Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-380/2025 06.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 adından Balakən rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən qəbul edilən inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verilmiş şikayətə və şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmasına dair vəsatətə, onlara əlavə edilmiş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 adından Balakən rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh verilmə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərardan məhkəməyə şikayət verilərək inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Eyni zamanda X2 adından məhkəməyə vəsatət verilərək şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmaqla şikayətə baxılması xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş şikayətə və vəsatətə onlara əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 adından verilmiş şikayət və vəsatət onlara əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 adından Balakən rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən qəbul edilən inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərardan məhkəməyə şikayət verilərək inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.Eyni zamanda vəsatət verilərək şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmaqla şikayətə baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 127-4.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. X2 adından verilmiş şikayətdə “SMS Radar.az”mobil tətbiqində xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli qərardan məlumatı olduğu, lakin qərarın surətini ala bilməməsi göstərilsə də şikayətə xx.xx.2025-ci il tarixli qərarın surəti əlavə olunmuşdur. Ancaq qərarın surətinin nə vaxt alınmasına dair sübut isə əlavə olunmamışdır. Bundan başqa X2 adından verilmiş şikayət və vəsatət qələmlə, “yaş imza” ilə imzalanmış, 29 sentyabr 2025-ci il tarixdə ünvan 1 ünvanından poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X4 12 avqust 2025-ci il tarixdə 11:01-də Azərbaycan Respublikasından çıxmış və o vaxtdan Respublikaya qayıtmamışdır. İşin bu halı ilə təsdiq olunur ki, X2 adından verilmiş şikayət və vəsatət onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, onun imzası saxtalaşdırılmışdır. Qeyd edilməlidir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İşin yuxarıda qeyd edilən hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 adından verilmiş şikayət və vəsatət, onlara əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 adından Balakən rayonu Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən qəbul edilən inzibati tənbeh vermə haqqında TP7468344 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət və şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmasına dair vəsatət onlara əlavə edilmiş sənədlə birlikdə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-380/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-380/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver