Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-378/2022 04.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X4, zərərçəkmiş şəxs X12, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X13 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Balakən şəhərində anadan olmuş, ali təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09.00 radələrində Balakən şəhər bazarının arxa hissəsində aralarında yaranmış mübahisə zamanı X1 nahiyyəsinə başı ilə zərbə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 noyabr 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ildə X26 və anası Nüşabə Xanlayeva rəsmi olaraq boşanmış və bundan sonra o və iki qardaşı atası ilə birlikdə yaşamağa başlamışlar. Boşanmadan sonra atası ilə anasının ailəsi arasında mülk bölgüsünə görə mülki mübahisə yaranmışdır. 28 avqust 2022- ci il tarixdə təxminən saat 09 radələrində o, atası Zahid, qardaşları Sənan və Ömərlə birlikdə mağazada olan zaman nənəsi Elmira Hacıyeva səbəbsiz yerə onunla və Sənanla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt X10 Hacıyevə zəng edərək bazara çağırmışdır. Bir qədər sonra Sahib Hacıyev bacısı Nurlana Hacıyeva ilə birlikdə bazara gedərək, onların mağazanın qarşısında olan mallarını təpikləyib dağıtmış, daha sonra Sahib onu və Sənanı bazarın arxa tərəfinə çağırmışdır. Bu zaman o və qardaşı Sənan bazarın arxa tərəfinə doğru getmişlər. X26 da onların arxasınca getmişdir. Bazarın arxa tərəfinə çatanda Sahib Hacıyev yumruqla onun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt o da Sahib Hacıyevin sifət nahiyəsinə başı ilə zərbə vurmuş, lakin zərbə Sahibin sifətinə tam dəyməmiş və Sahib onun yaxasından tutub özünə tərəf çəkərək yerə yıxmağa çalışmışdır. X5 yumruq və təpiklə vurmağa başlamışdır. Bu zaman qardaşı Sənan onları ayırmaq üçün araya girmiş, həmin vaxt Sahib və bacısı Nurlana Sənanı da yumruq və təpiklə vurmağa başlamışlar. Hadisə yerinə gələn Elmira Hacıyevə isə heç bir söz demədən, heç bir söz soruşmadan atası Zahidin sifətinə bir neçə sillə vurmuşdur. Bundan sonra atası Zahid oğlu Sənanın və hadisə yerində olan Xuraman adlı qadının köməkliyi ilə Sahibi və bacısı Nurlananı ondan ayırmışdır. Daha sonra o, atası və qardaşı birlikdə mağazaya tərəf getmişlər. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X20 izahatında göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və X22 İdarəsində mühəndis işləyir. X6 onun doğma bacısı Nüşabə Hacıyevanın keçmiş əridir. Zahidlə Nüşabə 2019-cu ildə rəsmi qaydada boşanmışlar. Zahidlə Nüşabənin həmin evlilikdən Sənan, Kənan və Ömər adında üç oğlan övladları olmuş, boşandıqdan sonra Sənan və Kənan atası Zahidlə, Ömər isə anası Nüşabə ilə yaşamalı olmuşdur. Lakin hazırda Ömər də atası Zahidlə yaşayır. Bununla bağlı da övladın anaya verilməsi üçün Balakən Rayon Məhkəməsinin qərarı vardır. Boşanmadan sonra onların ailəsi ilə Zahid Xanlayev arasında mülk bölgüsünə görə mülki mübahisə yaranmış, işə Balakən Rayon Məhkəməsində, sonradan Şəki Apellyasiya və Ali Məhkəmədə baxılmış və qeyd olunan hər üç instansiya məhkəmələri onların xeyirinə qərar qəbul etmişlər. X27 məhkəmənin qərarlarını icra etməmiş, mülki mübahisə obyekti olan və Balakən bazarının ərazisində yerləşən mağazanı onlara təhvil vermək istəməmişdir. Buna görə xeyli müddətdir onun anası ilə Zahidin arasında mütəmadi olaraq mübahisələr baş vermişdir. Bu səbəbdən onun həm Zahid Xanlayevlə, həm də Zahidin oğlanları ilə, yəni bacısının oğlanları ilə yaxın münasibəti yoxdur. Hazırda Balakən bazarının daxilində onların ailəsinə məxsus olan mağaza ilə Zahid Xanlayevə məxsus olan mağaza yanaşı yerləşir. Onlara məxsus olan mağazada adətən X25 tək işləyir. Zahid Xanlayevə məxsus mağazada isə onun özü, bəzən də oğlanları Kənan və Sənan işləyir. O, 28 avqust 2022-ci il tarixdə təxminən saat 08:30 radələrində Balakən şəhəri ərazisində olduğu zaman X25 ona zəng edərək, Kənan və Sənanın onlara məxsus mağazanın qarşısındakı malları dağıdaraq, öz mallarını onların mağazasının qarşısına yığdıqlarını, Kənan və Sənanın ona qarşı nalayiq ifadələr işlətdiklərini bildirmiş, ondan nə etməli olduğunu soruşmuş, o isə özünün gələcəyini anasına deyərək, bazara getmişdir. O, telefonda danışan zaman bacısı Nurlana da onun yanında olub danışdıqlarını eşitdiyi üçün onun arxasınca bazara getmişdir. O, anası Elmiraya məxsus mağazanın qarşısına çatmış və mağazanın qarşısında olan malların bir az da anasına məxsus mağazaya tərəf itələnmiş olduğunu görmüş, yəni mağazalar arasında sərhəddin onlar tərəfə olan hissəsinə Zahid öz mallarını yığmışdır. Buna görə o, Zahidin onların mağazasının qarşısındakı mallarını geriyə, yəni Zahidin öz mallarının olmalı olduğu yerə itələmişdir. Həmin vaxt bacısı oğlu Sənan mağazadan çıxaraq “nə edirsən, bizim orada sərhəddimiz var” demiş, o da Sənana faktiki sərhəddi müəyyən edən borunu göstərib “bax, sərhəd buradır” demişdir. Daha sonra isə Kənan mağazadan bayıra çıxmış, neçə dəfə onu söhbətə çağırmış, o isə qaçmışdır. Bundan sonra Kənan məsələni aydınlaşdırmaq üçün onu mağazanın arxa tərəfinə çağırmış, o da razılaşaraq, tək mağazanın arxa tərəfinə getmişdir. Bu zaman Kənan və Sənan mağazanın içərisinə daxil olmuş və arxa qapısından mağazanın arxasına çıxmışlar. O, mağazanın arxa tərəfinə çatanda Zahid, Kənan və Sənan onun qarşısına çıxmışlar. Kənan onu söhbətə çağıran zaman onun tək gələcəyini gözləmiş, lakin mağazanın arxasına getdikdə Zahid, Kənan və Sənanın birlikdə gəldiklərini görmüşdür. O da Zahidgilə əli ilə işarə edərək “hər üçünüz gəlin” demişdir. Bu zaman o, Kənanın qarşısına getmiş və Kənan başı ilə onun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Nəticədə onun dodağı, dodağının ətrafı partlamış və o, müvazinətini itirmişdir. Daha sonra Zahid, Kənan və Sənan onu yumruq və təpiklə vurub yerə yıxmışlar. Həmin vaxt bacısı Nurlana hadisə yerinə gələrək, onları ayırmağa çalışmış, lakin Zahid onun bacısı Nurlananı dirsəyi ilə vuraraq yerə yıxmışdır. Hadisə zamanı oraya bir neçə insan toplaşmışdır, lakin həmin şəxslərin kimlər olmasını dəqiq xatırlamır. Xatırladığı qədərilə həmin vaxt hadisə yerində olan, onun əvvəllər Atabala kimi tanıdığı Vüqar adlı şəxs, sonuncunun qardaşı Vüsal adlı şəxs və hazırda adını xatırlamadığı bir kişi onları ayırmış və münaqişənin daha da böyüməsinin qarşısını almışlar. Bundan sonra o, bazarın arxa tərəfdən giriş hissəsində yerləşən su kranının yanına gedib əl-üzünü yuyan zaman Zahid arxadan gələrək, onun ayaqlarından tutub yuxarı qaldırmış və nəticədə o, yerə yıxılmışdır. Həmin vaxt Zahid və Sənan yenidən üstünə hücum çəkib onu döymüşlər. Bu zaman ətrafda olan şəxslər onları ayırmış və o, mağazaya getmişdir. Bir qədər sonra Balakən RPŞ-nin əməkdaşları bazara gedib müayinə olunmaq üçün onu Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Aralarında baş vermiş mübahisə və münaqişə təxminən 15-20 dəqiqə davam etmiş, orada onun əvvəllər Atabala kimi tanıdığı Vüqar adlı şəxs, sonuncunun qardaşı Vüsal adlı şəxs olmuşdur. Ona ilk olaraq başı ilə zərbə vuran da Zahidin oğlu Kənan olmuşdur. O və bacısı Nurlana Hacıyeva ümumiyyətlə Sənan Xanlayevi, Kənanı və Zahidi vurmamışlar. Sadəcə Zahidgil onu və bacısını vurmuşlar. X25 ümumiyyətlə ilk hadisə başlayan zaman orada olmamış, onları ayırdıqları zaman, yəni sonradan oraya gəlmiş, orada ilk öncə olanlardan xəbəri olmamışdır. Şəxs şikayətçidir. Şəxs barəsində ən sərt inzibati tədbirin görülməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X8 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda, X2, X7 və Şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2- ci maddəsinə əsasən barələrində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, X3, X9 və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin İTB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Məhkəmə-X30 X11” X23 komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T471/2022 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş S.A.Hacıyevin almış olduğu xəsarətlər- üst dodağın əzilmiş yarası, sağ gözaltı və yanaq nahiyələrində qançırlar, sağ dirsək, kürək və sol çiyin oynağı nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əllə vurulmuş zərbələrin təsirindən törənə bilərdilər, istər birlikdə istərsə də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Belə ki, üst dodaqda olan yaranın ölçülərinin kiçik olması, ona üç ədəd tikiş qoyulması ilə vəhdət təşkil etmir və bu səbəbdən də sağlamlığa yüngül zərər vurmaya aid edilməsi hal-hazırdakı mövcud meyarlara əsasən tikiş tələb etməyən yara olduğundan tam əsaslandırılmamışdır. Diaqnozda göstərilən “QKBT, baş beyin silkələnməsi” heç bir obyektiv nevroloji əlamətlərlə öz təsdiqini tapmadığından və şəxsin subyektiv şikayətləri əsasında müəyyən edildiyindən sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmadı. Vətəndaş S.A.Hacıyevun almış olduğu xəsarətlərin xüsusiyyətləri, lokalizasiyası və sayı onun yıxılma zamanı deyil, döyülmə nəticəsində yaranmasına uyğun gəlir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlarla işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməli, inzibati həbs müddətinin əvvəli hazırki qərarın elan olunduğu 04 noyabr 2022-ci il tarixdən saat 12.40-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X21, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X17 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 04 noyabr 2022-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-378/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-378/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver