Məhkəmə qərarları › İş №3(019)-381/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-381/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-381/2021 23.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Şəxs Balakən Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarına xitam verilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs vəsatətlə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılması barədə Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Şəxs vəsatətini onunla əsaslandırmışdır ki, o, yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində EQ7234428 saylı protokol yazılmış, lakin həmin protokol üzrə yazılmış inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Cəriməni ödəmədiyi üçün Balakən rayon PŞ-nin DYPB-si tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarı ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, etdiyi inzibati xətaya görə barəsində yazılan EQ7234428 saylı inzibati protokola əsasən tətbiq edilən cəriməni tam ödəmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarına xitam verilməsini xahiş edir. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdarılmışdır. Vəsatətə əlavə olunmuş 20.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən EQ7234428 nömrəli inzibati xəta haqqında protokolun cəriməsi 20.12.2021-ci il tarixdə dəbbə pulu ilə birlikdə (cəmi 32 manat) tam şəkildə ödənilmişdir. Vəsatətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 26.07.2021-ci il tarixdə EQ7234428 nömrəli qərar ilə təyin edilmiş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Cəriməni ödəmədiyi üçün Balakən rayon PŞ-nin DYPB-si tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarı ilə təqsirli o, bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs törətdiyi inzibati xətaya görə barəsində yazılan EQ7234428 saylı qərara əsasən tətbiq edilən cəriməni və dəbbə pulunu 20.12.2021-ci il tarixdə tam olaraq ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərar onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İşin hallarını, hüquq normalarını nəzərə alaraq hesab edirəm ki, ərizə təmin edilməli, Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarına xitam verilməli, Şəxs həmin inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114, 128-130 və 152.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizə təmin edilsin. Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(019)-381/2021 nömrəli qərarına xitam verilsin. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs həmin inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar