Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-367/2021 22.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs oğlunun Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021 nömrəli qərarına xitam verilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs vəsatətlə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)- 367/2021nömrəli qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs vəsatətini onunla əsaslandırmışdır ki, o, yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində EQ-7184584 nömrəli protokol yazılmış, lakin həmin protokol üzrə yazılmış cəriməni bu barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Balakən rayon Polis Şöbəsinin DYP bölməsi onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmişdir. Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 7 (yeddi) ay müddətə məhdudlaşdırılmışdır. O, barəsində EQ-7184584 nömrəli inzibati protokol üzrə olan 96 manat cəriməni tam ödəmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021nömrəli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 07 (yeddi) ay müddətə məhdudlaşdırılmışdır. İşdə olan 13.11.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs EQ-7184584 saylı inzibati protokolun cəriməsini dəbbə pulu ilə birlikdə cəmi-96 (doxsan altı) manat həddində olarkən 13.11.2021-ci il tarixdə tam ödəmişdir. Ərizənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol yazılmış, lakin o, həmin protokol üzrə yazılmış cəriməni bu barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Balakən rayon Polis Şöbəsinin DYP bölməsi onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmişdir. Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş, nəqliyyat vasitələrini idarə etmə hüququ 07 (yeddi) ay müddətə məhdudlaşdırılmışdır. O, barəsində olan, EQ-7184584 nömrəli inzibati xəta haqqında protokol üzrə 96 manat cəriməni 13 noyabr 2021-ci il tarixdə tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərar onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. İşin hallarını,hüquq normalarını nəzərə alaraq hesab edirəm ki, vəsatət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021 nömrəli qərarı xitam edilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Vəsatət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 3(019)-367/2021nömrəli qərarı xitam edilsin. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-367/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-367/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver