Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-358/2025 29.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Balakən rayonunun Tülü kəndlində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN-**********), inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Tülü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 tərəfindən Şəxs ((VÖEN-**********) barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2025-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən mebel satışı salonunda formalaşan tullantı sularını kənara təyinatsız axıtmışdır. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X1 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Suların istifadəsinə və X3 Xidmətinin 12 saylı X1 19 avqust 2025-ci il tarixli 0009 saylı sərəncamına əsasən xidməti ərazi üzrə Balakən rayonununda Azərbaycan Respublikası “Su Məcəlləsi”in, “X6”nın və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə nəzarət tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Balakən şəhəri H.Əliyev prospektində yerləşən mebel satışı salonunda formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Yerində araşdırma zamanı sözügedən mebel mağazasının Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan Şəxs məxsus olduğu müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Balakən rayonunun Tülü kəndində yaşayır. Hazırda Balakən rayonunda yerləşən Mebel salonunu işlədir və mebel satışı ilə məşğuldur.xx.xx.2025-ci il tarixdə 12 saylı X1 əməkdaşları tərəfindən mebel salonunun arxasından keçən bazar arxının üzərinə dəvət olunmuşdur. Əməkdaşlar tərəfindən mağazadan çıxan tullantı suyun mebel salonunun arxasından keçən “Bazar arxı” suvarma kanalına axıdılmasını ona göstərmişlər. Həmin yerə axan su kranından onlar istifadə etmirlər. Gələcəkdə bu kimi halların baş verməsinə imkan verməyəcəkdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 27 avqust 2025-ci il tarixdə tərtib edilmiş 002422 nömrəli aktdan görünür ki, sahibkar Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”nin 103-cü maddəsinin və “Su Təchizatı və Tulantı Suları haqqında” qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə nəzarət tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Balakən şəhəri H.Əliyev prospektində yerləşən mebel mağazasında formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Yerində araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mağaza Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan Şəxs məxsusdur. Sahibkar Şəxs nöqsan aşkar olunan yerə dəvət olunmuş və ona su qanunvericiliyinin tələbləri ətraflı izah olunmuşdur. Aşkar olunmuş nöqsanla bağlı Şəxs izahatı alınmış, o, məsuliyyəti dərk etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN-**********), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (VÖEN-**********), vəzifəli şəxs olmasını, törədilmiş xətanın xarakterini,onun təqsirinin dərəcəsini,əmlak vəziyyətini,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin,800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-358/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-358/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver