Məhkəmə qərarları › İş №3(019)-382/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-382/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-382/2025 07.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi-Bakı şəhəri 9 nömrəli Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, xx.xx.1996-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx , ali təhsilli, evli, inzibati məsuliyyətə cəlb olunmamış, "xxxx" MMC-də əczaçı işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, ev 3, mənzil 1-də qeydiyyatda olan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı, 2089651nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(019)-16/2025 nömrəli icra sənədini qərəzli olaraq icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 3(019)-382/2025 nömrəli qərarı ilə Dibirova X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-340/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 3(019)-382/2025 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə1 göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli icra sənədində iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması, alimentin təyin edilməsi, uşağın ananın himayəsinə verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair e-2(019)-640/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00dan 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməsi müəyyən olunmuşdur. Borclu Şəxs nümayəndəsinin vəsatəti əsasında 13 may 2025-ci il tarixdə icra sənədi borclunun yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin borclu Şəxs orada da icra sənədini icra etməmiş, tələbkarın uşağı ilə görüşməsinə imkan verməmişdir. Sonra icra sənədi yenidən Balakən Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. O, yenidən icra sənədinin icrası üçün tədbirlər görsə də Şəxs icra sənədini qərəzli olaraq icra etməmiş, hal-hazıradək tələbkar Zərərçəkmiş şəxs uşağı ilə ünsiyyətinə imkan verməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə o, İcra və Probasiya Şöbəsinə gəlməkdən yayınmışdır. Odur ki, onun barəsində məcburi gətirmə haqqında qərar qəbul edilmişdir. O, polis əməkdaşları tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli qərarı ilə Dibirova X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra da o, dəfələrlə icra sənədinin icrası üçün tələbkarla birlikdə icra sənədinin icra olunmalı olduğu ünvanda olsa da icra sənədinin icrası mümkün olmamışdır. Hal-hazıradək də borclu Şəxs icra sənədini icra etməmişdir. O, icra sənədini qərəzli olaraq icra etmir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli icra sənədinə əsasən onun cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması, alimentin təyin edilməsi, uşağın ananın himayəsinə verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair e-2(019)-640/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməlidir. O, Bakı şəhərində yaşayır və orada işləyir. Hər həftə uşaqla Balakənə gəlibgetmək onun üçün çətindir. Bundan başqa X11 2025-ci ilin sentyabr ayında əməliyyat olunmuşdur. Hələ də tam sağalmamışdır. Adıçəkilən icra sənədi yalnız Bakı şəhərində icra oluna bilər. Əvvəllər icra sənədi onun yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsində olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs uşağı ilə ünsiyyəti üçün beş dəfə icra tədbirləri təyin olunmuş, bir dəfə tələbkar xarici ölkədə olmuş, digər vaxtlarda isə tərəflər arasında dava-narazılıq olduğundan icra hərəkətləri mümkün olmamışdır. O, Balakən rayonunda icra sənədini icra etməyəcəkdir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)- 16/2025 nömrəli icra sənədinə əsasən iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması, alimentin təyin edilməsi, uşağın ananın himayəsinə verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair e-2(019)-640/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək onun uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququ müəyyən edilməsi və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməlidir. Şəxs hazıra kimi icra sənədini icra etməmiş və xx.xx.2022-ci il tarixdə doğulmuş X4 ilə onun ünsiyyət hüququnun həyata keçirilməsinə imkan verməmişdir. İcra məmuru Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli icra sənədini icra olunması üçün Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərmiş, orada da Şəxs onun uşağı ilə görüşməsinə şərait yaratmamışdır. Hal-hazıradək də Şəxs onun uşağı ilə görüşməsinə imkan verməmiş, icra sənədini qərəzli olaraq icra etməmişdir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli icra sənədindən görünür ki, ərizəçi Zərərçəkmiş şəxs nümayəndəsi-vəkili X10 vasitəsi ilə verdiyi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin qismən təmin edilməsi, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması, alimentin təyin edilməsi, uşağın ananın himayəsinə verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair e-2(019)-640/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün onun yaşayış yeri uzrə ünvan 3 ünvanında hər həftənin şənbə gunü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməsi qərara alınmışdır. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə1 08 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-16(019)-16/2025-008 nömrəli, 08 may 2025-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış 08 may 2025-ci il tarixli e18624/2025-46-8 nömrəli tələbin dərhal icrası haqqında bildirişdə göstərilmişdir: “xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Balakən Rayon Məhkəməsinin e-16(019)-16/2025-008 nömrəli 05 may 2025-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməyiniz xahiş olunur. Tələbi üzürsüz səbəbdən icra etməsəniz icra məcburi qaydada təmin ediləcək, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər Sizdən tutulacaqdır”. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir: ”Balakən Rayon Məhkəməsinin e-16(019}-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək təyin edilmişdir. Ünsiyyət hüququnun təmln edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs Haybullah oğluna, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməlidir.Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 6 Şəxs məcburi qaydada Balakən Rayon İcra və Probasıya şöbəsinə gətirilsin”. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə1 “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” 13 may 2025-ci il tarixli qərarından görünür ki, ”İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.2-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 16(019)-16/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi aidiyyəti üzrə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin e-2(019)-16/2025- 008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan Balakən Rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs ünvanlanmış 23 iyun 2025-ci il tarixli 18624/2025-46-8 nömrəli, 25 iyun 2025-ci il tarixli 11/8 nömrəli xəbərdarlıq məktublarından görünür ki, borclu Şəxs Balakən Rayon Məhkəməsinin e- 16(019)-16/2025 nömrəli 08 may 2025-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı xəbərdar edilmiş, xəbərdarlıqlar sifarişli poçt vasitəsi ilə borclu Şəxs göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-127/2025 nömrəli qərardadından görünür ki, Balakən rayon İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə həmin icra sənədi üzrə borclu-ünvan 9 ünvanında qeydiyyatda olan, ünvan 10 Şəxs məcburi qaydada Balakən rayon İcra və Probasiya şöbəsinə gətirilməsi, qərardadın icrasının Balakən rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X3-Bakı” QSC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 11 ünvanlanmış 27 noyabr 2025-ci il tarixli 279-VMP/25 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 11/912 nömrəli sorğunuza əsasən yazıb Sizə bildirirk ki, xx.xx.2022-ci il təvəllüdlü X11 xx.xx.2025-ci il tarixində “X17” Mərkəzi klinikasında həkim travmatoloqoun müayinəsində olmuşdur. Xəstə «Bud-çanaq oyrağı» rentgeoqrafiyası və laboratoriya müayinələrindən keçmişdir. xx.xx.2025-ci il tarixindlə X11 “Bud-çanaq oynağı” MRT müayinəsindən keçmişdir. (nəticələr əlavə edilir) Diaqnoz: “Sol bud sümüyü boynunda osteoid osteoma”. Qeyd: Ablasiya müalicəsi üçün İnvaziv radioloqa yönləşdirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 345 nömrəli arayışda göstərilmişdir ki, Verilir Şəxs ondan ötrü ki, o həqiqətən Sabunçu qəsəbəsi, S.Şosesi 3 saylı evin 1 nömrəli mənzilində yaşayır və qeydiyyatdadır.X4. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X9 tərəfindən verilmiş arayışda göstərilmişdir: “verilir xx.xx.2022-ci il təvəllüdlü X6 ondan ötrü ki, o həqiqətən xx.xx.2025-ci il tarixində DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına kontrol müayinəsi üçün müraciət etmişdir. xx.xx.2025-ci il tarixində “D16.2 Sol bud sümüyünün dizafizinin proksimal 1/3-nin xoşxassəli yenitörəməsi (Osteoid Osteom)” diaqnozu il əməliyyat olunmuşdur. Xəstənin hal-hazırda ambulator konservativ müalicəsi davam edir. Ambulator müalicəsinin iki-üç ay müddəti ərzində davam etdirilməsi planlaşdırılır” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışda göstərilmişdir ki, Şəxs 19 aprel 2025 –ci il tarixdən ünvan 12 ünvanında qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək müqaviləsindən görünür ki, işəgötürən "xxxx" Məhdud Məsuliyyəti ilə işçi Şəxs arasında xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq xx.xx.2026-cı il tarixinədək 1 il 1 gün müddətinə müqavilə bağlanmış,Şəxs 230 manat əmək haqqı ilə əczaçı işinə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli sorğunuza cavab olaraq bildirilir ki, Şəxs hazırda "xxxx" MMS-də işləmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(008)-1123/2025 nömrəli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-16(019)-16/2025-008 saylı icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarından borclu Şəxs tərəfindən verilmiş şikayət rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli qərardadının surətindən görünür ki, Şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş,Balakən Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli,e-16(019)-16/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanması; Balakən Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-16(019)-16/2025 nömrəli qərardadından Şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(107)-39/2025 nömrəli qərardadının surətindən görünür ki, cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli,e-16(019)-16/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsini, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinməli, ona cərimə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli icra sənədinə əsasən iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması, alimentin təyin edilməsi, uşağın ananın himayəsinə verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair e-2(019)-640/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi ücün onun yaşayış yeri uzrə ünvan 3 ünvanında hər həftənin şənbə günü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməsi qərara alınmışdır.Borclu Şəxs icra sənədini qərəzli olaraq icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs uşağın atası ilə ünsiyyətdə olmasını təmin etməmiş, icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. O, hazırda da icra sənədini icra etmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Bakı şəhərində yaşadığına və işlədiyinə görə icra sənədini icra etməməsi barədə Şəxs göstərdiyi xüsusatlarlarla bağlı məhkəmə qeyd edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli qərardadında iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması, alimentin təyin edilməsi, uşağın ananın himayəsinə verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair e-2(019)-640/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşağı-xx.xx.2022-ci il tarixdə doğulmuş X11 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00dan 18:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi ücün onun yaşayış yeri uzrə ünvan 3 ünvanında hər həftənin şənbə günü saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməsi qərara alınmışdır. Göründüyü kimi hazırkı işdə icra hərəkətinin aparılmalı olduğu yer konkret müəyyən olunmuşdur və icra sənədinə əsasən icra hərəkətləri ünvan 3 ünvanında icra olunmalıdır. Şəxs nümayəndəsi- vəkili Nümayəndə2 borclu Şəxs ünvan 14 ünvanında qeydiyyatda olması və yaşaması, orada işləməsi, bu səbəbdən icra hərəkətlərinin Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin inzibati binasında icra məmurunun şəxsən iştirakı ilə həyata keçirilməli olması ilə əsaslandırmaqla Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(019)-16/2025 nömrəli qərardadından şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(107)-39/2025 nömrəli qərardadı ilə cavabdeh X2 nümayəndəsi -vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli,e-16(019)-16/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardadın sonunda qərardadın çıxarıldığı andan qanuni qüvvəyə mindiyi, qərardaddan şikayət verilə bilməməsi göstərilmişdir.Yəni qərardad həmin vaxtdan da qanuni qüvvəsini almışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(008)-1123/2025 nömrəli qərardadı ilə də Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-16(019)-16/2025-008 saylı icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarından borclu Şəxs tərəfindən verilmiş şikayət rədd edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsində də imperativ qaydada göstərilmişdir ki, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İşin qeyd edilən hallarına və qanunvericiliyin tələblərinə əsasən borclu Şəxs Bakı şəhərində yaşayıb işləməsi onun məhkəmənin icra sənədini icra etməməsi üçün əsas ola bilməz. Bundan başqa iş materiallarından göründüyü kimi qanunvericiliyin tələblərinə zidd olsa da Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 may 2025-ci il tarixdə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-16(019)-16/2025-008 saylı icra sənədi borclunun qeydiyyat yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi 43 gün adıçəkilən İcra Şöbəsinin icraatında olmasına, beş dəfə icra hərəkətləri üçün vaxt müəyyən olunmasına baxmayaraq borclu Şəxs dörd dəfə icra sənədinin icrasını təmin etməmiş, tələbkarın uşağı ilə ünsiyyətinə imkan verməmişdir. Uşağın xəstəliyi ilə bağlı qeyd edilməlidir ki, borclunun özünün təqdim etdiyi sənədlərdən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə əməliyyat olunmuş, cəmi dörd gün stasionar müalicədə olmuş,dörd gündən sonra ambulator müalicəyə yazılmışdır. Ambulator müalicədə olan uşağın atası ilə həftədə bir dəfə bir neçə saat ünsiyyətdə olması isə onun sağlamlığına mənfi təsir edə bilməz. Borclu Şəxs hətta xx.xx.2026-cı il tarixdə hazırkı inzibati işə baxılması ilə bağlı Balakən rayonuna gəldiyi halda yenə də xx.xx.2022-ci il tarixdə doğulmuş X7 özü ilə Balakən rayonuna gətirməmiş , tələbkarın uşağı ilə ünsiyyətinə şərait yaratmamışdır. İşin bu halları ilə tam təsdiq olunur ki, borclu Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-16(019)-16/2025-008 saylı icra sənədini qərəzli olaraq icra etmir. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Azərbaycan Respublikası MPM-in 15.1-15.3-cü maddələrinə əsasən Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, borclu Şəxs Bakı şəhərində yaşayıb işləməsi, onun Azərbaycan Respublikası adından çıxarılmış, qanuni qüvvəsini almış məhkəmə qərardadını icra etməməsi üçün üzürlü səbəb hesab oluna bilməz. Bu əsasa görə Şəxs qanunazidd hərəkətlərinə loyal münasibət bəslənməsi Azərbaycan Dövlətinin mənafeyinə, məhkəmə hakimiyyətinin nüfuzuna ciddi zərər vurar. İXM-nin: 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qadın olmasını, şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar