Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-359/2023 30.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala kəndi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 15 avqust 2023-cü il tarixli, 00500-00152/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********5275 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 124000 ABŞ dolları olan fındıq ləpəsi yükü rəsmiləşdirərək Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 1494.70 ABŞ dolları (2540.99 manat) məbləğində xarici valyutanı geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxsi Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri, Orta Kalitnikovskaya küçəsi, bina 28, mənzil 8 ünvanındanda qeydiyyatda olan «ARVİAİ» şirkətinə RVİ-KHA-111121 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********5275 saylı gömrük bəyənnaməsi ilə dəyəri 124000 ABŞ dolları olan 20000 kq «fındıq ləpəsi» yükü rəsmiləşdirilərək ixrac olunmuş, ixrac olunmuş mala aid valyuta vəsaitinin böyük hissəsi onların Azərbaycan Respublikasındakı bank hesabına daxil olmuş, ixrac olunan malın müqabilində 1494.70 ABŞ dolları məbləğində valyuta vəsaiti isə cəmiyyətin bank hesabına daxil olmamış, cəmiyyət həmin 1494.70 ABŞ dolları vəsaiti faktiki əldə etməmişdir. Ona görə də təmsil etdiyi hüquqi şəxsin İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri yoxdur. Belə ki, həmin məhsul təyinat yerinə çatana qədər məhsulda quruma getmiş və çəkisi azalmış, idxalatçı şirkət tərəfindən malın qəbul edildiyi vaxt olan faktiki çəkisinə görə ödəniş etmişdir. Hazırki iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə **********5275 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə ixrac olunmuş «qurudulmuş xurma» dilimləri yükünün müqabilində qaytarılmalı olan 1494.7 ABŞ dolları (2540.99 manat, kurs:1 ABŞ dolları=1,70) məbləğində vəsaitin müvəkkili bank hesabına köçürülməməklə xaricdən qaytarılmaması xx.xx.2021-ci il tarixli RVİ-KHA-111121-N20 nömrəli kontrakt, xx.xx.2022-ci il tarixli **********5275 nömrəli gömrük bəyənnaməsi, Balakən gömrük postunun rəisinin xx.xx.2023-ci il tarixli raportu, 15 avqust 2023-cü il tarixli 00500-00152/23 nömrəli inzibati xəta haqqında protokol və sair işdə olan sənədlərlə təsdiq olunur. Belə ki, həmin sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri, Orta Kalitnikovskaya küçəsi, bina 28, mənzil 8 ünvanındanda qeydiyyatda olan «ARVİAİ» şirkətinə RVİ-KHA-111121 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********5275 saylı gömrük bəyənnaməsi ilə dəyəri 124000 ABŞ dolları olan 20000 kq «fındıq ləpəsi» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 1494.70 ABŞ dolları məbləğində valyuta vəsaiti cəmiyyətin bank hesabına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. Bu xüsusda Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi Şəxs MMC-nin həmin inzibati xətanın törədilməsində təqsirli olmaması barədə mülahizələri qəbul olunmur. Belə ki, ixrac olunmuş 1494.70 ABŞ dolları dəyərində fındıq ləpəsi məhsulunun təyinat yerinə çatana qədər məhsulda quruma getməsi və çəkisinin azalması, idxalatçı şirkət tərəfindən malın qəbul edildiyi vaxt olan faktiki çəkisinə görə ödəniş etməsi inandırıcı deyildir və Şəxs MMC də bu halları, yəni 1494.7 ABŞ dolları dəyərində məhsulun təyinat yerinə çatana qədər məhsulda quruma getməsi və çəkisinin azalmasına aid sənədləri: malda quruma getməsi və onun çəkisinin azalması, malın müvafiq keyfiyyətlərə cavab verməməsi barədə yoxlama materiallarını, müvafiq ekspertiza rəyini məhkəməyə təqdim etməmişdir İş materiallaırndan görünür ki, sözügedən mal kömrük orqanında bəyan olunmuş və xaricə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında göstərilən müddət hazırki hala şamil edilir. Qanunvericiliyin tələbinə əsasən Şəxs MMC-nin göndərdiyi malın dəyərinə aid 1494.70 ABŞ dolları valyuta məbləği xarici təşkilat tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli idi ki, həmin vəsait də köçürülməmişdir. Bu vəsaitin köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində baş vermişdir ki, bu faktoloji hal da İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC təqsirli bilindiyi İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın-1494.70 ABŞ dolları dəyərinin otuz faizi- 448,41 ABŞ dolları (1494.70 ABŞ dollarının 30 %-i=448,41 ABŞ dolları) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-359/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-359/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver