Məhkəmə qərarları › İş №3(019)-382/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-382/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-382/2024 23.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EXP-1538985 saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EXP-1538985 saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş hazırki şikayət ərizəsinə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətşikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Adı çəkilən hüquq normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilən qanun normalarının analogiya üzrə tətbiq edilməklə müəyyən olunur ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Özü də inzibati xəta haqqında qərardan qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulsmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokol şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün bir prosessual sənəddir və həmin protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunda nəzərdə tutulmuş qərar deyildir. İnzibati xəta haqqında protokola səlahiyyətli orqan, vəzifəli şəxs və ya məhkəmə tərəfindən baxılır və sonra şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi və ya onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar çıxarılır. Belə bir qərar da inzibati xəta haqqında iş üzrə çıxarılan qərardır ki, qanunvericilikdə də həmin inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X1 tərəfindən onun barəsində qəbul edilməsi qeyd edilən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EXP-1538985 saylı qərar şikayət ərizəsinə əlavə edilməmişdir. İş materiallarına əsasən Balakən RPŞ-nin müvafiq əməkdaşları tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EXP-1538985 saylı qərarın qəbul edilib-edilməməsi aydın deyildir. Bu da işə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EXP-1538985 saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: X3 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EXP-1538985 saylı qərarın ləğv olunmasına dair şikayət ərizəsi geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar