Məhkəmə qərarları › İş №3(019)-357/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-357/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-357/2024 19.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin 09 iyul 2024-cü il tarixli,MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin barəsində tərtib etdiyi 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o,Balakən rayonu Qaravəlli kənd körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X6 İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və (Tələbnamə N 152) yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilməməsi əsas götürülərək 9 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən barəsində 100 (yüz ) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 9 iyul 2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə məktub poçt vasitəsi ilə ona göndərilmişdir.O, həmin qərarla razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X6 İdarəsinin 9 iyul 2024-cü il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Tələbnamədə göstərilən bəndlər-1.Bağçanın çardağına baxış keçirilsin , çardağın ağac materiallardan ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulsun.2.Bağça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfində profilaktiki baxış keçirilsin. Nasazlıqlar aşkar edildikdə təmin etdirilsin və saz vəziyyətə gətirilsin.Binanın daxili elektrik xəttlərinin izoliyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin. Aktın surəti yerli Dövlət Yanğı nəzarətinə təqdim edilsin.5.Bağçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün “köçürmə“ planına əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənsin və bağça binasının görünən yerlərindən asılsın- bəndlərinin yerinə yetirilməsi onun səlahiyyəti altında deyildir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə tənbeh tətbiq etmiş Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bu barədə hər hansı məlumat bildirməmişdir. Ona görə də hazırki işə Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxıma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. İşdə olan 09 iyul 2024-cü il tarixli MN ******* nömrəli nzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, Balakən rayonu Püştətala kəndində yerləşən uşaq baxçasında YTQ-nın 06-2004, bənd 11.1-nin tələblərinə riayət olunmamışdır.Bu əməlinə görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 100 (bir yüz) manat cərimə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi X6 Xidməti Şimal-Qərb Regional DYNİ-nin 25 iyun 2024-cü il tarixli 152 nömrəli Tələbnamədə göstərilmişdir ki;

1. Bağçanın çardağına baxış keçirilsin, çardağın ağac materiallardan ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulsun( və ya ağac materialları kirənçlə boyansın.) Əsas:YTQ№06-2004 bənd 3.2 2.Baxça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirilsin.Nasasılıqlar aşkar edildikdə təmir etdirilsin və saz vəziyyətə gətirilsin. Binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin.Aktın sürəti yerli X6nə təqdim edilsin.Əsas YTQ №06- 2004 bənd 5-.3.

3. Bağça binası normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilsin. (Binanın hər 100 m2 sahəsinə 1-ədəd odsöndürən balon Nəzərdə tutulsun ) Əsas: YTQ № 06-2004 bənd 11.1.

4. Ərazi daima yanar tullantılardan,quru otdan,xəzəldən təmizlənsin.Yanar tullantılar təhlükəsiz əraziyə daşınsın. Əsas: YTQ 01-2001 bənd 3.1.

5. Bağçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün “köçürmə” planına əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənsin və məktəb binasının görünən yerlərdən açılsın Əsas: YTQ № 06-2004 bənd 1.3.5; 4.5

6. Bağçanın ehtiyat çıxış qapıları daim açıq vəziyyətdə saxlanılsın və məhvedici əşyalarla tutulmasına yol verilməsin. Əsas:YTQ 06-2004 bənd 4.6 ; 4.7 Əsas: YTQ 06- 2002 bənd 1.5

7. Bağçanın bütün pedoqoji və texniki işçiləri yanğına qarşı təlimatlandırılsın və yanğın texniki minimum üzrə dərslər keçirilsin.Bu haqda xüsusi ayrılmış jurnala imzalar etdirilsin və yerli X6nə rəsmi arayış təqdim edilsin. Əsas: YTQ № 01-2001 bənd 1.5 Əsas: YTQ № 06-2004 bənd 1.3.3 8.Otaqlarda iş saatı qurtardıqdan sonra elektrik avadanlıqları cərəyandan ayrılsın. Otaqlara baxış keçirilsin və təhlükəsizlik təmin olunduqdan sonra bağlanılsın və gözətçiyə təhvil verilsin. Əsas: YTQ № 06-2004 bənd 1.4.3 Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 rayonu Qaravəlli kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X6 İdarəsinin nümayəndələri tərəfindən onun rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və (Tələbnamə N 152) yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilmədiyi aşkar olunmuşdur. Nöqsanların aradan qaldırılması üçün ona tələbnamə verilmiş, lakin o,nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin 09 iyul 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. X4 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası FHNnin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin 09 iyul 2024-cü il tarixli MN-0513331 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, X3 Balakən rayonu Qaravəlli kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləməsini, rəhbər şəxs olaraq həmin baxçada təhlükəsizliyin,o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsinə onun cavabdeh olmasını, Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X6 İdarəsinin nümayəndələri tərəfindən onun rəhbərlik etdiyi bağçada yoxlama aparılarkən yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilmədiyinin aşkar olunmasını, nöqsanların aradan qaldırılması üçün ona tələbnamə verilməsini, lakin məsul şəxs olaraq onun nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməməsini nəzərə alaraq hesab edirəm ki, şikayət əsassızdır, Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin 09 iyul 2024-cü il tarixli MN-0513331 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd edilənlərə əsasən şikayət üzrə yekun olaraq bu nəticəyə gəlirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayəti əsassız olduğundan təmin edilməsin. Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin Şimal Regional X8 İdarəsinin 09 iyul 2024-cü il tarixli,MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar