Məhkəmə qərarları › İş №3(019)-372/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-372/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-372/2021 25.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi , inzibati xəta haqqında icraat başlamış Balakən rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sultan oğlunun iştirakları ilə xx.xx.1982-ci ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri N.Nərimanov küçəsi ev 67-də yaşayan Puçaxov Asif Sultan oğlunun barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, o, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-82/2020 nömrəli 19.05.2020-ci il tarixli icra sənədinə əsasən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən iddiaçı Zərərçəkmiş şəxs istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə daxil olmağa qoymamalarına ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoyması, zəbt etdiyi, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən çıxarılması ilə ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə oğlu göstərdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-82/2020 nömrəli 19.05.2020-ci il tarixli icra sənədinə əsasən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən iddiaçı Zərərçəkmiş şəxs istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə daxil olmağa qoymamalarına ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymalı,zəbt etdiyi, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Şəxs icra sənədini icra etməmiş, xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda icra sənədi Şəxs tərəfindən icra olunmuşdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-82/2020 nömrəli 19.05.2020-ci il tarixli icra sənədinə əsasən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən onun istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə daxil olmağa qoymamalarına ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymalı,zəbt etdiyi, onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Şəxs icra sənədini icra etməmiş, xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda icra sənədi Şəxs tərəfindən icra olunmuşdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs oğlu göstərdi ki, o, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 82/2020 nömrəli 19.05.2020-ci il tarixli icra sənədinə əsasən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən iddiaçı Zərərçəkmiş şəxs istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə daxil olmağa qoymamalarına ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymalı, zəbt etdiyi, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən çıxmalıdır. Həmin icra sənədi qanunsuz olsa da o icra sənədini icra etmişdir, icra sənədində göstərilən torpaq sahəsindən çıxmışdır və tələbkarın öz torpaq sahəsindən istifadə etməsinə mane olmur.İşin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-82/2020 nömrəli 19 may 2020-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən iddiaçı Zərərçəkmiş şəxs istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsi qoyulması, cavabdeh Şəxs və X1 zəbt etdikləri, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. İnzibati xəta haqqında icraat başlamış şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 82/2020 nömrəli 19.05.2020-ci il tarixli icra sənədinə əsasən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən iddiaçı Zərərçəkmiş şəxs istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-iddiaçını torpaq sahəsinə daxil olmağa qoymamalarına ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymalı, zəbt etdiyi, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Şəxs icra sənədini icra etməmiş,odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda icra sənədi Şəxs tərəfindən tam icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-82/2020 nömrəli 19.05.2020ci il tarixli icra sənədinin tam icra edilməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar