Məhkəmə qərarları › İş №3(019)-36/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-36/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-36/2023 07.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Bolqarıstan Respublikasının vətəndaşı, Ruse şəhəri, X2 küçəsi, bina 5, mənzil 14 ünvanında qeydiyytada olan və yaşayan, xx.xx.1963-cü il təvəllüdlü, BGR ********* seriyalı, xx.xx.2019-cu il tarixdə verilən pasportun sahibi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: 02 dekabr 2022-ci il tarixində Türkiyə və Gürcüstanı tranzit keçməklə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına yük gətirən Bolqarıstan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes-Benz” markalı, P3555BH/P6599EX qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi «Mazımqara» gömrük postunda «VAİS»sistemində qeydiyyata alındıqdan sonra «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemindən keçərkən qurğunun monitorunda kabinənin müxtəlif yerlərində şübhəli predmetin olduğu müşahidə olunması səbəbindən «Mazımqara» gömrük postunun terminalında Mersedes-Benz” markalı, P3555BH/P6599EX qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilmiş, baxış zamanı kabinadakı soyuducudan 2 blok, kabinanın alt yatağının üstündəki qırmızı polietilen paketdən 3 blok, kabinanın alt yatağınının üzərindəki idman çantasının içindən 3 blok üzərində «Ome» markalanma yazısı olan siqraetlər aşkar olunmuş, daha sonra baxış davam etdirilərkən kabinanın sol çöl tərəfində əşyaların qoyulması üçün nəzərdə tutulan yan dolabından 2 ədəd 1 litrlik qabda qablaşdırılmış «Jack Daniels» markalı viski, kabinanın sağ çöl tərəfindəki yan dolabından 2 ədəd 1.5 litrikl plastik qabda qablaşdırılmış kustar üsulla hazjırlanmış şərab, 1 ədəd 1.5 litrlik plastik qaba doldurulmuş kustar üsulla hazırlanmış araq aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 23 yanvar 2023-cü il tarixli, 11000-4536/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 02 dekabr 2022-ci il tarixində Türkiyə və Gürcüstanı tranzit keçməklə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına yük gətirən Bolqarıstan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes-Benz” markalı, P3555BH/P6599EX qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilərkən gömrük orqanına bəyan olunmayan kabinadakı soyuducudan 2 blok, kabinanın alt yatağının üstündəki qırmızı polietilen paketdən 3 blok, kabinanın alt yatağınının üzərindəki idman çantasının içindən 3 blok üzərində «Ome» markalanma yazısı olan siqaretlərin, daha sonra baxış davam etdirilərkən kabinanın sol çöl tərəfində əşyaların qoyulması üçün nəzərdə tutulan yan dolabından 2 ədəd 1 litrlik qabda qablaşdırılmış «Jack Daniels» markalı viski, kabinanın sağ çöl tərəfindəki yan dolabından 2 ədəd 1.5 litrikl plastik qabda qablaşdırılmış kustar üsulla hazırlanmış şərab, 1 ədəd 1.5 litrlik plastik qaba doldurulmuş kustar üsulla hazırlanmış arağın aşkar edilməsi iş materiallarında olan «Mazımqara» gömrük postunun rəisinin xx.xx.2022-ci il tarixli raportu, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 03 dekabr 2022-ci il tarixli qərardad, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli protokol, 16 yanvar 2023-cü il tarixli, 9/9144 №-li ekspert rəyi və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXMnin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan 03 dekabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan və «Mazımqara» gömrük postunun rəisi X1 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Məhəmməd Qasımova yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 02 dekabr 2022-ci il tarixində Türkiyə və Gürcüstanı tranzit keçməklə Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına yük gətirən Bolqarıstan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes-Benz” markalı, P3555BH/P6599EX qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi «Mazımqara» gömrük postunda «VAİS» sistemində qeydiyyata alındıqdan sonra «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemindən keçərkən qurğunun monitorunda kabinənin müxtəlif yerlərində şübhəli predmetin olduğu müşahidə olunması səbəbindən «Mazımqara» gömrük postunun terminalında Mersedes-Benz” markalı, P3555BH/P6599EX qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilmiş, baxış zamanı kabinadakı soyuducudan 2 blok, kabinanın alt yatağının üstündəki qırmızı polietilen paketdən 3 blok, kabinanın alt yatağınının üzərindəki idman çantasının içindən 3 blok üzərində «Ome» markalanma yazısı olan siqaretlər aşkar olunmuş, daha sonra baxış davam etdirilərkən kabinanın sol çöl tərəfində əşyaların qoyulması üçün nəzərdə tutulan yan dolabından 2 ədəd 1 litrlik qabda qablaşdırılmış «Jack Daniels» markalı viski, kabinanın sağ çöl tərəfindəki yan dolabından 2 ədəd 1.5 litrikl plastik qabda qablaşdırılmış kustar üsulla hazırlanmış şərab, 1 ədəd 1.5 litrlik plastik qaba doldurulmuş kustar üsulla hazırlanmış araq aşkar edilmişdir. Aşkar olunmuş həmin əşyalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsi rəhbər tutulmaqla protokol əsasında götürüldü. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 9/9144 saylı rəyindən görünür ki, qərarda göstərilən 2 adda malların ümumilikdə orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Kustar üsulla hazırlanmış 3 litr şərab və 1.5 litr araq alkoqollu içkisi satışda olmadığından qiymətini müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 yanvar 2023-cü il tarixli, 9/9144 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsində saxlanılan 80 qutu «Ome» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 520) Yunanıstan istehsalı olan filterli siqaretlər, 2 ədəd «Jack Daniels» 1.0 litrlik viski, 3 litr kustar üsulla hazırlanmış şərab və 1.5 litr kustar üsulla hazırlanmış araq müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlət mülkiyyətinə keçirilsin); iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar