Məhkəmə qərarları › İş №3(019)-359/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-359/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-359/2025 29.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri,Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi,ev 21 A ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi,ev 21 A ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) 13 avqust 2025-ci il tarixdə saat 15:30 radələrində Türkiyə Respublikası vətəndaşı Yenigül Hasanın idarə etdiyi “MERSEDES-BENZ” markalı, 08ABP867/08ABP890 dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsində “Çantas” markalı 1 (bir) ədəd 10 kq (üzərində Taqe 7.01 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Taqe 7.02 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Taqe 7.03 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Taqe 7.04 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Taqe 7.05 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Taqe 7.06 kq yazısı olan), 2 (iki) ədəd 10 kq üzərində Taqe 7.07 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Taqe 7.08 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Taqe 7.10 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Taqe 7.11 kq yazısı olan), 3 (üc) ədəd 10 kq(üzərində Taqe 7.12 kq yazısı olan), 2 (iki) ədəd 10 kq ( üzərində Taqe 7.13 kq yazısı olan), 1 (bir) ədəd 10 kqfüzərində Taqe 7.14 kq yazısı olan), 4 (dörd) ədəd 10 kq (üzərində Taqe 7.15 kq yazısı olan), 3 (üç) ədəd 10 kq(üzərində Taqe 7.16 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Taqe 7.17 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Taqe 7.18 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Taqe 7.19 kq yazısı olan), 3 (üç) ədəd 10 kq ( üzərində Taqe 7.21 kq yazısı olan), 3 (üç) ədəd 10 kq ( üzərində Taqe 7.22 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Taqe 7.25 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Taqe 7.26 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Taqe 7.27 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Taqe 7.30 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Taqe 7.31 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Taqe 7.33 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Taqe 7.36 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Taqe 7.38 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Taqe 7.39 kq yazısı olan) və 7 (yeddi) ədəd 10 kq üzərində (Taqe çəkisi qevd edilməyən), ümumilikdə 60 (altmış) ədəd olmaqla üzərində “R-404A C-Gas” yazılı dəmir qabda qablaşdırılmış qaz balonlarını gömrük orqanına düzgün bəyan etmədən Azərbaycan Respublikasının Balakən rayonu Mazımçay gömrük sərhədindən keçirtmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin həmin inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, xx.xx.1969-cu il tarixdə Ağdam rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. Özü hüquqi şəxs Şəxs MMC-də logistika üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. Həmin şirkət 2024-cü ilin aprel ayında yaradılmışdır. Şirkətin rəhbəri X1r. Nümayəndəsi olduğu şirkət süpermarketlər şəbəkəsidir və əsas fəaliyyəti gündəlik tələbat məhsullarının satışından ibarətdir. Sonuncu dəfə Bursa şəhərində qeydiyyatda olan və fəaliyyət göstərən “KAPLANLAR PAZARLAMA SAN. VE TİC A.S” şirkətindən həmin meyvə, tərəvəz yeyinti məhsullarının xüsusi şəraitdə saxlanılması üçün vitrinə qoyulan soyuducuları və onun ehtiyat hissələrini idxal etmişlər. xx.xx.2025-ci il tarixində Artvində yerləşən “Hopa” Gömrük Müdirliyində yüklər **********0 nömrəli bəyannamə ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası ərazisinə daxil olmazdan əvvəl **********6068 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim etmişlər. Özündə real sayları əks etdirən invoys sənədini və packing listi təqdim etmişdir. Gömrük orqanı tərəfindən bəyan edilməyən mal kimi göstərilən R- 404A C- Gas” yazılı dəmir qabda qablaşdırılmış qaz balonları **********6068 sorğu nömrəli qısa idxal bəyannaməsində dondurucuların hissələri kimi qeyd olunmuşdur. Onlar heç bir qanun pozuntusuna yol verməmişlər.Onların barəsində inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2025-ci il tarixli “Mazımqara” gömrük postunun rəisi Elfaq Yusifli tərəfindən Balakən Gömrük İdarəsi rəisinin müavini, idarə rəisi vəzifəsini müvəqqəti icra edən Aydın Uruxova ünvanlamış raportda göstərilmişdir: “13 avqust 2025-ci il tarixində, saat 15:30 radələrində Gürcüstan istiqamətindən "Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikası vətəndaşı Yenigül Hasanın idarə etdiyi “MERCEDES-BENZ” markalı, 08ABP867/08ABP890 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “HCVG vizual SMİTH detection” stasionar rentgen qurğusunda baxış keçirilən zaman yük nəqliyyat vasitəsinin qoşqusunun yük hissəsində şübhəli cizgilər müşahidə olunmuşdur. Sürücünün gömrük orqanlarına faktiki olaraq təqdim etdiyi malmüşayiət sənədlərində soyuducu və dondurucu daşındığı qeyd edilmişdir. Lakin gömrük yoxlaması həyata keçirilən zaman nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanlarına bəyan edilməyən “Cantaş” markalı 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.01 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.02 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.03 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.04 kq yazısı olan), 3 (üç) ədəd 10 kq ( üzərində Tare 7.05 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.06 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.07 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.08 kq yazısı olan), 3 (üç) ədəd 10 kq ( üzərində Tare 7.10 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.11 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.12 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.13 kq yazısı olan), 1 (bir) ədəd 10 kq(üzərində Tare 7.14 kq yazısı olan), 4 (dörd) ədəd 10 kq (üzərində Tare 7.15 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.16 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.17 kq yazısı olan), 1 (bir) ədəd 10 kq(üzərində Tare 7.18 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.19 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.21 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.22 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.25 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.26 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.27 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.30 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.31 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Tare 7.33 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.36 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.38 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.39 kq yazısı olan) və 7 (yeddi) ədəd 10 kq üzərində (Tare çəkisi qeyd edilməyən), ümumilikdə 60 (altmış) ədəd olmaqla üzərində “R-404A C-Gas” yazılı dəmir qabda qablaşdırılmış qaz balonları aşkar edilmiş və protokol əsasında götürülmüşdür.Yuxarıda göstərilənləri nəzərə alaraq müvafiq tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm”. İşdə olan 13 avqust 2025-ci il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, 13 avqust 2025-ci il tarixində, saat 15:29 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikası vətəndaşı Yenigül Hasanın idarə etdiyi “MERCEDES-BENZ” markalı, 08ABP867/08ABP890 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “HCVG vizual SMİTH detection” stasionar rentgen qurğusunda baxış keçirilən zaman yük nəqliyyat vasitəsinin qoşqusunun yük hissəsində şübhəli cizgilər müşahidə olunmuşdur. Sürücünün gömrük orqanlarına faktiki olaraq təqdim etdiyi mal-müşayiət sənədlərində soyuducu və dondurucu daşındığı qeyd edilmişdir. Lakin gömrük yoxlaması həyata keçirilən zaman nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanlarına bəyan edilməyən “Cantaş" markalı 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.01 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.02 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.03 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Tare 7.04 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.05 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.06 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.07 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.08 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.10 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.11 kq yazısı olan), 3 (üç) ədəd 10 kq(üzərində Tare 7.12 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.13 kq yazısı olan), 1 (bir) ədəd 10 kq(üzərində Tare 7.14 kq yazısı olan), 4 (dörd) ədəd 10 kq(üzərində Tare 7.15 kq yazısı olan), 3 (üç) ədəd 10 kq(üzərində Tare 7.16 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.17 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.18 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.19 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.21 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.22 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.25 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.26 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.27 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.30 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.31 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.33 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.36 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Tare 7.38 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.39 kq yazısı olan) və 7 (yeddi) ədəd 10 kq üzərində ( Tare çəkisi qeyd edilməyən), ümumilikdə 60 (altmış) ədəd olmaqla üzərində “R-404A C-Gas” yazılı dəmir qabda qablaşdırılmış qaz balonları aşkar edilmişdir.Qeyd: 01 vərəqdə rentgen çıxarışı və 11 vərəqdə 08ABP867/08ABP890 nömrəli "MERCEDES-BENZ” markalı yük nəqliyyat vasitəsinin texniki pasportunun və malmüşayiət sənədlərinin surətləri protokola əlavə olunur.Yoxlama zamanı heç bir şikayət, etiraz, izahat daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 28 avqust 2025-ci il tarixli 10-Ş nömrəli Ekspertiza Aktından görünür ki, 60 ədəd “Cantaş” markalı, üzərində “R-404A C Gas” yazılı dəmir qabda qablaşdırılmış qaz balonlarının cəmi məbləği 10452.00 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Balakən Gömrük İdarəsi tərəfindən aşkar olunaraq götürülmüş qaz balonlarının soyuducu və dondurucuların hissələri olması, bu barədə qısa idxal bəyannaməsində göstərilməsi barədə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə dəlili ilə bağlı qeyd edilməlidir ki, qaz balonları soyuducu və dondurucuların hissələri sayılmır, qaz balonları soyuducu satılarkən nonun hissəsi kimi təqdim edilmir, onların satışı ayrıca həyata keçirilir. Odur ki, qaz balonlarının soyuducu və dondurucuların hissələri kimi bəyan edilməsi, onların düzgün bəyan olunmamasıdır. İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində də Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin tərəfindən törədilmiş xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətan törətməkdə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri-10452 manatın 30(otuz) faizi miqdarında- 3135,60 manat (üç min bir yüz otuz beş manat altmış qəpik ) cərimə tənbehi tətbiq olunsun. Hüquqi şəxs Şəxs MMC-nin idxal etdiyi, düzgün bəyan olunmamış, Balakən Gömrük İdarəsinin “Mazımqara” Gömrük postunun anbarında saxlanılan, 10452.00 manat dəyərində mallar- “Cantaş" markalı 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.01 kq yazısı olan), 3 (üç) ədəd 10 kq (üzərində Tare 7.02 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.03 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Tare 7.04 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.05 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.06 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.07 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.08 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.10 kq yazısı olan), 2 (iki) ədəd 10 kq (üzərində Tare 7.11 kq yazısı olan), 3 (üç) ədəd 10 kq(üzərində Tare 7.12 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.13 kq yazısı olan), 1 (bir) ədəd 10 kq(üzərində Tare 7.14 kq yazısı olan), 4 (dörd) ədəd 10 kq(üzərində Tare 7.15 kq yazısı olan), 3 (üç) ədəd 10 kq(üzərində Tare 7.16 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.17 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.18 kq yazısı olan), 2 (iki) ədəd 10 kq(üzərində Tare 7.19 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.21 kq yazısı olan), 3 (üç) ədəd 10 kq( üzərində Tare 7.22 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.25 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.26 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.27 kq yazısı olan), 2 (iki) ədəd 10 kq( üzərində Tare 7.30 kq yazısı olan), 1 (bir) ədəd 10 kq (üzərində Tare 7.31 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.33 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.36 kq yazısı olan), 1 (bir) ədəd 10 kq ( üzərində Tare 7.38 kq yazısı olan), 1 (bir) ədəd 10 kq( üzərində Tare 7.39 kq yazısı olan) və 7 (yeddi) ədəd 10 kq üzərində ( Tare çəkisi qeyd edilməyən), ümumilikdə 60 (altmış) ədəd olmaqla üzərində “R-404A C-Gas” yazılı dəmir qabda qablaşdırılmış qaz balonları gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra hüquqi şəxs Şəxs MMC-yə verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar