Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-385/2021 10.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Anaqiyeva Nazilə Rüstəm qızının katibliyi,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə , Balakən rayonu Mahamalar kəndində yaşayan, Balakən rayon İcra Hakimiyyətində baş memar vəzifəsini icra edən Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinin tələblərini pozaraq Balakən rayonu Katex kəndi ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Ofis və 2 ədəd anbar binası”nın tikintisinə icazə verilməsi barədə sənəd və məlumatları 3 (üç) iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etməmişdir. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Abdulla oğlu məhkəmə iclasında göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tikiləcək ofis və 2 ədəd anbar binalarının tikintisi üçün müvafiq sənədləri 3 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməli idi. İş qrafiki gərgin olduğuna görə sənədləri vaxtında Komitəyə göndərə bilməmişdir.Gələcəkdə belə hallara yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlanmış 02 noyabr 2021-ci il tarixli 01-1891 nömrəli məktubunda göstərilmişdir ki, “Balakən rayonu, Katex kəndi ərazisində “BALXURMA" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 1,3284 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan ofis və 2 ədəd anbar binalarının şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi üçün Balakən Rayon icra Hakimiyyətinin 02.07.2021-ci il tarixli 01- 1240 nömrəli məktubuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən 21.09.2021-ci il tarixli XO-03-2021-03250 nömrəli məktubla müsbət cavab verilmişdir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tikiləcək ofis və 2 ədəd anbar binalarının tikintisi üçün müvafiq sənədləri Sizə təqdim edirik və Tikintilərin Dövlət reyestrində qeydiyyata alınması xahiş olunmuşdur”. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyətinin 06.10.2021-ci il tarixli 01-1766 nömrəli Obyektin Tikintisinə İcazədən görünür ki, “Balakən rayonu Katex kəndində "xxxx" MMC-yə ”2 ədəd anbar və ofis” tikintisinə icazə verilmişdir . İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 22.11.2021-ci il tarixli Aktda göstərilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 4 saylı ərazi üzrə sektor müdiri X3, şöbənin 3 saylı ərazi üzrə sektor müdiri X1 və Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Şəxs tərtib etdik aktı ondan ötrü ki, Balakən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Katex kəndində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Ofis və 2 ədəd anbar binası’’nın tikintisinə 06.10.2021-ci il tarixlində 01-1766 nömrəli “Obyektin tikintisinə icazə” ilə razılıq verilmiş və sənədlər Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Balakən Rayon İcra Hakimiyyətinin 02.11.2021-ci il tarixli 01-1891 nömrəli məktubu ilə Komitəyə təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, bu zaman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tikintilərin Dövlət reyestrinin aparılması Qaydaları”nın tələblərinə əsasən tikintisinə icazə verilən obyekt barədə sənəd və məlumatlar Komitəyə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmişdir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, vəzifəli şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Törədilmiş xətanın xarakterini,məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 ( beş yüz) manat məbləğində cərimə edilsin Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-385/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-385/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver