Məhkəmə qərarları › İş №3(019)-38/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-38/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-38/2022 26.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan,Bakı şəhəri Xırdalan şəhəri, Heydər Əliyev pr.167 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında 26 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki,Balakən Rayon Məhkəməsinin 2(019)-104/2021 nömrəli 08 fevral 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Günel Səfərovaya olan 2720 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Səfərov X5 Rayon Məhkəməsinin 2(019)-104/2021 nömrəli 08 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 04 fevral 2021-ci il tarixdən başlayaraq 25 fevral 2008-ci il tarixdə doğulmuş X3,04 dekabr 2009-cu ildə doğulmuş X4 və 05 oktyabr 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimenti X6 ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 2720 manat borcu yaranmışdır. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs aliment borcundan 25.01.2022-ci il tarixdə 1000 manat, 26.01.2022-ci il tarixdə isə 200 manat ödəmişdir.O, xəstədir,müalicəyə ehtiyacı vardır. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-104/2021 nömrəli 08 fevral 2021-ci il tarixli icra sənədinə əsasən 04 fevral 2021-ci il tarixdən başlayaraq 25 fevral 2008-ci il tarixdə doğulmuş X3, 04 dekabr 2009-cu ildə doğulmuş X4 və 05 oktyabr 2017-ci ildə də doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimenti X6 ödəməlidir. O,bir müddət xəstə və işsiz olduğundan aliment borcunu ödəyə bilməmişdir.O,alimenti ödəməkdən imtina etmir. O, aliment borcundan 25 yanvar 2022-ci il tarixdə 1000 manat, 26.01.2022-ci il tarixdə isə 200 manat ödəniş etmişdir. Qalan aliment borcunu isə yaxın vaxtlara tam ödəyəcəkdir. O, xəstədir, hazırda da ciddi müalicəyə ehtiyacı vardır.Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-104/2021 nömrəli 08 fevral 2021-ci il tarixli icra sənədindən görünür ki,həmin icra sənədinə əsasən Şəxs 04 fevral 2021-ci il tarixdən başlayaraq 25 fevral 2008-ci il tarixdə doğulmuş X3, 04 dekabr 2009-cu ildə doğulmuş X4 və 05 oktyabr 2017-ci ildə də doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimenti X6 ödəməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-104/2021 nömrəli 08 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 04 fevral 2021-ci il tarixdən başlayaraq 25 fevral 2008-ci il tarixdə doğulmuş X3, 04 dekabr 2009-cu ildə doğulmuş X4 və 05 oktyabr 2017-ci ildə də doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimenti X6 ödəməlidir. O,xəstə olduğu üçün alimenti ödəməmiş, onun 2720 manat aliment borcu yaranmışdır. O, aliment borcundan 25 yanvar 2022-ci il tarixdə 1000 manat, 26.01.2022-ci il tarixdə isə 200 manat ödəniş etmişdir. Qalan aliment borcunu isə yaxın vaxtlara tam ödəyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 yanvar 2022-ci il tarixdə 1000 manat, 26.01.2022-ci il il tarixdə 200 manat ödəniş etməsini, qalan borcunu da qısa müddətdə ödəməyə söz verməsini, borcunu maddi imkanı olmadığından ödəməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Səfərov Vüsal Məhəmməd oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Səfərov Vüsal Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar