Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-362/2024 28.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Nümayəndə2 Bayraməli oğlunun iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “ROT FRONT” şirkəti ilə bağladığı RF/AZS/2019 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 135000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm (15000 kq) və 9-11 (5000 kq), diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********7174 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 77GP968/20ZB683 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmış, göndərilən malın dəyərinin 134893.62 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 106.38 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesaba köçürülməmişdir. Bundan başqa hüquqi şəxs Şəxs MMC tərəfindən 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “ROT FRONT” şirkəti ilə bağladığı RF/AZS/2019 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 148500 ABŞ dolları olan 22000 kiloqram 9-11 (5000 kq),11-13 mm (17000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********5944 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 99TL175/99ZF175 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmış, göndərilən malın dəyərinin 148263.62 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 236.38 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesaba köçürülməmişdir. Bundan başqa hüquqi şəxs Şəxs MMC tərəfindən 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “ROT FRONT” şirkəti ilə bağladığı RF/AZS/2019 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 141750 ABŞ dolları olan 21000 kiloqram 11-13 mm (17000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********2097 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 77FF973/10ZG820 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmış, göndərilən malın dəyərinin 141607.04 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 142.96 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesaba köçürülməmişdir. Bundan başqa hüquqi şəxs Şəxs MMC tərəfindən 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “X1” şirkəti ilə bağladığı KKBRF/AZS/2019 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 135000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm (15000 kq),9-11 (50000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********9094 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 99TM648/99ZF648 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmış, göndərilən malın dəyərinin 134887.96 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 112.04 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesabına köçürülməmişdir. İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “ROT FRONT” şirkəti ilə fındıq ləpəsinin alqı-satqısı ilə bağlı RF/AZS/2019 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Şəxs MMC həmin müqavilə əsasında dəyəri 135000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm (15000 kq) və 9-11 (5000 kq), diametr ölçülü fındıq ləpəsi yükünü xx.xx.2023-cü il tarixində **********7174 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 77GP968/20ZB683 qeydiyyat nişanlı yük maşını ilə həmin şirkətə göndərmiş, göndərilən malın dəyərinin 134893.62 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 106.38 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesaba köçürülməmişdir. Hüquqi şəxs Şəxs MMC yenə də həmin müqavilə əsasında dəyəri 148500 ABŞ dolları olan 22000 kiloqram 9-11 (5000 kq),11-13 mm (17000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********5944 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 99TL175/99ZF175 qeydiyyat nişanlı yük maşını ilə “ROT FRONT” şirkətinə göndərmiş, göndərilən malın dəyərinin 148263.62 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 236.38 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesaba köçürülməmişdir.Hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində yenə də dəyəri 141750 ABŞ dolları olan 21000 kiloqram 11-13 mm (17000 kq) diametr ölçülü fındıq ləpəsi yükü **********2097 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 77FF973/10ZG820 qeydiyyat nişanlı yük maşını ilə “ROT FRONT” şirkətinə göndərmiş, göndərilən malın dəyərinin 141607.04 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 142.96 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesaba köçürülməmişdir. Həmçinin hüquqi şəxs Şəxs MMC tərəfindən 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “X1” şirkəti ilə bağlanmış KKBRF/AZS/2019 saylı alqı-satqı müqaviləsi əsasında dəyəri 135000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm (15000 kq),9-11 (50000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********9094 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 99TM648/99ZF648 qeydiyyat nişanlı yük maşını ilə “X1” şirkətinə yola salınmış, göndərilən malın dəyərinin 134887.96 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 112.04 ABŞ dolları məbləğində vəsait isə müvəkkil bankdakı hesabına köçürülməmişdir.Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir.Hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-icraçı direktoru Nümayəndə2 Bayraməli oğlu izahatında göstərdi ki, Şəxs MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Zaqatala rayonunun Muxax kəndində anadan olmuş və hazırda həmin kənd sakinidir. 2013-cü ildən Şəxs MMC-də icraçı direktor vəzifəsində çalışır. Müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatda olan “ROT FRONT” və “X1” şirkətləri ilə Şəxs MMC arasında fındıq ləpəsinin alqı-satqısı ilə bağlı RF/AZS/2019 saylı və KKBRF/AZS/2019 alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən dəyəri 135000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm (15000 kq) və 9—11 (5000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində gömrük bəyannaməsi (**********7174) ilə rəsmiləşdirilmiş və 77GP968/20ZB683 qeydiyyat nişanlı yük maşını ilə, dəyəri 148500 ABŞ dolları olan 22000 kiloqram 9—11 (5000 kq) və 11-13 mm (17000 kq) və diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində gömrük bəyannaməsi (**********5944) ilə rəsmiləşdirilmiş və 99TL175/99ZF175 qeydiyyat nişanlı yük maşını ilə, dəyəri 141750 ABŞ dolları olan 21000 kiloqram 11-13 mm (17000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********2097 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 77FF973/10ZG820 qeydiyyat nişanlı yük maşını ilə “ROT FRONT” şirkətinə, dəyəri 141750 ABŞ dolları olan 21000 kiloqram 11-13 mm (17000 kq) diametr ölçülü fındıq ləpəsi yükü xx.xx.2023-cü il tarixində **********2097 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə 77FF973/10ZG820 qeydiyyat nişanlı yük maşını “X1” şirkətinə yola salınmışdır. Göndərilən malların dəyərinin 134893.62, 148263,62 ABŞ dolları,141607,04 ABŞ dolları, 134887,96 ABŞ dolları şirkətin müvəkkil bank hesabına köçürülmüş, lakin qalan 106.38 ABŞ dolları, 236.38, ABŞ dolları 142.96 ABŞ və 112,04 ABŞ dolları isə ödənilməmişdir. Göstərilən vəsaitlərin ödənilməməsi göndərilən fındıq ləpəsi yüklərinin çəkilərində əskikgəlmə ilə bağlı olmuşdur. Bu isə təbii haldır. Göstərilən vəsaitlərin geri qaytarılmamasında onların təqsiri yoxdur. Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN- **********) 135000 ABŞ dolları olan 20000 kq fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində 04.12. 2023-cü il tarixdə **********17174 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 134893,62 ABŞ dolları məbləğində xarici valyutanın 106.38 ABŞ dollarını geri qaytarmamışdır. Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) 148500 ABŞ dolları olan 22000 kq fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********15944 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 148263.62 ABŞ dolları məbləğində xarici valyutanın 236.38 ABŞ dollarını geri qaytarmamışdır. Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) 141750 ABŞ dolları olan 21000 kq fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********22097 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 141607.04 ABŞ dolları məbləğində xarici valyutanı 142.96 ABŞ dollarını geri qaytarmamışdır. Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) 135000 ABŞ dolları olan 20000 kq fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********19094 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 134887,96 ABŞ dolları məbləğində xarici valyutanı 112.04 ABŞ dollarını geri qaytarmamışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, Balakən Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsi ilə bağlı xəbərdar edilmiş, vəsaitlərin bankda olan hesaba köçürülməsi üçün 30 gün qaldığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur Sözügedən Qərarının 1-ci bəndinə əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Buna müvafiq olaraq “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi səkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qovulmur. Qanunun “Əsas anlayışlar” hissəsində cari valyuta əməliyyatlarına malların, islərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləsdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi də aiddir və resident dedikdə, həmçinin Azərbaycan Respublikasında qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslər basa düşülür. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitlərinin malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur İşin hallarını, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində- 106,38 ABŞ dolları, 236.38 ABŞ dolları, 142,96 ABŞ dolları və 112,04 ABŞ dolları-cəmi 598,29 ABŞ dolları məbləğində valyuta vəsaitin şirkətin müvəkkil bankı olan "xxxx" ASCnin müvafiq hesabına köçürülməsinin təmin edilməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-106,38 ABŞ dollarının 30 faizi məbləğində 31.91 ABŞ dolları (54,25 manat), 236.38 ABŞ dollarının 30 faizi məbləğində 70.91 ABŞ dolları (120.55 manat), 142.96 ABŞ dollarının 30 faizi məbləğində 42.89 ABŞ dolları (72.91 manat), 112.04 ABŞ dollarının 30 faizi məbləğində 33.61 ABŞ dolları (57.14 manat)-cəmi-597.76 ABŞ dollarının 30 faizi məbləğində 179.33 ABŞ dolları (304.86 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-362/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-362/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver