Məhkəmə qərarları › İş №3(019)-359/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-359/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-359/2021 11.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X3 qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş,orta təhsilli, evli, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Balakən rayonu Qullar kəndində yaşayan Şəxs Balakən rayonu Poştbinə kəndində yerləşən eyni adlı çayın kənarından tapdığı, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında- təmiz çəkisi 0.14 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış,üzərində saxlamışdır. 07 noyabr 2021-ci il tarixdə saat 23:00-radələrində Balakən Rayon Polis Şöbəsində üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd «VEST» markalı siqaretə doldurulmuş şəxsi istehlak miqdarında təmiz çəkisi 0.7 qram tütün və narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Polis baş leytenantı Vasif Əliyevin raportu əsasında, onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, şahidlərin ifadələri alınmış və Balakən rayonu Qullar kənd sakini xx.xx.1987-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. 07.11.2021-ci il tarixdə Balakən rayonu Qullar kəndində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər.Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmiş, o şübhəli şəxs kimi tutularaq üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulduqda, üzərində olan, bir hissəsini çəkərək qalan hissəsini isə gələcəkdə çəkmək üçün saxladığı, içərisini “tütün” və “nəşə” ilə doldurduğu bir ədəd “VEST” markalı siqareti təqdim etmişdir.Həmin siqaretdən başqa üzərində hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamış, şəxsi axtarış zamanı üzərində aşkar edilmiş bir ədəd “VEST” markalı siqaretin polis əməkdaşları tərəfindən qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. O, ara-bir narkotik vasitə olan “nəşədən” istifadə edir, həmin “tütün” və “nəşə” ilə doldurduğu siqareti 10 gün əvvəl təxminən yarısını çəkmiş, qalan hissəsini isə gödəkçəsinin cibinə qoymuşdur. Həmin siqaretə doldurduğu “nəşəni” Balakən rayonu Poştbinə kəndində yerləşən eyni adlı çayın kənarından tapmışdır. Balakən RPŞ-də ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağın qanunsuz olduğunu bilmişdir. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1-876 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi üçün rayon polis şöbəsininin İTB-nə göndərilmişdlir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin X2 07 noyabr 2021-ci 17/790 nömrəli ekspert rəyində Şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd “VEST” markalı siqaretə doldurulmuş təmiz çəkisi 0.14 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması və həmin siqaretin içərisindəki təmiz çəkisi 0.21 qram olan bitki mənşəli kütlənin isə narkotik vasitələrə aid olmadığı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 noyabr 2021-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 noyabr 2021-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuş,11 noyabr 2021-ci il tarixdə saat 12:30radələrində azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına,əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Balakən Rayon Polis Şöbəsində saxlanılan,Şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,12 qram olan qurudulmuş marixuana və 0,21 qram bitki mənşəli kütlə qərar qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,300 (üç yüz ) manat məbləğində inzibati qaydada cərimə edilsin. Balakən Rayon Polis Şöbəsində saxlanılan,Şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış,ekspert tədqiqatından sonra təmiz çəkisi 0,12 qram olan qurudulmuş marixuana və 0,21 qram bitki mənşəli kütlə qərar qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar