Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-366/2023 25.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi X3 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə X4 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 08 avqust 2023-cii il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqmda qərarın ləğv olunması və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Balakən Rayon Statiskia İdarəsinin rəis müavini X14 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* №li protokol əsasında xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN ******* №li inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) İXM-nin 339cu maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Balakən Rayon Statiskia İdarəsinin həmin qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, Balakən Rayon Statiskia İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərara əsasən guya o, 2023-cü ilin İİ rübü üzrə 4-ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatının 8.13 və 8.15-ci sətirləri üzrə göstəricilər olduğu halda həmin sətirləri boş təqdim edərək, hesabatın təhrif edilməsinə yol verdiyinə görə Azərbaycan Respublikası İXM-in 339-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat inzibati cərimə edilmişdir. Bildirmək istəyir ki, o, 2004-cü ildən Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən mağazada sair ərzaq məhsullarının satışı ilə olur. 2004-cü ildən bu günə qədər fəaliyyət dövründə heç bir rəsmi orqanla mübahisəli məsələsi olmamışdır. Bir təcrübəli sahibkar kimi deyə bilər ki, dövlət orqanlarına təqdim olunmalı hesabatlar tərəfindən vaxtı-vaxtında təqdim olunmuşdur. Təxminən 20 illik fəaliyyəti dövründə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsinə xx.xx.2023-cü il tarixə qədər bilməyərəkdən heç bir hesabat təqdim olunmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Balakən Rayon Statiskia İdarəsinin əməkdaşı Gülnaz Meyvəliyeva tərəfindən hesabat təqdim etmək tələbi nəzərə alınaraq Zaqatala şəhərində yaşayan tanışı X10 ona hesabatın təqdim edilməsində kömək etməsini xahiş etmişdir. X18 Nazirliyinin dövlət dövlət qeydiyyatında olan peşəkar mühasibdir, eyni zamanda dövlət qulluqçusudur. Ümumiyyətlə bu sahədə peşəkar şəxsdir. xx.xx.2023-cü il tarixdə tərəflərindən tanışı Ülvi Salahovun köməkliyi ilə 2023-cü ilin İİ rübü üzrə 4-ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatı Balakən Rayon Statistika İdarəsinə online formada təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin əməkdaşı Gülnaz Meyvəliyeva ilə tanışı Ülvi Salahov arasında xx.xx.2023-cü il tarixli hesabatda düzəliş edilməsi məqsədilə 15 dəqiqə aparılmış telefon danışıqları zamanı Statistika İdarəsinin əməkdaşının tələbi ilə müvafiq hesabata düzəliş olunmuşdur. Müvafiq düzəlişlər aparılarılmasında o da iştirak etmişdir. Bu düzəlişlərin edilməsindən yaranmış arxayınçılıq səbəbi ilə xx.xx.2023-cü il tarixdə poçt ünvanına göndərilmiş məktubla xx.xx.2023-cü il tarixdə ailə üzvləri tərəfindən ona verildikdən sonra tanış olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə təqdim etdikləri hesabatda səhvlər aşkar olunmuşdur və həmin səhvlərin düzəldilməsi üçün xx.xx.2023- cü tarixə qədər vaxt verilmişdir. Halbuki həmin səhvlər xx.xx.2023-cü il tarixdə X17 İdarəsinin əməkdaşı Gülnaz Meyvəlivevanın iştirakı və göstərişləri ilə düzəldilmiş və xx.xx.2023-cü il tarixdə veni hesabat Statistika İdarəsinə online formada təqdim olunmuşdur. Bundan sonra heç bir xəbərdarlıq edilmədən barəsində Balakən Rayon Statistika İdarəsinin rəis müavini X14 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* №li protokol tərtib edilmiş və onun ünvanına həmin tarixdə göndərilmiş, lakin onun ünvanına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Protokolla bağlı bildirmək istəyir ki, həmin protokolda aşkar olunmuş inzibati xətanın törədildiyi tarix və saat qeyd olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXMnin 100.1 və 100.1.4-cü maddələrinin tələbinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Eyni zamanda bildirmək istəyir ki, ünvanına göndərilmiş MN ******* №li protokol protokolla yanaşı xx.xx.2023-cü il tarixdə saat ll:00-da inzibati xəta haqqında işə baxılması ilə bağlı Balakən Rayon Statistika İdarəsinə dəvət olunmasına dair bildiriş xx.xx.2023-cü il tarixdə ona çatdırılmışdır. Bundan sonra protokolda qeyd edilən (hansı tarixli hesabatda bilinmir) 4ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatında aşkar edilən təhriflərin tərəflərindən aradan qaldırılması üçün xx.xx.2023- cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin və eyni zamanda Statistika Komitəsinin elektron poçtuna imzalanmış məktubla müraciət olunmuş və bu məktuba əlavə Vergi orqanlarına xx.xx.2023-cü il tarixdə təqdim etdikləri məcburi sosial sığorta hesabatının "adoc" faylı da əlavə olunmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin əməkdaşı rəis müavini Əsəbəli Alqayevin xidməti telefon nömrəsi ilə (024) *** ** ** əlaqə nömrəsi ilə saat 9:32, 10:59, və 16:16 radələrində əlaqə saxlayaraq ona xx.xx.2023-cü il tarixdə təyin olunmuş vaxtda inzibati işdə iştirak edəcəklərini bildirmişlər. Lakin buna baxmayaraq Balakən Rayon Statistika İdarəsinin rəis müavini Əsəbəli Alqayev qərəzli olaraq işdə iştirakları gözləmədən, eyni zamanda Balakən Rayon Statistika İdarəsinin rəsmi elektron poçtuna göndərdikləri məlumatları nəzərə almadan, qanunsuz və əsassız olaraq MN ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd etmək istəyir ki, barəsində tərtib edilmiş MN ******* №li protokolda və eyni zamanda barəsində qəbul edilmiş MN ******* №li inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanın mahiyyəti bundan ibarət olmuşdur ki, güya o, 2023-cü ilin İİ rübü üzrə 4-ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatının 8.13 və 8.15-ci sətirlərini boş təqdim etmişdir. Lakin nə həmin protokoldan, nə də qərardan hansı tarixdə təqdim etdiyi rəsmi statistika hesabatında 8.13 və 8.15-ci sətirləri boş təqdim edildiyi məlum deyil. Çünki onun ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış Balakən rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-38/2- 163/2023 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə təqdim etdiyi 2023-cü ilin İİ rübü üzrə 4-ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatı natamam və səhvlərlə tərəfindən daxil olunmuşdur. Halbuki yuxarıda qeyd etdiyi kimi, xx.xx.2023-cü il tarixdə Balakən Rayon Statiskia İdarəsinin əməkdaşı Gülnaz Meyvəlivevanın iştirakı və göstərişləri ilə həmin səhvlər düzəldilmiş və xx.xx.2023-cü il tarixdə yeni hesabat Statistika İdarəsinə online formada təqdim olunmuşdur. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsinin rəis müavini X13 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Balakən Rayon Statistika İdarəsinin nümayəndəsi, Əsəbəli Alqayev məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış həmin şəxlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Balakən Rayon Statistika İdarəsinin rəis müavini X11 X6 barəsində 08 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Statistika İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Balakən Rayon Statiskia İdarəsinin rəis müavini X14 tərəfindən 31 iyul 2023-cü il tarixli MN0355495 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 avqust 2023-cü il tarixli MN0246362 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Statistika İdarəsinin rəis müavini X14 tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 300 manat məbləğində cərimə edilməsi ilə bağlı 08 avqust 2023-cü il tarixli MN0246362 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X4 Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə X6 tərəfindən 2023-cü ilin İİ rübü üzrə 4-ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatı Balakən Rayon Statistika İdarəsinə online formada təqdim olunmuş, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli hesabatda düzəliş edilməsi məqsədilə Balakən Rayon Statistika İdarəsinin əməkdaşı Gülnaz Meyvəliyevanın tələbi ilə müvafiq hesabata düzəliş olunmuş, müvafiq düzəlişlər aparılmasında X6 da iştirak etmişdir. Həmin səhvlər xx.xx.2023-cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin əməkdaşı Gülnaz Meyvəlivevanın iştirakı və göstərişləri ilə düzəldilmiş və xx.xx.2023-cü il tarixdə yeni hesabat Statistika İdarəsinə online formada təqdim olunmuşdur. Bundan sonra heç bir xəbərdarlıq edilmədən X6 barəsində Balakən Rayon Statiskia İdarəsinin rəis müavini X14 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* №li protokol tərtib edilmiş və onun ünvanına həmin tarixdə göndərilmiş, lakin onun ünvanına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. X4 ünvanına göndərilmiş MN ******* №li protokolla yanaşı xx.xx.2023-cü il tarixdə saat ll:00-da inzibati xəta haqqında işə baxılması ilə bağlı Balakən Rayon Statistika İdarəsinə dəvət olunmasına dair bildiriş də xx.xx.2023-cü il tarixdə ona çatdırılmışdır. Bundan sonra protokolda qeyd edilən (hansı tarixli hesabatda bilinmir) 4-ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatında aşkar edilən təhriflərin aradan qaldırılması üçün xx.xx.2023- cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin və eyni zamanda Statistika Komitəsinin elektron poçtuna imzalanmış məktubla müraciət olunmuş və bu məktuba əlavə Vergi orqanlarına xx.xx.2023-cü il tarixdə təqdim etdikləri məcburi sosial sığorta hesabatının "adoc" faylı da əlavə olunmuşdur. X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin əməkdaşı rəis müavini Əsəbəli Alqayevin xidməti telefon nömrəsi ilə (024) *** ** ** əlaqə nömrəsi ilə saat 9:32, 10:59, və 16:16 radələrində əlaqə saxlanılaraq ona xx.xx.2023-cü il tarixdə təyin olunmuş vaxtda inzibati işdə iştirak edəcəyini bildirmiş, lakin buna baxmayaraq Balakən Rayon Statistika İdarəsinin rəis müavini Əsəbəli Alqayev onun işə baxılarkən iştirakını təmin etməmiş, eyni zamanda Abdulcəil Muradovun hesabatda düzəlişlə bağlı Balakən Rayon Statistika İdarəsinin rəsmi elektron poçtuna göndərdiyi məlumatları nəzərə almadan 06 avqust 2023-cü il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxsin İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti barədə nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da X4 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Göstərilənlərin işığında şübhəsizdir ki, X4 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən xx.xx.2023-cü il tarixdə təqdim etdikləri hesabatda yol verilmiş səhvlərin düzəldilməsi üçün xx.xx.2023- cü tarixə qədər vaxt verildiyi halında həmin səhvlərin xx.xx.2023-cü il tarixdə X17 İdarəsinin əməkdaşı Gülnaz Meyvəlivevanın iştirakı və göstərişləri ilə düzəldilibdüzəldilməməsi və xx.xx.2023-cü il tarixdə veni hesabatın Statistika İdarəsinə online formada təqdim olunub-olunmaması, təqdim olunduğu təqdirdə işə baxılarkən hansı əsasla nəzərə alınmaması, tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* №li inzibati xəta haqqında protokolda aşkar olunmuş inzibati xətanın törədildiyi tarix və saatın nəyə görə qeyd olunmaması, protokolda hansı tarixli hesabatın nəyə görə qeyd edilməməsi, 4ticarət (rüblük) nömrəli rəsmi statistika hesabatında aşkar edilən təhriflərin aradan qaldırılması üçün X4 xx.xx.2023- cü il tarixdə Balakən Rayon Statistika İdarəsinin və eyni zamanda Statistika Komitəsinin elektron poçtuna imzalanmış məktubla müraciət edibetməməsi və bu məktuba əlavə Vergi orqanlarına xx.xx.2023-cü il tarixdə təqdim etdikləri məcburi sosial sığorta hesabatının "adoc" faylını əlavə edib-etməməsi, həmçinin xx.xx.2023-cü il tarixdə idarənin rəis müavini Əsəbəli Alqayevin xidməti telefon nömrəsi ilə (024) *** ** ** əlaqə nömrəsi ilə saat 9:32, 10:59, və 16:16 radələrində əlaqə saxlanılaraq ona xx.xx.2023-cü il tarixdə təyin olunmuş vaxtda inzibati işdə iştirak edəcəyini bildirdiyi halda hansı səbəblərdən Balakən Rayon Statistika İdarəsinin rəis müavini X9 Muradovun işə baxılarkən iştirakını təmin etməməsi, eyni zamanda Balakən Rayon Statistika İdarəsinin rəsmi elektron poçtuna göndərilmiş məlumatları nəzərə almadan xx.xx.2023-cü il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi, həmin protokolda, həmçinin qərarda hansı tarixdə hansı səbəbdən təqdim edilmiş rəsmi statistika hesabatında 8.13 və 8.15-ci sətirlərin boş təqdim edilməsinin məlum olmaması halları araşdırılmalı, bu zaman işə yenidən baxılarkən X4 iştirakı təmin edilməli, Abdulcəlil Muradovun Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin olub-olmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün araşdırma aparılmalı, bu zaman Balakən rayon Statistika İdarəsinin əməkdaşı Gülnaz Meyvəliyevanın və digər aidiyyəti şəxslərin izahatları alınmalı, hadisənin yuxarıda göstərilən bütün ziddiyyətli məqamları aradan qaldırılmalı, baş vermiş xətanın dəqiq mahiyyəti və onun kim tərəfindən törədilməsi müəyyən olunmalı, həmin xətaya düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.4 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X4 şikayəti qismən təmin edilməli, Balakən Rayon Statistika İdarəsinin rəis müavini X11 X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında 08 avqust 2023-cü il tarixli MN0246362 nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Balakən Rayon Statistika İdarəsinə göndərilməlidir. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində isə təmin edilməməlidir. Belə ki, X4 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan, Abdulcəlil Muradovun Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin olubolmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün inzibati araşdırma aparılmadan, hadisənin yuxarıda göstərilən bütün ziddiyyətli məqamları aradan qaldırılmadan X4 Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törədib-törətməməsi qənaətinə gəlmək hazırki halda mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 şikayəti qismən təmin edilsin. Balakən Rayon Statistika İdarəsinin rəis müavini X11 X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında 08 avqust 2023-cü il tarixli MN0246362 nömrəli qərarı ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Balakən Rayon Statistika İdarəsinə göndərilsin; şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-366/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-366/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver