Məhkəmə qərarları › İş №3(019)-371/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-371/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-371/2022 27.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində xx.xx.2022-ci il tarixli, İXP4953736 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i m: Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Zaqatala RPŞ DYPB-nin null polis leytenantı X2 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP4953736 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP4953736 saylı inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer Zaqatala rayonu olaraq göstərilmişdir. Həmçinin iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında hazırki işə onun yaşadığı yer üzrə Balakən Rayon Məhkəməsində baxılması barədə vəsatəti yoxdur. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə Şəxs barəsində xx.xx.2022-ci il tarixli, İXP4953736 saylı inzibati xəta haqqında protokol üzrə həmin Məcəllənin 529.3-cü maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmədə-Zaqatala Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2022ci il tarixli, İXP4953736 saylı inzibati xəta haqqında protokola baxılması Balakən Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Zaqatala RPŞ DYPB-nin inspektoru, polis leytenantı X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Zaqatala RPŞ DYPB-nin inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP4953736 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Zaqatala RPŞ DYPB-nin inspektoru, polis leytenantı X1 qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar