Məhkəmə qərarları › İş №3(019)-380/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-380/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-380/2023 21.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 338.10-cu maddəsilə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin V Tağım Yol-Patrul Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsilə xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19.25 radələrində Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsilə həmin Məcəllənin 338.8 - 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17.40 radələrində at arabası ilə evə doğru getmiş, Balakən rayonu Qazbinə kəndində qarşıda gedən Mercedes markalı 08BJ038 nömrə nişanlı avtomaşın sağa dönmüşdür. O da heyvanı saxlaya bilməmiş, araba maşının arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində heç kim xəsarət almamışdır. Lakin Mercedes markalı 08BJ038 nömrə nişanlı avtomaşın əzilmiş və həmin avtomaşına maddi ziyan dəymişdir. O, Zərərçəkmiş şəxs dəymiş maddi zərər kimi 200 manat ödəmişdir. Zərərçəkmiş şəxs maddi zərərlə bağlı başqa borcu yoxdur. Belə ki, Zərərçəkmiş şəxs özü ona 200 manat ödəməsini və bununla məsələnin bağlanacağını bildirmiş, o da 200 manatı borc alıb zərərçəkmiş şəxsə ödəmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. Barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17.40 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes markalı 08BJ038 nömrə nişanlı avtomaşınla Balakən rayonundan Zaqatala rayonu istiqamətində hərəkət etmişdir. Balakən rayonu Qazbinə yaşayış məntəqəsinə çatanda yolun sağındakı marketə dönmək istəyəndə arxadan gələn at arabası onun avtomobilinin arxa sağ hissəsindən dəymiş və nəticədə onun avtomaşını əzilməklə ona 700 manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə zamanı özü xəsarət almamışdır. Müayinə zamanı at arabasını idarə edən Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona vurulmuş maddi ziyandan 200 manat ödəmişdir, qalan məbləğin ödənilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəkdir. Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Şəxs onun işçisidir və Rəşad 15 avqust 2023-cü il tarixdə axşam vaxtı hadisə baş verdikdən sonra ondan 200 manat pul borc alıb, həmin 200 manat pulu Zərərçəkmiş şəxs ilə barışıq əldə etmək üçün Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş AD 050087 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 08BJ038 qeydiyyat nişanlı MERCEDES BENZ C180 minik markalı 1997-ci il buraxılışlı avtomaşın X1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan notarila qaydada təsdiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X4 tərəfindən xx.xx.2023-cü il tarixdə 08BJ038 qeydiyyat nişanlı MERCEDES BENZ C180 minik markalı 1997-ci il buraxılışlı avtomaşınla bağlı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 386 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs 0,357 promili alkoqol sərxoşluğu aşkar edildi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 387 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 386 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs hadisə vaxtı 0,351 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, Şəxs tərəfindən ona 700 manat məbləğində maddi ziyan vurulmuşdur. Şəxs həmin ziyandan 200 manatını ona ödəmişdir. Qalan ziyanı-500 manatı məhkəmə qaydasında tələb edəcəkdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 38.8-ci maddəsində bu Məcəllənin 338.4 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.9-cu maddəsində bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə inzibati məsuliyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsində bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Qanun normalarının tələbinə və iş materiallarına əsasən inzibati xəta törətməsindən səmimi peşmançılığını, vurulmuş zərərin zərərçəkmiş şəxsə qismən ödənilməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, vurulmuş zərərin zərərçəkmiş şəxsə qismən ödənilməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.10-cu maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Həmçinin hesab edirəm ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğu üçün inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxılması mümkün sayıla bilməz. Lakin bununla bağlı zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar