Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-373/2021 29.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis baş leytenantı Abuzər İsmayılovun iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində Balakən Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis baş leytenantı Abuzər İsmayılov tərəfindən 15 sentyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Balakən Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis baş leytenantı Abuzər İsmayılov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində tərtib olunmuş 15 sentyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraatı başlanmış inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Balakən rayon filialnın 29.11.2021-ci il tarixli 103 nömrəli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı ünvan 1razisində yerləşir. Belə olan halda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi yer Bakı şəhəri Binəqədi rayonudur. Belə olan halda, Balakən Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis baş leytenantı Abuzər İsmayılov tərəfindən sözügedən inzibati xəta haqqında iş Balakən Rayon Məhkəməsinə deyil, aidiyyətı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında iş baxılması üçün Balakən Rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Balakən Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyildir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Balakən Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis baş leytenantı Abuzər İsmayılov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində tərtib olunmuş 15 sentyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraatı başlanmış inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Balakən Rayon Polis Şöbəsinin DYPB İTÜBİ-nin polis baş leytenantı Abuzər İsmayılov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində tərtib olunmuş 15 sentyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraatı başlanmış inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-373/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-373/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver