Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-367/2023 21.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyət cəlb olunmuş, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d İ m: Şəxs xx.xx.2023-cüi il tarixdə saat 18.30 radələrində Balakən rayonu Katex kəndində küçədə X2 ünvanına söyüşlər söyərək, ictimai qaydanı pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* və xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evdən küçəyə çıxmışdır. Küçədə gəzərkən onların qonşuları X1 evinin qarşısından keçərkən onların həyətə boylanaraq həyətdə olan qadınlara baxmışdır. Həmin vaxt qadınlar qışqırmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində X3 onu özləri qalan həyətə çağıraraq həyətdə olan qadınlar ilə üzləşdirdi. Həmin vaxt qadınlar onu tanıyaraq bildirdilər ki, onların həyətə baxan o, olmuşdur. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdilər. Daha sonra polis əməkdaşları həmin həyətə gəldilər. O, polis əməkdaşlarını görüb söyüşlər söyməyə başladı. Bu hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və söyüş söyməkdə davam etmişdir. O, həmin vaxt əsəbi olmuş, ona görə də özünü idarə edə bilməmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X11, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, xx.xx.2009-cu il tarixdə Balakən rayonu Katex kənd sakini X4 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3 övladları vardır. Onlar 2012-ci ilin fevral ayından Rusiya Federasiyasında yaşayırlar. Hər il birlikdə Baləkən rayonuna ailə üzvlərini görmək üçün gəlirlər. xx.xx.2023cü il tarixdə Rusiya Federasiyasından Balakən rayonuna gəlmişlər. Rayona qayıtdıqdan sonra axşam saatlarında yataq otaqlarının pəncərəsinin qarşısından səslər gəlmişdir. Bu kimi səslər demək olar ki, hər gün gəlməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 12 radələrində yatmaq üçün yataq otağına getmişdir. Həmin gecə yenə səslər gəlməyə başladı. Daha sonra o, hiss elədi ki, kimsə pəncərədən otağa daxil olmaq istəyir. Bu zaman qışqırmağa başlamışdır. O, həmin şəxsin üzünü görmüş, ancaq rayonda olmadığı üçün həmin şəxsi tanıya bilməmişdir. Həmin günün səhəri o, həmin hadisəni evdə qonşulara danışmışdır. Onlar isə bildirdilər ki, bu hadisə onların da başlarına gəlib, bu əməli Şəxs törədib. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində qardaşı X7 həmin şəxsi tanıdığı üçün gedib gətirmişdir. O, həmin şəxsi görərək tanımışdır. Həmin vaxt DİN “102” xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, hətta həmin vaxt ora gələn polis əməkdaşının bu hərəkətlərini dayandırması ilə bağl qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs şikayətçidir. Şəxs barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin sahə rəisi köməkçisi X13 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:35 radələrində Balakən RPŞnin NH-dən ona zəng vuraraq xidməti ərazisi olan Balakən rayonu Katex kənd sakini X2 DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng vurub verdiyi məlumat ilə əlaqədar hadisə yerinə yaxınlaşmasını bildirdilər. O, sözügedən mübahisə yerinə çatan zaman Balakən rayonu Katex kənd sakini olan Şəxs küçədə uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Şəxs yaxınlaşıb əvvəlcə özünü təqdim edərək onu nizam-intizama dəvət edib sakitləşdirmək istəsə də, Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söyməkdə davam etmişdir. O, dəfələrlə Şəxs xəbərdar etsə də, ona qəsdən tabe olmadığı üçün Şəxs Balakən RPŞ-yə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, onun oğlu X4 xx.xx.2009-cu il tarixdə Balakən rayonu Katex kənd sakini X5 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3 övladları vardır. Oğlu ailəsi ilə 2012-ci ilin fevral ayından Rusiya Federasiyasında yaşayır. Hər il birlikdə Baləkən rayonuna onları görmək üçün gəlirlər. xx.xx.2023-cü il tarixdə gəlini nəvələr ilə birlikdə Rusiya Federasiyasından Balakən rayonuna gəlmişlər. Rayona qayıtdıqdan sonra gəlini bildirirdi ki, axşamlar yataq otağının pəncərəsinin qarşısından səslər gəlir. xx.xx.2023-cü il tarixdə axşam saat 12 radələrində gəlini yatmaq üçün yataq otağına getmişdir. Daha sonra gəlini qışqırmağa başlamışdır. O, dərhal yuxudan oyanıb gəlininin yanına getmişdir. Gəlini ona bildirmişdir ki, pəncərənin yanında kimsə var idi və evə girmək istəyirdi. O, həmin vaxt həyətə düşmüş və fanarla həmin şəxsi axtarmağa başlamış, lakin heç kimi tapa bilməmişdir. Həmin vaxt o, qonşuları Şəxs şübhələnmişdir. xx.xx.2023-cü ii tarixdə saat 18:30 radələrində gəlininin qardaşı X7 həmin şəxsi tanıdığı üçün gedib gətirmişdir. Həmin vaxt gəlini Habili görərək tanımışdır. Həmin vaxt DİN “102” xidmətinə zəng vuraraq, Şəxs həyətlərinə girməsi, qadınları izləməsi barədə məlumat vermişlər. Həmin vaxt Şəxs gəlinini söymüş, bu hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19.30-da tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 18.00-da azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 3 saylı Şəki-Zaqatala regional filialının 21 avqust 2023-cü il tarixli arayışında göstərilir ki, Balakən rayonu Katex kənd qeydiyyatda olan, xx.xx.1984-cü il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixə filial tərəfindən hec bir növ əmək pensiyası, sosial müavinət, təqaüd almır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Qeyd olunanalara əsasən və həmçinin Şəxs istinad olunan İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar eyni vaxtda törədildiyi üçün hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutumuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən eyni xətanı bir il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və Azərbaycan Repsublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən eyni xətanı bir il ərzində təkrar törətməsi kimi məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməli, onun 18 avqust 2023-cü il tarixdə saat 19.30-dan 20 avqust 2023-cü il tarixdə saat 18.00-dək inzibati qaydada tutulduğu 02 (iki) gün müddət həmin həbs müddətindən çıxılmalı və onun üzərində qəti olaraq 13 (on üç) gün müddətə inzibati həbs saxlanmalı, onun inzibati həbs müddətinin əvvəli hazırki qərarın elan oldunduğu 21 avqust 2023-cü il tarixdən saat 12.30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin; onun 18 avqust 2023-cü il tarixdə saat 19.30-dan 20 avqust 2023-cü il tarixdə saat 18.00dək tutulduğu 2 (iki) gün müddət həmin həbs müddətindən çıxılsın və Şəxs üzərində qəti olaraq 13 (on üç) gün müddətə inzibati həbs saxlansın; onun inzibati həbs müddətinin əvvəli 21 avqust 2023-cü il tarixdən saat 12.30-dan hesablansın. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-367/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-367/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver