Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-38/2023 07.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsliyyətli Cəmiyyətinin (bundan sonra Şəxs MMC) nümayəndəsi-direktoru X2 iştirakı ilə hüquqi ünvanı Zaqatala rayonu Yuxarı Tala kəndi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin X5 rəsmiləşdirilərək ixrac olunmuş «qabığı təmizlənmiş fındıq» yükünün müqabilində qaytarılmalı olan 121000 ABŞ dolları (205700 manat, kurs:1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitdən 21,24 ABŞ dolları (36,11 manat, kurs:1 ABŞ dolları =1,70 AZN) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 11000-00383/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-direktoru X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, Şəxs MMC fındıq ləpəsinin ixracı ilə məşğul olur. Şirkət fındıq ləpəsinin satışı ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərində yerləşən «X1» şirkəti ilə 26 noyabr 2018-ci il tarixli müqavilə bağlamışdır. Şəxs MMC tərəfindən 17 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə 20000 kq çəkidə 121000 ABŞ dolları dəyərində və 18 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********1969 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə 20000 kq çəkidə 121000 ABŞ dolları dəyərində qabığı təmizlənmiş fındıq ləpəsi yükü həmin şirkətə ixrac edilmişdir. Qeyd edilən gömrük bəyənnamələri üzrə ixrac edilmiş malların dəyəri bir dəfəyə, yəni 241978,76 ABŞ dolları məbləğində vəsait hüquqi şəxs Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. Qalan 21,24 ABŞ dolları məbləğində vəsait isə köçürülən vəsaitlərə görə banklararası xidmət haqqı kimi tutulmuşdur. Buna görə də gömrük bəyənnamələri müvəkkil bank tərəfindən konsiqnasiya edilən zaman Azərbaycan Respublikası Mərkəzi Bankının sisteminə xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi üzrə 21,24 ABŞ dolları məbləğində vəsait kəsr, yəni köçürülməmiş vəsait olaraq işlənilmişdir. Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati materialda olan sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 21,24 ABŞ dolları (36,11 AZN) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbi ilə bağlı hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-direktoru X3 gömrük idarəsinin elektron poçt ünvanına məktub yazaraq bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 17 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli, **********9843 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə 20000 kq çəkidə 121000 ABŞ dolları dəyərində və 18 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********1969 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə 20000 kq çəkidə 121000 ABŞ dolları dəyərində qabığı təmizlənmiş fındıq ləpəsi yükü ixrac edilmişdir. Qeyd edilən gömrük bəyənnamələri üzrə ixrac edilmiş malların dəyəri bir dəfəyə, yəni 241978,76 ABŞ dolları məbləğində vəsait hüquqi şəxs Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. Qalan 21,24 ABŞ dolları məbləğində vəsait isə köçürülən vəsaitlərə görə banklararası xidmət haqqı kimi tutulmuşdur. Buna görə də gömrük bəyənnamələri müvəkkil bank tərəfindən konsiqnasiya edilən zaman Azərbaycan Respublikası Mərkəzi Bankının sisteminə xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi üzrə 21,24 ABŞ dolları məbləğində vəsait kəsr, yəni köçürülməmiş vəsait olaraq işlənilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə (17 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi, 18 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********1969 saylı gömrük bəyənnaməsi, X4 rəisi X6 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Məhəmməd Qasımova ünvanladığı xx.xx.2022-ci il tarixli raport, xx.xx.2023-cü il tarixli 11000-00383/23 №-li inzibati xəta haqqında protokolla və sair sənədlərlə) təsdiq olunur ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 17 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə 20000 kq çəkidə 121000 ABŞ dolları dəyərində və 18 saylı invoys sənədi əsasında xx.xx.2022-ci il tarixli **********1969 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə 20000 kq çəkidə 121000 ABŞ dolları dəyərində qabığı təmizlənmiş fındıq ləpəsi yükü X5 konsiqnasiya yolu ilə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən «X1» şirkətinə ixrac olunmuşdur. İnvoys 17 və invoys 18-ə əsasən ixracdan əldə olunmuş 241978,76 ABŞ dolları xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır. 21,24 ABŞ dolları isə bank xidməti üçün tutulmuşdur. Buna görə də gömrük bəyənnamələri müvəkkil bank tərəfindən konsiqnasiya edilən zaman Azərbaycan Respublikası Mərkəzi Bankının sisteminə xx.xx.2022-ci il tarixli **********9843 saylı gömrük bəyənnaməsi üzrə 21,24 ABŞ dolları məbləğində vəsait kəsr, yəni köçürülməmiş vəsait olaraq işlənilmişdir. Faktiki olaraq 21,24 ABŞ dolları (36,11 AZN) vəsaitin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir. İş materiallarında olan Şəxs MMC-nin Qərb Ərazi Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubdan və iş materiallarına əlavə olunmuş Şəxs MMC-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 02 nömrəli məktubdan görünür ki, Şəxs MMC fındıq ləpəsinin ixracı ilə məşğul olur. Rusiya Federasiyasının Moskva şəhərində olan «X1» şirkəti ilə 26 noyabr 2018-ci il tarixli müqavilə bağlanılımışdır. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixində **********9843 saylı gömrük bəyənnaməsi ilə ümumi dəyəri 121000 ABŞ dolları olan 20000 kq fındıq ləpəsi invoys 17 və xx.xx.2022-ci il tarixində **********1969 saylı gömrük bəyənnaməsi ilə ümumi dəyəri 121000 ABŞ dolları olan 20000 kq fındıq ləpəsi invoys 18 olan Balakən Gömrük İdarəsində konsiqnasiya yolu ilə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən «X1» şirkətinə ixrac olunmuşdur. İnvoys 17 və invoys 18-ə əsasən ixracdan əldə olunmuş 241978,76 ABŞ dolları xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır. 21,24 ABŞ dolları isə bank xidməti üçün tutulmuşdur. Göstərilənləri, 21,24 ABŞ dollarının (36,11 manatın) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Şəxs MMC-nin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan qalan 21,24 ABŞ dolları (36,11 manat) məbləğində vəsaitin köçürülməməsində təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-38/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-38/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver