Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-372/2022 14.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi ilə, xx.xx.1965-ci ildə Türkiyə Respublikasının Ağrı vilayətinin Tutak rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası, İstanbul şəhəri, Sultanbeyli rayonu, Battal Qazi məhəlləsi ev 17, mənzil- 2-də qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Türkiyə Respublikasının vətəndaşı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmışdır ki, o, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərbəst dövriyyə üçün yük gətirərkən idarə etdiyi “Mersedes- Benz” markalı, 34JD3672/34CGS159 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasının ön yuxarı hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş dolabçanın arxasındakı boşluqda hər birinin içərisində 1 ədəd üzərində “Precork-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf plastik qutuda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə X2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 6/4812 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim olunan, üzərində “Qərb Ərazi Baş Gömrük İdarəsi ...Türkiyə Respublikası vətəndaşı Şəxs...” və s.yazılar olan N2107051 saylı polietilen paketdəki 10 ədəd polietilen qablaşdırmada olan “Precort-Liyo 40 mg...son kullanım tarihi 12 2021” və “X8 2 ml” göstəricili dərman vasitələrinin tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları” na, habelə “Zəhərli maddələrin siyahıları”na” daxil olan maddələr müəyyən edilmədi. Həmin dərman vasitələrinin istifadə müddəti qablaşdırılmaları üzərində olan «…son kullama tarihi 12 2021…» göstəricisinə əsasən bitmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 9/6369 nömrəli ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən, qeyd edilən hər birinin içərisində 1 ədəd “Precort-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf qutuda dərman vasitələrinin istifadə müddəti bitdiyi üçün (12.2021) həmin dərman preparatları qiymətsiz hesab olunurlar. İş materiallarında olan sənədlərdən görünür ki, 1 ədəd “Precort-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf qutuda dərman vasitələri Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılır. İşdə olan sənədlərə baxaraq hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 aşkar olunmuş hər birinin içərisində 1 ədəd “Precort-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf qutuda dərman vasitələrinin istifadə müddəti bitdiyi üçün (12.2021) həmin dərman preparatları qiymətsiz hesab olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində az miqdarda malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 aşkar olunmuş hər birinin içərisində 1 ədəd “Precort-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf qutuda dərman vasitələrinin istifadə müddəti bitdiyi üçün həmin dərman preparatlarının qiymətsiz hesab olunmasını nəzərə alaraq hesab edirəm ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut olan, Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılan, hər birinin içərisində 01 ədəd “Precort-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf qutuda dərman vasitələri istifadə müddəti bitdiyinə görə qiymətsiz hesab olunduğundan, həmin dərman preparatları məhv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Türkiyə Respublikasının vətəndaşı X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmamasına görə xitam verilsin. İş üzrə maddi sübut olan, Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılan, hər birinin içərisində 01 ədəd “Precort-Liyo 40 mg” və 1 ədəd üzərində “X8 2 ml” yazıları olan ampulalar olmaqla 10 ədəd şəffaf qutuda dərman vasitələri istifadə müddəti bitdiyinə görə qiymətsiz hesab olunduğundan, həmin dərman preparatları məhv olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-372/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-372/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver