göndərdiyi üçün mübahisə etməyə başladığını, ona “gözlə gör sənə nələr edəcəyəm” dediyini, təxminən 5 dəqiqə sonra yaşadıqları mənzilin artırma hissəsinə gələrək onun saçından tutduğunu, dırnaqları ilə üzünə, boynuna və qol nahiyəsinə xəsarət yetirdiyini, bununla əlaqədar onun qarşısını almaq üçün Şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün DİN-in 102 Xidmətinə və Balakən RPŞnə müraciət etdiyini, qeyd edilən hadisənin onlara məxsus mənzilin artırma hissəsində baş verdiyini, səs-küy yaranmadığını, hadisəni oğlu Səxavət Balayevin gördüyünü, oraya kənar şəxslərin toplaşmadığını, qeyd edilən hadisənin 5-7 dəqiqə davam etdiyini, qonşusu ilə bir neçə dəfədir ki, sözlə mübahisələrinin olduğunu, lakin dava etmədiklərini, xəsarət aldığını bildirmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X11, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında İradə Balayevanın onun anası olduğunu, yaşadıqları binanın həyətyanı sahəsində anasının da qeyd etdiyi kimi əl damlarının olduğunu, xx.xx.2023-cü il tarixdə həmin dəmirdən olan əl damını qaynaqla bərpa etdirdiklərini, onu hər dəfə qonşu uşaqların top ilə vuraraq yararsız vəziyyətə saldıqlarını, xx.xx.2023-cü il tarixdə həmin qonşu uşaqları orada oynayan zaman anasının onlara orada oynamamaqlarını bildirdiyini, uşaqların oradan çıxıb getdiklərini, həmin vaxt qonşuları Səidənin də azyaşlı oğlunun orada olduğunu, bir az sonr əvvəlcə Şəxs çıxaraq oğluna “siz niyə oradan kənara getdiniz?” dediyini, daha sonra isə anasına “gözlə gəlib gör sənin başına nə oyun açacam, sən kimsən mənim oğlumu oradan qovursan?” dediyini, anası X13 səs-küy salmaması üçün qapını bağlamaq istəyərkən onun qapını bağlamasına imkan verməyərək anasının saçından tutduğunu və dırnaqları ilə anasının üzünə, boynuna, sağ qoluna və sol dirsək nahiyəsinə xəsarət yetirdiyini, anasının onun əlindən zorla aldığını, bundan sonra qeyd edilən məsələ ilə bağlı polis əməkdaşlarının yaxınlaşaraq ərizə və izahat aldıqlarını, polis əməkdaşları getdikdən sonra Şəxs Zaqatalada yaşayan adını bilmədiyi anasının onların evlərinə icazəsi olmadan daxil olduğunu, anasını və atasının ünvanına nalayiq ifadələr işlətdiyini, qadın olduğuna görə heç nə deməyərək tədbir görülməsi üçün DİN-in 102 Xidmətinə müraciət etdiyini bildirmiş, qeyd edilən hadisənin onlara məxsus mənzilin artırma hissəsində baş verdiyini, səs-küy yaranmadığını,hadisəni başqa heç kimin görmədiyini, oraya kənar şəxslərin toplaşmadığını, qeyd edilən hadisənin 5-7 dəqiqə davam etdiyini, qonşuları ilə anasının bir neçə dəfədir ki, sözlə mübahisələrinin olduğunu, lakin dava etmədiklərini bildirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 227 nömrəli rəyində göstərilmişdir ki, X3 müəyyən edilmiş xəsarət - boynunda, sol yanaq nahiyəsində, sol dirsək oynağında, sağ saidində sıyrıqlar və sol bazusunda qançır- bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin(əl, dırnaq və s.) əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis leytenantı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 iyul 2023-cü il tarixli qərarından görünür ki, ünvan 4 ünvanında yaşayan X2 və ünvan 5 ünvanında yaşayan Şəxs Vüqar qızının Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə və Balakən RPŞ-nə müraciətləri əsasında toplanmış HK-1/461 və HK-1/462 saylı materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ünvan 5 ünvanında yaşayan Şəxs Vüqar qızının əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması, eyni zamanda hər iki adları qeyd edilən şəxsin münaqişəli qonşu kimi qeydiyyata alınması üçün Balakən RPŞ-nin İTB-nə göndərilmiş, toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X5 və Şəxs Vüqar qızına göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X17, xx.xx.2015-ci il tarixdə doğulmuş X18 və xx.xx.2022-ci il tarixdə doğulmuş X19 olmaqla Şəxs himayəsində 3 azyaşlı uşaq vardır. İş materiallarından həmçinin görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs xx.xx.2023-cü il tarixdə saat 12.25 radələrində aralarında baş vermiş mübahisə zamanı X5 qəsdən fiziki ağrı yetirmədiyi barədə bildirdiklərinə hüquqi qiymət verərək hesab edir ki, bu məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12.25 radələrində aralarında baş vermiş mübahisə zamanı X5 qəsdən fiziki ağrı yetirməsi zərərçəkmiş şəxs X2 izahatı, şahid X7 izahatı, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 227 nömrəli rəyi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısının 27 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və sair sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində azyaşlı uşaqları olan qadın olaraq inzibati xəta törətməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, himayəsində azyaşlı uşaqları olan qadın olaraq inzibati xəta törətməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X15 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-357/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-357/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver