Məhkəmə qərarları › İş №3(019)-374/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-374/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-374/2022 15.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1972-ci ildə Türkiyə Respublikası Mardin vilayəti, Qızıltepe rayonunda anadan olmuş, Türkiyə Respublikası, Mardin vilayəti, Qızıltepe rayonunda, Eşme kendində daimi pasport qeydiyyatında olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 20.10 radələrində idarə etdiyi «Daf FT» markalı, 33E7334/47ABN316 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən onun avtomaşının salonunda əşya qoymaq üçün nəzərdə tutulmuş sandıqçada 10 (on) qutu «Marlboro touch gray» markalı, üst orta dolabda 10 (on) qutu «VVinston» markalı və cihazlar panelinin alt hissəsində olan boşluqdakı əl çantasının içərisindən 10 (on) qutu «VVinston» markalı gömrük orqanına bəyan olunmayan siqaretlər aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı tərəfindən 27 oktyabr 2022-ci il tarixli, 11000-2858/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. xx.xx.2022-ci il tarixdə saat təxminən 20.10 radələrində Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi «Daf FT» markalı, 33E7334/47ABN316 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən avtomaşının salonunda əşya qoymaq üçün nəzərdə tutulmuş sandıqçada 10 (on) qutu «Marlboro touch gray» markalı, üs orta dolabda 10 (on) qutu «VVinston» markalı və cihazlar panelinin alt hissəsində olan boşluqdakı əl çantasının içərisində 10 (on) qutu «VVinston» markalı gömrük orqanına bəyan olunmayan siqaretlərin aşkar olunması iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımqara gömrük postunun rəisi X2 Ərazi Baş Gömrük İdarəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli raport, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol və həmin videogörüntülərin əks olunduğu 1 ədəd DVD diski, barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında 27 avqust 2022-ci il tarixli protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6373 nömrəli rəyi, 27 oktyabr 2022-ci il tarixli 11000-2858/22 nömrəli inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımqara gömrük postunun rəisi X3 Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Məmmədliyə ünvanladığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 20.10 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan «Daf FT» markalı, 33E7334/47ABN316 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə slorğu-sual aparılmışdır. Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, lakin nəqliyyat vasitəsinin kabinasında özünə məxsus geyim əşyalarının və 6 (altı) qutu «VVinston» markalı siqraetlərin olduğunu bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda əşya qoymaq üçün nəzərdə tutulmuş sandıqçadan 10 (on) qutu «Marlboro» markalı, üst orta dolabdan 10 (on) qutu «VVinston» markalı, cihazlar panelinin alt hissəsində olan boşluqdakı əl çantasının içərisindən 10 (on) qutu «VVinston» mrkalı siqaretlər olmaqla, ümumilikdə 30 (otuz) qutu gömrük nəzarətinə düzgün bəyan olunmayan siqaretlər aşkar edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 20.10 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan «Daf FT» markalı, 33E7334/47ABN316 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, lakin nəqliyyat vasitəsinin kabinasında özünə məxsus geyim əşyalarının və 6 (altı) qutu «VVinston» markalı siqaretlərin olduğunu bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda əşya qoymaq üçün nəzərdə tutulmuş sandıqçadan 10 (on) qutu «Marlboro» markalı, üst orta dolabdan 10 (on) qutu «VVinston» markalı, cihazlar panelinin alt hissəsində olan boşluqdakı əl çantasının içərisindən 10 (on) qutu «VVinston» markalı gömrük nəzarətinə düzgün bəyan olunmayan siqaretlər aşkar edilmiş və götürülmüşdür. İşdə olan 27 avqust 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin salonunda əşya qoymaq üçün nəzərdə tutulmuş sandıqçadan 10 (on) qutu «Marlboro» markalı, üst orta dolabdan 10 (on) qutu «VVinston» markalı, cihazlar panelinin alt hissəsində olan boşluqdakı əl çantasının içərisindən 10 (on) qutu «VVinston» markalı gömrük nəzarətinə düzgün bəyan olunmayan siqaretlərin aşkar edildiyini, götürüldüyünü, həmin siqaretləri çəkmək üçün gətirdiyini və sayları çox olduğundan gömrük işçisi tərəfindən buraxılışına icazə verilməyəcəyi üçün onları gömrük nəzarətinə bəyan etmədiyini bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6373 nömrəli rəyindən görünür ki, aksiz markası olmayan «Marlboro touch gray» markalı, ştrix koduna görə (ilk üç qərəmi 762) İsveçrə istehsalı olan 10 qutu filterli siqaretin ümumi qiyməti 80 manat, aksiz markası olmayan «VVinston» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 626) İİR-sı istehsalı olan 20 qutu siqaretin ümumi qiyməti 60 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda filterli siqaretin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 140.00 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli 9/6373 nömrəli bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Onun əməli İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə düzgün tövsif edilmişdir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 32-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına aid edilməli, nəqliyyat vasitəsi və malların yoxlanmasının videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində iş materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 115.4.3-cü maddəsinə əsasən maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 55, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda saxlanılan 10 (on) qutu «Marlboro touch gray» markalı və 20 (iyirmi) qutu «VVinston» markalı filterli siqaretlər, ümumilikdə 30 (otuz) qutu gömrük nəzarətinə düzgün bəyan olunmayan siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına aid edilsin; nəqliyyat vasitəsi və malların yoxlanmasının videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində iş materiallarında saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar