Məhkəmə qərarları › İş №3(019)-370/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-370/2022

22.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-370/2022 22.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şahruddin oğlunun iştirakları ilə xx.xx.1985-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs Şahruddin oğlu barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Göylərov X1 Rayon Məhkəməsinin 2(019)-907/2018 nömrəli 28 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 21 sentyabr 2008-ci ildə аnаdаn оlmuş X2 yetkinlik yаşınа çаtаnа kimi bаxılıb sаxlаnmаsı üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti iddiаçı Zərərçəkmiş şəxs ödəməlidir. O alimenti ödəməmiş, onun 6000 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs Şahruddin oğlu aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şahruddin oğlunun göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşagıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Göylərov X1 Rayon Məhkəməsinin 2(019)-907/2018 nömrəli 28 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 21 sentyabr 2008-ci ildə аnаdаn оlmuş X2 yetkinlik yаşınа çаtаnа kimi bаxılıb sаxlаnmаsı üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 6000 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şahruddin oğlu göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-907/2018 nömrəli 28 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 21 sentyabr 2008-ci ildə аnаdаn оlmuş X2 yetkinlik yаşınа çаtаnа kimi bаxılıb sаxlаnmаsı üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. İş yeri və maddi imkanı olmadığına görə, habelə himayəsində digər nikahından iki azyaşlı uşağı olduğundan aliment borcunu ödəyə bilməmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Göylərov X1 Rayon Məhkəməsinin 2(019)-907/2018 nömrəli 28 iyun 2018-ci il tarixli icra sənədinə əsasən 21 sentyabr 2008-ci ildə аnаdаn оlmuş X2 yetkinlik yаşınа çаtаnа kimi bаxılıb sаxlаnmаsı üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 6000 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.O,Şahruddindən şikayətçidir, onun barəsində tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-907/2018 nömrəli 28 iyun 2018-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən qətnamə qanuni qüvvəsini aldığı gündən 21 sentyabr 2008-ci ildə аnаdаn оlmuş X2 yetkinlik yаşınа çаtаnа kimi bаxılıb sаxlаnmаsı üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 907/2018 nömrəli 28 iyun 2018-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmişdir. İşdə olan 18 may 2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu Şəxs Şahruddin oğlu barəsində axtarış elan edilmişdir. İşdə olan 21 oktyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Şahruddin oğlu xx.xx.2022 -ci il tarixdə saat 18:16-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Şahruddin oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahruddin oğlunun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahruddin oğlunun şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Şəxs Şahruddin oğlu 21 oktyabr 2022-ci il tarixdə saat 18:16-da inzibati qaydada tutulduğundan inzibati həbs müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Şahruddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən saat 18:16-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar