Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-380/2022 28.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 və onun müdafiəçisi X24 iştirakı ilə X10 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X21 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray Həmidov tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X21 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müfəttişi X2 rayonu Yeni Şərif kəndində monitorinq təşkil etmişdir. Həmin monitorinq zamanı kənd ərazisində yerləşən ümumi birgə paylı mülkiyyətlərində olan torpaq sahəsində atası Məhəmməd Qoqayev tərəfindən 1995-ci ildə yaradılmış balıq gölünə görə onun barəsində inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 26 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat inzibati cərimə edilmişdir. Qeyd etmək istəyir ki, barəsində qərar qəbul olunarkən səlahiyyətli orqan onu araşdırmaya dəvət etməməklə, konstitusion hüquqlarını pozmuşdur. Həmin qərardan narazıdır. Ona görə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Aşağıda göstərdiyi əsaslara görə hesab edir ki, şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinin dispoziyasında torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fıziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Səlahiyyətli orqan öz vəzifə səlahiyyət həddindən kənara çıxmışdır. Ona görə ki, meşə fonduna aid torpaqlar barədə törədilən inzibati xətalar haqqında işlərə görə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsində səlahiyyətli orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qeyd etmək istəyir ki, hazırda istifadə etdiyi Balakən rayonu Yeni Şərif kəndində yerləşən balıq gölü ərazisi kolxozun silos quyuları kimi istifadə edilmişdir. X6 1992-ci ildən həmin ərazidən fermer təsərrüfatı kimi istifadə etmiş, 1995-ci ildə isə mərhum atası Məhəmməd Qoqayev tərəfindən silos quyularının içində balıq gölü yaratmışdır. Balakən rayonu Yeni Şərif kəndində aparılan torpaq islahatı nəticəsində özlərinin istifadə etdiyi balıq gölünün yerləşdiyi torpaq sahəsini Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X6na, anası X12, bacısı X9, bacısı X7 və özünə 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlara verilən torpaq sahəsinin 1.91 ha hissəsi balıq gölü ərazisi və ona bitişik ərazidə yerləşir. Balıq gölünün yerləşdiyi ərazi dərin quyular olduğuna və əkinə tam yararsız olduğuna görə atası tərəfindən quyuların yerində balıq gölü kimi istifadə edilmişdir. Atası 2002-ci ildə ölmüşdür. Onun ölümündən sonra oradan özü istifadə edir. Balıq gölünün yerləşdiyi ərazi əkinə tam yararsız ərazidir, torpaq islahatından da əvvəl, ta kolxoz dövründən silos quyuları kimi istifadə edildiyindən əkinə tam yararsız olmuş, ya özü, ya da atası tərəfindən torpağın münbit qatı korlanmamışdır. O, balıq gölü yaratmamışdır. Eyni zamanda 1995-ci ildə yaradılan balıq gölünə görə inzibati tənbeh tədbiri tətbiq oluna bilməz. Çünki Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 38.1-ci maddəsində inzibati məsuliyyətdən azadetmənin əsasları göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir.Lakin inzibati xəta haqqında protokolda hansı texniki vasitələrdən istifadə edilməsi qeyd olunsa da, onun göstəriciləri: adı, markası, lisenziyası qeyd olunmamışdır. Yalnız peyk sözü qeyd edilmişdir. Halbuki hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətləri və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, o inzibati xəta törətməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X29 Məcəlləsinin vəzifə və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələrin və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray Həmidov tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X21 şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 16 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə X10 əkin pay torpağının münbit qatını korlanmaqla süni balıq gölündən istifadə etdiyini, buna görə X21 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə 03 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray Həmidovun 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* saylı qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 600 (altı yüz) manat cərimə edildiyini, protokol tərtib edərkən Xəlil Qoqayevin iştirak etmədiyini, buna görə də onun təqsirli olması təsdiq edən 2003, 2006, 2009, 2010, 2018, 2020-ci illəri əhatə edən həmin ərazinin Google xəritələrindən çıxarışları əlavə etdiklərini, 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* saylı qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 oktyabr 2022-ci il tarixli, MN1295656 saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi, onun müdafiəçisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray X4 barəsində 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və əməlində inzibati xəta tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün X21 barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 03 oktyabr 2022-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X21 barəsində torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray Həmidovun 26 oktyabr 2022-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X21 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan JN-173 KOD-40100028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998ci il tarixli, 09 nömrəli qərarı ilə X22, X17, X8, X5 və X10 ümumi birgə mülkiyyətinə Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 2.14 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-174 KOD-40100028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 998-ci il tarixli, 09 nömrəli qərarı ilə X31, X23, X25 və X18 ümumi birgə mülkiyyətinə Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 1.75 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan X30 xx.xx.2022-ci il tarixli 22 nömrəli arayışında göstərilir ki, kənd sakini X12 və ailəsinə pay verilmiş torpaq sahəsi keçmiş kolxoz dövründən qalan silos quyulari olan ərazidən verilmişdir. Pay verilmiş torpaq sahəsi əkinə yararsız olduğundan hal-hazırda həmin ərazidən süni göl kimi istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********624100 saylı məktubunda göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin 18.11,2022-ci il tarixli **********127 nömrəli məktubuna (AVİS qeydiyyatl: 21.11,2022-ci il **********131000 nömrəli) 13 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Balakən rayonu Yeni Şərif kənd qeydiyyatında olan X21 (VÖEN **********) xx.xx.2005-ci il tarixdə “47191- X3 X16” fəaliyyət növü ilə vergi uçotuna alınmışdır. Təqdim etdiyi “Vergi ödəyicisinin, onun filalının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayışa” əsasən vergi orqanının məlumat bazasında onun fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumat təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 26 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X21 torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması ilə bağlı İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. O cümlədən iş materialları ilə Xəlil Qoqayevin İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İşdə olan sənədlər və işdə iştirak edən şəxslərin izahatlarından o da müəyyən olunur ki, X10 hazırda istifadə etdiyi Balakən rayonu Yeni Şərif kəndində yerləşən balıq gölü ərazisi həmin kəndin kolxozuna məxsus olmuş silos quyuları kimi istifadə edilmişdir. Xəlil Qoqayevin X6 tərəfindən 1995-ci ildə silos quyularının içində balıq gölü yaratmışdır. Balakən rayonu Yeni Şərif kəndində aparılan torpaq islahatı nəticəsində onların istifadə etdiyi balıq gölünün yerləşdiyi torpaq sahəsini Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X6na, anası X12, bacısı X9, bacısı X7 və X14 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlara verilən torpaq sahəsinin 1.91 ha hissəsi balıq gölü ərazisi və ona bitişik ərazidə yerləşir. Balıq gölünün yerləşdiyi ərazi dərin quyular olduğuna və əkinə tam yararsız olduğuna görə Xəlil Qoqayevin atası tərəfindən quyuların yerində balıq gölü kimi istifadə edilmişdir. X22 2002-ci ildə ölmüşdür. Onun ölümündən sonra oradan hazırki vaxtadək X21 istifadə edir. Balıq gölünün yerləşdiyi ərazi əkinə tam yararsız ərazidir, torpaq islahatından da əvvəl, ta kolxoz dövründən silos quyuları kimi istifadə edildiyindən əkinə tam yararsız olmuşdur. Bu halı iş materiallarına əlavə edilmiş Balakən rayonu X30 xx.xx.2022-ci il tarixli 22 nömrəli arayışı ilə də təsdiq olunur. Eyni zamanda həmin göllərin 1995-ci ildə artıq mövcud olması işdə olan Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq məktubu ilə də də təsdiq olunur. 03 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən və 26 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında işə baxılarkən X10 iştirakı təmin edilməmiş, onun izahat vermək və öz mülahizələrini təqdim etmək hüququ pozulmuş, bununla da onun istinad olunan İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsini sübut etmək imkanı tam mənada məhdudlaşdırılmışdır. Müvafiq sübutlar olmadan X10 torpaqların münbit qatını korlaması əsaslı şübhəyə səbəb olur ki, işdə də bu şübhələri aradan qaldıran və onun İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu xüsusda məhkəmə X21 barəsində 03 oktyabr 2022-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin protokolda xətanın dəqiq mahiyyəti göstərilməmiş, həmçinin həmin protokol digər kobud qanun pozuntuları ilə tərtib olunmuşdur. Belə ki, 03 oktyabr 2022-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda doğulduğu tarix, qeydiyyatda olduğu və yaşadığı yer, ailə vəziyyəti, vətəndaşlığı, əvvəllər inzibati məsuliyyətə cəlb edilib-edilməməsi barədə məlumat göstərilməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxsin izahatı göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxs tərəfindən imzalanmamış, bununla da İXM-nin müvafiq olaraq 100.1.4, 100.1.6, 100.1.7, 100.1.10, 100.2,100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Həmçinin bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan X10 İXM-nin 61-ci maddəsində və 100.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, izahatlar və protokolun məzmunu barədə öz izahatlarını təqdim etmək və sair hüquqları pozulmuşdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xəlil Qoqayev inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərar X14 qanunda nəzərdə tutulmuş müddətdə təqdim edilməmiş və ona qərardan şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da X10 Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X10 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətaların törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X10 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X10 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edidir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… İşdəki sübutlardan görünür ki, X10 əməlində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray Həmidovun 26 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2003, 2006, 2009, 2010, 2018, 2020-ci illəri əhatə edən X10 balıq gölü kimi istifadə etdiyi həmin ərazinin Google xəritələrindən çıxarışlardan da görünür ki, 2003-cü ildən hazırki vaxtadək həmin ərazidə balıq gölünün olması müəyyən edilir. xx.xx.1985-ci il təvəllüdlü X21 da iddia edir ki, orada olan balıq gölü 1995-ci ildən X6 tərəfindən kolxozun silos quyularının yerində qazılmışdır. Belə olan halda isə inzibati xətanın subyekti X21 deyil, onun X6 olmuşdur. Həmçinin hazırda X10 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektoru tərəfindən məhkəməyə təqdim edilmiş 2003, 2006, 2009, 2010, 2018, 2020-ci illəri əhatə edən X10 balıq gölü kimi istifadə etdiyi həmin ərazinin Google xəritələrindən çıxarışlardan da göründüyü kimi, inzibati orqana məlum olmuşdur ki, həmin ərazidə torpaq sahəsi təyinatına uyğun olmayaraq istifadə edilir. Əgər inzibati orqan vaxtında tədbir görməklə inzibati xətanı aşkar etməklə torpaqların təyinatı üzrə istifadə edilməsinə nail olmaqla torpağın münbit atının korlanmasının qarşısını almağa nail ola bilərdi. Bu həm də həmin orqanın birbaşa vəzifəsidir. Bunun üçün hər hansı fiziki şəxsin məlumat verməklə monitorinq aparılmasına və protokol tərtib edilməsinə zərurət yaranmazdı. Həmin ərazinin 2003, 2006, 2009, 2010, 2018, 2020-ci illəri əhatə edən Google xəritələrindən çıxarışlardan müəyyən olunur ki, həmin vaxtlarda balıq göllərinin olması və istinad olunan xətanın baş verməsi aşkar olunmuşdur. Lakin həmin vaxtlardan etibarən Xəlil Qoqayev İXM-nin 244.2-ci maddəislə inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarından görünür ki, birmənalı olaraq X10 İXM-nin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Ona görə də həmin qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə X21 barəsində İXM-nin 244.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 600 manat məbləğində cərimə edilməsi ilə bağlı 26 oktyabr 2022-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayəti təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin torpaqların idarəedilməsinə və istifadəsinə nəzarət sektorunun müdiri, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Adilgəray X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 600 manat məbləğində cərimə edilməsi ilə bağlı 26 oktyabr 2022-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilsin; X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-380/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-380/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver