Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-364/2024 16.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs Mehdiyeva (Niyazova) Gülər Məmməd qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Niyazov X4 Rayon Məhkəməsinin 2(019)-559/2024 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədi üzrə yaranmış 1798 manat aliment borcunu tələbkar X2 ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə göstərdi ki, Niyazov X4 Rayon Məhkəməsinin 2(019)-559/2024 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar X2 ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 2098 manat borcu yaranmışdır. O, protokol yazıldıqdan sonra 300 manat ödəniş etmiş, onun 1798 manat borcu qalmışdır. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq ediməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-559/2024 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar X2 ödəməlidir. Öncə özü xəstələndiyinə,sonra isə atası öldüyünə görə alimenti ödəyə bilməmişdir.Aliment borcunu az-az ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs Mehdiyeva (Niyazova) Gülər Məmməd qızı göstərdi ki, Niyazov X4 Rayon Məhkəməsinin 2(019)-559/2024 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti mənə ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 2098 manat borcu yaranmışdır. O, bü gün 300 manat ödəniş etmiş, onun 1798 manat borcu qalmışdır. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində ciddi tətbiq görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-559/2024 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub tələbkar X2 ödənilməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin (019)-559/2024 nömrəli, 06 may 2024-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 16 avqust 2024-cü il tarixdən saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-364/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-364/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver