Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-366/2022 03.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1963-ci ildə Türkiyə Respublikasının Konya vilayəti, Sarıyönü rayonunda anadan olan, Türkiyə Respublikası, Konya vilayəti, Sarıyönü rayonu, Fatih məhəlləsi, İşik küçəsi, ev 21 ünvanında qeydiyyatda olan və yaşayan- Çiftçi Kadir haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Çiftçi Kadir xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə idarə etdiyi “MAN” markalı, 42FMT86/42ND604 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sağ oturacağın arxa hissəsindəki boşluqda gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 60 qutu “Marlboro edge less smell” markalı siqareti, qoşqunun sol hissəsində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşikdəki sellofanların altında gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 150 qutu “PARLİAMENT Night Blue” markalı siqareti Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çiftçi Kadir və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Çiftçi Kadirin Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Çiftçi Kadirin əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat İdarəsinin rəisi X1 Ərazi Baş Gömrük İdarəsinin rəisinin birinci müavini, Arif Mehdiyevə yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Gürcüstan Respublikası istiqamətindən Mazımqara gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “MAN” markalı, 42FMT86/42ND604 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmayan heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra “Lyama” ləqəbli kinoloji xidmət itini tətbiq etməklə Türkiyə Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MAN” markalı, 42FMT86/42ND604 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı avtomobilin kabinasında sağ oturacağın arxa hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş 60 qutu “Marlboro edge less smell” markalı siqaretlər, qoşqunun sol hissəsində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşikdəki sellofanların altından gömrük nəzarətindən gizlədilmiş 150 qutu “PARLİAMENT Night Blue” markalı siqaretlər aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər protokol əsasında götürülmüşdür. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində “Mazımçay” gömrük postunda Türkiyə Respublikasının vətəndaşı Çiftçi Kadirın idarə etdiyi “MAN” markalı, 42FMT86/42ND604 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sağ oturacağın arxa hissəsindəki boşluqda gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 60 qutu “Marlboro edge less smell” markalı siqaretin, qoşqunun sol hissəsində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşikdəki sellofanların altında gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 150 qutu “PARLİAMENT Night Blue” markalı siqaretin aşkar olunması xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında protokolda, xx.xx.2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda, məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 7/967 nömrəli rəyində, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 9/6230 nömrəli rəyində, 18 oktyabr 2022-ci il tarixli, 11000-2739/22 №-li inzibati xəta haqqında protokolda və digər iş materiallarında öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 7/967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 150 qutu “PARLİAMENT Night Blue”, aksiz markası olmayan “Marlboro edge less smell” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 27 sentyabr 2022-ci il tarixli 7/967 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 9/6230 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 1680.00 manat (60 qutu “Marlboro edge less smell” markalı siqaretin dəyəri 480 manat, 150 qutu “PARLİAMENT Night Blue” markalı siqaretin dəyəri 1200 manat) müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 13 oktyabr 2022-ci il tarixli 9/6230 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 19 avqust 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çiftçi Kadir verdiyi izahatında idarə etdiyi “MAN” markalı, 42FMT86/42ND604 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sağ oturacağın arxa hissəsindəki boşluqda gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 60 qutu “Marlboro edge less smell” markalı siqareti, qoşqunun sol hissəsində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşikdəki sellofanların altında gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 150 qutu “PARLİAMENT Night Blue” markalı siqareti gizlətməsini və gömrük əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində “Mazımçay” gömrük postunda həmin siqaretlərin aşkar olunmasını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Çiftçi Kadir Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir, Çiftçi Kadir Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Çiftçi Kadirin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Çiftçi Kadir barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 150 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 55, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Çiftçi Kadir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılan 480 manat dəyərində 60 (altmış) qutu “Marlboro edge less smell” markalı və 1200 manat dəyərində 150 (bir yüz əlli) qutu “PARLİAMENT Night Blue” markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə 150 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-366/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-366/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver