Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-386/2024 09.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Qazaxstan Respublikasının vətəndaşı, xx.xx.1968-ci il tarixdə Qazaxstan Respublikasında anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (pasport:N17053181-xx.xx.2024-cü il tarixdə verilib) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: 21 avqust 2024-cü il tarixində saat 18.20 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postuna daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Qazaxstan Respublikasına gedən Qazaxstan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi «DAF» markalı HH1065A/M5531L dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə «HCVG vizual SMİTH detection» stasionar rentgen qurğusunda baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müşahidə edilmiş, bu səbəbdən gömrük yoxlaması keçirilməsi üçün nəqldiyyat vasitəsi «Mazımqara» gömrük postunun yoxlama qrupuna yönləndirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsinin gizli saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş üzərində «BOSCH ProPovver» yazısı olan 1 ədəd yeni ətçəkən maşın, üzərində «BOSCH MUM Serie» yazısı olan 1 ədəd yeni mikser, üzərində «BOSCH X2» yazısı olan 1 ədəd yeni blender, üzərində «KNİVES» yazısı olan içərisində 3 ədəd olmaqla 1 dəst və «Livarno» yazısı olan 1 ədəd məişət bıçağı, üzərində «Fighter 100» yazısı olan 1 ədəd işlənmiş tilov, üzərində «VİCTRİA» yazısı olan 1 ədəd köhnə tikişi maşını, üzərində «Persil» yazısı olan içərisində 76 ədəd, hər birinin çəkisi 25 q olmaqla ümumi çəkisi 1,9 kq 1 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan içərisində 72 ədəd hər birinin çəkisi 19,7 q ümumi çəkisi 1418,4 q olan 3 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan 500 ml 2 ədəd qablaşdırmada yuyucu maye, üzərində «Bitburger» yazısı olan 5 l pivə, üzərində «Beluqa Hunting» yazısı olan 0.7 l araq, üzərində «Yeni rakı 1937» yazısı olan 1 l rakı və üzərində «Dior Sauvage» yazısı olan 100 ml 1 ədəd ətir aşkar edilmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımqara» gömrük postunun rəisi vəzifəsini müvəqqəti icra edən X1 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 21 avqust 2024-cü il tarixində saat 18.20 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postuna daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Qazaxstan Respublikasına gedən Qazaxstan Respublikası vətəndaşı Şəxs idarə etdiyi «DAF» markalı HH1065A/M5531L dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə «HCVG vizual SMİTH detection» stasionar rentgen qurğusunda baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müşahidə edilmiş, bu səbəbdən gömrük yoxlaması keçirilməsi üçün nəqldiyyat vasitəsi «Mazımqara» gömrük postunun yoxlama qrupuna yönləndirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsinin gizli saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş üzərində «BOSCH ProPovver» yazısı olan 1 ədəd yeni ətçəkən maşın, üzərində «BOSCH MUM Serie» yazısı olan 1 ədəd yeni mikser, üzərində «BOSCH X2» yazısı olan 1 ədəd yeni blender, üzərində «KNİVES» yazısı olan içərisində 3 ədəd olmaqla 1 dəst və «Livarno» yazısı olan 1 ədəd məişət bıçağı, üzərində «Fighter 100» yazısı olan 1 ədəd işlənmiş tilov, üzərində «VİCTRİA» yazısı olan 1 ədəd köhnə tikişi maşını, üzərində «Persil» yazısı olan içərisində 76 ədəd, hər birinin çəkisi 25 q olmaqla ümumi çəkisi 1,9 kq 1 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan içərisində 72 ədəd hər birinin çəkisi 19,7 q ümumi çəkisi 1418,4 q olan 3 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan 500 ml 2 ədəd qablaşdırmada yuyucu maye, üzərində «Bitburger» yazısı olan 5 l pivə, üzərində «Beluqa Hunting» yazısı olan 0.7 l araq, üzərində «Yeni rakı 1937» yazısı olan 1 l rakı və üzərində «Dior Sauvage» yazısı olan 100 ml 1 ədəd ətir aşkar edilmiş və aşkar olunmuş hüquqpozma predmetləri protokol əsasında götürülmüşdür. 21 avqust 2024-cü il tarixində saat 18.20 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postuna daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Qazaxstan Respublikasına gedən Qazaxstan Respublikası vətəndaşı Şəxs idarə etdiyi «DAF» markalı HH1065A/M5531L dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə «HCVG vizual SMİTH detection» stasionar rentgen qurğusunda baxış keçirilən zaman həmin nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilərin müşahidə edilməsi, bu səbəbdən gömrük yoxlaması keçirilməsi üçün nəqliyyat vasitəsinin «Mazımqara» gömrük postunun yoxlama qrupuna yönləndirilməsi, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsinin gizli saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş üzərində «BOSCH ProPovver» yazısı olan 1 ədəd yeni ətçəkən maşın, üzərində «BOSCH MUM Serie» yazısı olan 1 ədəd yeni mikser, üzərində «BOSCH X2» yazısı olan 1 ədəd yeni blender, üzərində «KNİVES» yazısı olan içərisində 3 ədəd olmaqla 1 dəst və «Livarno» yazısı olan 1 ədəd məişət bıçağı, üzərində «Fighter 100» yazısı olan 1 ədəd işlənmiş tilov, üzərində «VİCTRİA» yazısı olan 1 ədəd köhnə tikişi maşını, üzərində «Persil» yazısı olan içərisində 76 ədəd, hər birinin çəkisi 25 q olmaqla ümumi çəkisi 1,9 kq 1 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan içərisində 72 ədəd hər birinin çəkisi 19,7 q ümumi çəkisi 1418,4 q olan 3 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan 500 ml 2 ədəd qablaşdırmada yuyucu maye, üzərində «Bitburger» yazısı olan 5 l pivə, üzərində «Beluqa Hunting» yazısı olan 0.7 l araq, üzərində «Yeni rakı 1937» yazısı olan 1 l rakı və üzərində «Dior Sauvage» yazısı olan 100 ml 1 ədəd ətirin aşkar edilməsi və aşkar olunmuş həmin predmetlərin protokol əsasında götürülməsi 22 avqust 2024-cü il tarixli yoxlama və götürmə haqqında protokolla, 01 ədəd DVD diskindəki videogörüntülərlə, 22 avqust 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolla, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyinin 26 avqust 2024-cü il tarixli 02-Ş №-li Ekspertiza aktı ilə, 26 avqust 2024-cü il tarixli, 00500-00669/24 №-li inzibati xəta haqqında protokolla və digər iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 22 avqust 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixində saat təxminən 18.20 radələrində idarə etdiyi avtomaşınla Gürcüstandan «Mazımqara» gömrük postuna daxil olduqda idarə ediyi «DAF» makalı HH1065A/M5531L dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsində üzərində «BOSCH ProPovver» yazısı olan 1 ədəd yeni ətçəkən maşın, üzərində «BOSCH MUM Serie» yazısı olan 1 ədəd yeni mikser, üzərində «BOSCH X2» yazısı olan 1 ədəd yeni blender, üzərində «KNİVES» yazısı olan içərisində 3 ədəd olmaqla 1 dəst və «Livarno» yazısı olan 1 ədəd məişət bıçağı, üzərində «Fighter 100» yazısı olan 1 ədəd işlənmiş tilov, üzərində «VİCTRİA» yazısı olan 1 ədəd köhnə tikişi maşını, üzərində «Persil» yazısı olan içərisində 76 ədəd, hər birinin çəkisi 25 q olmaqla ümumi çəkisi 1,9 kq 1 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan içərisində 72 ədəd hər birinin çəkisi 19,7 q ümumi çəkisi 1418,4 q olan 3 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan 500 ml 2 ədəd qablaşdırmada yuyucu maye, üzərində «Bitburger» yazısı olan 5 l pivə, üzərində «Beluqa Hunting» yazısı olan 0.7 l araq, üzərində «Yeni rakı 1937» yazısı olan 1 l rakı və üzərində «Dior Sauvage» yazısı olan 100 ml 1 ədəd ətirin gömrük yoxlaması zamanı aşkar olunduğunu etiraf etmiş, həmin malların ona məxsus olduğunu və keyfiyyətli olduğu üçün şəxsi istifadəsi üçün aldığını, həmin malların sayı çox olduğu üçün gömrük postlarından keçərkən buraxılışına icazə verilməyəcəyini düşündüyündən gizlətdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyinin 26 avqust 2024-cü il tarixli 02-Ş №-li Ekspertiza aktından görünür ki, Qazaxstan Respublikasının vətəndaşı Şəxs gömrük yoxlaması zamanı götürülmüş və hazırki inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri 731,80 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsində saxlanılan üzərində «MC KENZİE» yazısı olan 1 ədəd işlənmiş velosiped, üzərində «BOSCH ProPovver» yazısı olan 1 ədəd yeni ətçəkən maşın, üzərində «BOSCH MUM Serie» yazısı olan 1 ədəd yeni mikser, üzərində «BOSCH X2» yazısı olan 1 ədəd yeni blender, üzərində «KNİVES» yazısı olan içərisində 3 ədəd olmaqla 1 dəst və «Livarno» yazısı olan 1 ədəd məişət bıçağı, üzərində «Fighter 100» yazısı olan 1 ədəd işlənmiş tilov, üzərində «VİCTRİA» yazısı olan 1 ədəd köhnə tikişi maşını, üzərində «Persil» yazısı olan içərisində 76 ədəd, hər birinin çəkisi 25 q olmaqla ümumi çəkisi 1,9 kq 1 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan içərisində 72 ədəd hər birinin çəkisi 19,7 q ümumi çəkisi 1418,4 q olan 3 ədəd bağlamada yuyucu vasitə, üzərində «Ariel» yazısı olan 500 ml 2 ədəd qablaşdırmada yuyucu maye, üzərində «Bitburger» yazısı olan 5 l pivə, üzərində «Beluqa Hunting» yazısı olan 0.7 l araq, üzərində «Yeni rakı 1937» yazısı olan 1 l rakı və üzərində «Dior Sauvage» yazısı olan 100 ml 1 ədəd ətir müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin). Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-386/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-386/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver